Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması
1. Ümumi müddəa Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818
nömrəli Fərmanının 1.8-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti
məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və
beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikatın nümunəvi formasını müəyyən edir.