Амин Бабайев, Вцгар Бабайев


Sertifikatlaşdırma orqanları  və onların



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə310/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   306   307   308   309   310   311   312   313   ...   431
10.2. Sertifikatlaşdırma orqanları  və onların 
ISO 65 əsasında akkredita-
siyası 
10.2.1. İnspeksiya, sertifikatlaşdırma və akkreditasiya  
Yoxlama və sertifikatlaşdırmanın nəyin  əsasında aparılması barədə bir çox 
anlaşılmazlıqlar var. Bu mövzu ekoloji kənd təsərrüfatında çox vacib olduğu üçün 
ətraflı izah ediləcək.  
Ekoloji Keyfiyyətə Nəzarət Sistemində akkreditasiya üçüncü dərəcədə sayılır  
və tamlıq üçün həyata keçirilir.  


 250
“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında AR Qanununa uyğun olaraq ekoloji 
nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar dövlət və ya 
xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra 
hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət 
göstərirlər.  
Sertifikatlaşdırma orqanları aşağıdakı tələblərə cavab verməlidirlər:  
1.  kənd təsərrüfatı  və  ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, 
pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman 
vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və 
ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə 
malik olmalı; 
2.  ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji 
təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, 
idxalı, ixracı və satışı ilə məşğul olmamalı. 
 
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə  və sertifikatlaşdırma 
qaydaları  və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
İnspeksiya 
Əgər ekoloji fermer öz məhsulunun sertifikat almasını istəyirsə, ildə heç 
olmasa bir  dəfə yoxlamadan (inspeksiya) keçməlidir.  
İnspektor təsərrüfat fəaliyyətinin mənzərəsini fermerin dediklərinə, göstəri-
cilərə, sahələrin vəziyyətinə, heyvandarlığa və  təsərrüfat quruculuğuna  əsasən 
qiymətləndirir.  
O yoxlayır ki, verilən məlumatlar və  nəticələr dəqiq və inandırıcı olsun. Öz 
borcunu vicdanla yerinə yetirmək məqsədi ilə inspektor laborator yoxlama 
aparmaq üçün nümunələr götürür və sonra müstəqil yoxlamalar aparır.  
Bununla belə verilən faktlara, məlumatlara  şübhə olduqda və ya qadağan 
olunmuş üsullarla çirklənmə faktları qeyd edildikdə laborator analizlər yoxlamanın 
bir forması olaraq aparılır.   
Kimyəvi analizlər bu və ya digər nümunədə hansısa maddənin yaxud kimyəvi 
gübrələrin və pestisidlərin çöküntülərinin olub-olmamasını  təyin etmək üçündür. 
Əlavə etmək lazımdır ki, kimyəvi analizlər çox baha başa gəlir və bunun üçün 
xərcləri fermer təsərrüfatı ödəməlidir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin