277
15.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul
olan hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışma-
masına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.
15.5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli standartların
tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.
15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və
beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: