Əlavə 4 AZƏRBAYCAN RESPUBLİKASINDA EKOLOJİ ÜSULLARLA TƏMİZ MƏHSUL İSTEHSALI, EMALI, ETİKETLƏNMƏSİ VƏ MARKETİNQİ ÜÇÜN STANDARTLAR ( Bu standartlar Beynəlxalq Ekoloji Standartları əsasında Gəncə Aqrobiznes Assosiasiyasının işçi heyəti tərəfindən işlənib hazırlanmışdır ) Бу standartлар aşağıdakılara əsaslanaraq tərtib olunub:
• Ekoloji istehsal və kənd təsərrüfatında qida məhsulları üzrə Avropa Birliyi
Əsasnaməsi (EEC № 2092/91), kənd təsərrüfatı məhsullarına və qida məhsullarına dair
göstərişlər və bütün zəruri əlavələr;
• Amerika Birləşmiş Ştatlarının ekoloji kənd təsərrüfatı istehsalı və idarə edilməsi
üzrə kənd təsərrüfatı milli standartları departamenti;
• Ekoloji kənd təsərrüfatı məhsulları üzrə Yaponiya kənd təsərrüfatı standartı.
Bildiriş № 59, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi;
• Ekoloji üsulla istehsal olunmuş qida məhsullarının emalı, etiketlənməsi və
marketinqi üçün Codex Alimentarius standartı;
• Ekoloji istehsal və emal üçün IFOAM-ın (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı
Hərəkatı Federasiyası) Baza Standartları.
Bu Standart ekoloji idarəetmə sisteminə malik olan istehsalçıların ISO
9001(Keyfiyyətin idarəetmə sistemləri modeli), SQF 2000 (Təhlükəsiz və keyfiyyətli
qida) və ISO 14001 (Ətraf mühiti nəzərə alan idarəetmə sistemləri) kimi beynəlxalq
standartlarda istifadə edilən plan, yoxlama və şərhlərə əsaslanan tələblərini özündə
cəmləşdirir. Bu standarta uyğunluq onların fəaliyyət dairələrini genişləndirməyə imkan
verir.
Ekoloji sertifikatlaşdırma ancaq bu standartlar çərçivəsində olan ekoloji istehsala
şamil edilə bilər. Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi (GAP) prinsipləri bu standartlar
çərçivəsində o vaxtadək davam edəcək ki, bu standartın tələblərinə əks çıxmasın.