qiymətlərə təşkilatındaxili auditi və ümumi iqtisadi vəziyyəti ilə əlaqədar olaraq
təzədən baxıla bilər. Tariflər haqqında informasiya açıqdır, nəşr olunur və bütün
maraqlı tərəflər üçün əldə oluna biləndir. Onun bütün ərizəçilərə və sahibkarlara
paylanması vacibdir.
İnspeksiya səfərləri-nə aşağıdakı məcburi və sahibkarlıq fəaliyyətinin
spesifik istehsal şəraitinə uyğun olaraq adlandırılan növləri daxildir.
• İlkin qiymətləndirmə sertifikatlaşdırma üçün ərizə təqdim ediləndən
dərhal sonra və müştəri ilə müqavilə imzalanmasından əvvəl həyata
keçirilir. İlkin qiymətləndirmə zamanı standartlara uyğunluq və ərizəçinin
ekoloji idarəetmə planı qitmətləndirilir.
• İllik inspeksiyalar keçid dövrü ərzində və sahibkara tam ekoloji sertifikat
verildikdən sonra hər il keçirilir.