3. Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş
orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib
olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi tələb
olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma
orqanına müraciət etməlidir.
4. Sertifikatlaşdırma: sertifikatın verilməsi, qüvvədə olması və ləğv edilməsi 4.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın
hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb
olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın
verdiyi rəsmi məlumatlar əsasında aparılır.
4.2. Əgər uyğunsuzluqlar, yaxud standartın tələblərinin pozulması aşkar olunarsa, sertifikatlaş-
dırma üzrə orqan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatının ləğv
edilməsi haqqında qərar qəbul edir.
5. Subyektin öhdəlikləri Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir:
- mövcud standartlar və qaydaların tələblərinə uyğun istehsalın təşkili;
- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya
olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə əlaqəsi olan
bütün sənədləri (maliyyə sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə və istehsal
sektorlarını sərbəst müşahidə etməyə icazə vermək;
- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ekoloji sertifikatlaşdırma
sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji istehsalın idarə edilməsi, mülkiyyətçilik, istehsal
növü və s. daxil olmaqla, sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı fəaliyyət barədə
sertifikatlaşdırma orqanmı xəbərdar etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını
sertifikatlaşdırma və nəzarət sistemləri ilə əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə
əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək.