Амин Бабайев, Вцгар Бабайев


Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə372/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   368   369   370   371   372   373   374   375   ...   431
3. Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi 
 Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş 
orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib 
olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması  və ya onun vaxtının dəyişdirilməsi tələb 
olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma 
orqanına müraciət etməlidir. 
 
4. Sertifikatlaşdırma: sertifikatın verilməsi, qüvvədə olması və ləğv edilməsi 
4.1. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın 
hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə  tələb 
olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın 
verdiyi rəsmi məlumatlar əsasında aparılır. 
4.2.  Əgər uyğunsuzluqlar, yaxud standartın tələblərinin pozulması  aşkar olunarsa, sertifikatlaş-
dırma üzrə orqan ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının sertifikatının ləğv 
edilməsi haqqında qərar qəbul edir. 
 
 5. Subyektin öhdəlikləri 
 Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir: 
- mövcud standartlar və qaydaların tələblərinə uyğun istehsalın təşkili; 
- qanunvericilikdə  nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya 
olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə  əlaqəsi olan 
bütün sənədləri (maliyyə  sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə  və istehsal 
sektorlarını sərbəst müşahidə etməyə icazə vermək; 
- qanunvericilikdə  nəzərdə tutulmuş hallar istisna olmaqla, ekoloji sertifikatlaşdırma 
sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji istehsalın idarə edilməsi, mülkiyyətçilik, istehsal 
növü və s. daxil olmaqla, sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı fəaliyyət barədə 
sertifikatlaşdırma orqanmı xəbərdar etmək; 
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını 
sertifikatlaşdırma və  nəzarət sistemləri ilə  əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə 
əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək. 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin