Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə381/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   377   378   379   380   381   382   383   384   ...   431
Bazara çıxış problemləri 
Ekoloji bazara çıxış əldə etmək istəyənlər bu standartların bütün aspektlərini yerinə 
yetirməlidir.   
Avropa Birliyi və İsveçrəyə çıxış  
Avropa Birliyi və İsveçrə bazarlarına çıxış arzuları bu standartların bütün aspektləri 
ilə razılıq zəminində mümkün ola bilər.  
Bu standartların məqsədləri aşağıdakılardır:  
•  İstehlakçıları bazarda yalan, fırıldaq və  məhsul haqqında  əsassız  şikayətlərdən 
qorumaq;  
•  Ekoloji məhsul istehsalçılarını digər kənd təsərrüfatı məhsullarını ekoloji adı ilə  
istehsal edən istehsalçılardan qorumaq;  


 
308
•  İstehsalın, hazırlıq işlərinin, saxlanmanın, daşınmanın və marketinqin bütün 
mərhələlərinin inspeksiya olunması və bu standartların tələblərinin uyğunluğuna 
əmin olmaq;  
•  GABA standartlarına əsasən istehsal, sertifikatlaşdırma, tanınma üçün təminatı və 
ekoloji yolla istehsal edilən məhsulların etiketlənməsini tənzimləmək. 
 
Bu standart  ekoloji məhsullara olan tələbləri istehsal və marketinq standartları baxı-
mından, inspeksiyaların planlaşdırılması  və sertifikatlaşdırma qurumlarının etiketlə-
məyə olan tələblərini  tənzimləyir.   
Bu standartlar təsərrüfatlarda ekoloji istehsalın prinsiplərini, hazırlıqları, saxlanmanı, 
daşınmanı etiketlənməni və marketinq mərhələlərini tənzimləyir, torpaqda əlverişli 
şərait yaratmaq və  münbitliyi artırmaq üçün  istifadəsinə icazə verilən vasitələri qeyd  
edir, bitki zərərvericiləri  və  xəstəliklərinə qarşı  nəzarəti, qida əlavələri və emala 
köməkçi vasitələrin tətbiqini tənzimləyir. Etiketlənmə  məqsədilə “ekoloji istehsal 
üsullarından istifadə edilib” kimi terminlərin istifadəsi sertifikatlaşdırma qurumunun və 
digər səlahiyyətli şəxslərin nəzarəti olmadan becərilən məhsullar üçün qadağandır.    
Ekoloji kənd təsərrüfatı  ətraf mühitin qorunmasına kömək göstərən  ən geniş 
yayılmış metodologiyalardan biridir. Ekoloji istehsal sistemi spesifik və  dəqiq istehsal 
standartlarına  əsaslanır ki, bu standartlar da sosial, ekoloji və iqtisadi cəhətdən optimal 
aqrosistemə  malik olmağı qarşıya məqsəd qoyur. Ekoloji sistemi daha aydın təsvir 
etmək üçün sinonim olan ”bioloji” və  “üzvi” terminlərindən də istifadə olunur.  
Ekoloji istehsal olunmuş ərzaqlar üçün olan tələblər digər istehsal prosedurlarına və 
özəlliklərinə malik olan və  fərqli identifikasiya və etiketlənməyə malik ərzaqlara olan 
tələblərdən  fərqlənir.   
“Ekoloji” – məhsulun ekoloji istehsal standartlarına müvafiq istehsal olunduğunu və 
müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikat almasını göstərən bir etiketləmə 
terminidir. Ekoloji kənd təsərrüfatı  kənardan gətirilən vasitələrin minimuma endiril-
məsinə, sintetik kimyəvi gübrələrin və pestisidlərin istifadəsini məhdudlaşdırılmasına 
əsaslanır.    
Eyni zamanda ekoloji kənd təsərrüfatı praktikası  ümumi ətraf mühitin çirklənməsi 
zəminində    məhsulların tərkibində kimyəvi vasitələrin qalıqlarının olmamasına tam 
zəmanət verə bilməz. Bununla belə, havanın, torpağın və suyun çirklənməsini 
minimuma endirmək üçün müxtəlif üsullardan istifadə edilməkdədir.   
Ekoloji ərzaq istehsalçıları, emalçılar və pərakəndə satıcılar ekoloji kənd təsərrüfatı 
məhsullarının inteqrasiyasını qoruyub saxlamaq üçün standartları  dəstəkləyir və ona 
əməl edir. Ekoloji kənd təsərrüfatının ilkin məqsədi bir-biri ilə  əlaqəli olan icmaların, 
yəni torpaq həyatı, bitki, heyvan və insanların sağlamlığı və məhsuldarlığını optimallaş-
dırmaqdan ibarətdir.   
Ekoloji kənd təsərrüfatı  aqrosistemin sağlamlığını, biomüxtəlifliyi, bioloji dövranı  
və torpağın bioloji aktivliyini artıran və inkişaf etdirən tam bir sistemdir. O, idarəetmə 
praktikasını  kənardan gətirmə vasitələrinin tətbiqindən üstün tutur və bu zaman yerli 
sistemə adaptasiya  olunma da nəzərə alınır.   
 Bu, sintetik materialların tətbiqinə  və  hər hansı bir spesifik funksiyaların sistem 
daxilində  həyata keçirilməsinə  əks olaraq  mümkün olan yerlərdə  mədəni, bioloji və 
mexaniki üsulların tətbiqi ilə  həyata keçirilir. Ekoloji istehsal sistemi aşağıdakı kimi 
təsvir olunur:  


 
309
a)  bütün  sistem daxilində bioloji müxtəlifliyi canlandırmaq;  
b) torpağın bioloji aktivliyini artırmaq;  
c)  torpaq münbitliyini uzun müddət saxlamaq;  
d) qida maddələrinin yenidən torpağa qaytarmaq məqsədilə bitki və heyvan mənşəli 
tullantıların dövriyyəsini təmin etməli və bu yolla da bərpa edilə bilməyən ehtiyatlardan 
istifadəni minimuma endirmək;  
e)  yerli kənd təsərrüfatı sistemlərində olan bərpa edilə bilən ehtiyat mənbələrinə 
istinad etməli;  
f)  torpaqdan, sudan və havadan  sağlam istifadəni inkişaf etdirmək və bu yolla da 
hər cür çirklənmənin qarşısını almaq. Bu, kənd təsərrüfatı praktikasının nəticəsi kimi 
mümkün ola bilər;  
g) bütün  mərhələlərdə ekoloji inteqrasiyanı  və    məhsulun həyati keyfiyyətini 
saxlamaq üçün kənd təsərrüfatı  məhsulları  və onların emal üsulları ilə diqqətlə  və 
ehtiyatla davranmaq; 
h) hər hansı bir mövcud təsərrüfatda yaranma müddəti təsərrüfatın spesifik faktorları 
ilə, məsələn,  təsərrüfatda torpağın becərilmə    tarixçəsi ilə, becərilən  bitkilərin və 
saxlanılan mal-qaranın növü ilə səciyyələnən konversiya (keçid) dövründə tətbiq edilə 
bilər.  
İstehlakçı və istehsalçı arasındakı sıx əlaqə konsepsiyası böyük bir təcrübədir. Böyük 
bazar tələbatı, istehsala olan böyük iqtisadi maraq,  istehlakçı  və istehsalçı arasındakı 
artan məsafə xarici nəzarət və sertifikatlaşdırma prosedurunun tətbiq edilməsini 
tənzimləyir.   
Sertifikatlaşdırmanın ayrılmaz komponenti ekoloji idarəetmə sisteminin yoxlanıl-
ması – inspeksiyasıdır. Müştərinin sertifikatlaşdırması prosedurları, əsasən, müştəri və 
inspeksiya qurumları tərəfindən  hazırlanan kənd təsərrüfatı müəssisəsinin illik hesaba-
tına əsaslanır.   
Eyni zamanda emal mərhələsində  də standartlar o səviyyəyə  qədər inkişaf etdirilib 
ki, emal əməliyyatları və bitkibecərmə şəraitləri də yoxlanıla və təsdiqlənə bilsin. Əgər 
inspeksiya – yoxlama sertifikatlaşdırma qurumu tərəfindən aparılırsa, inspeksiya və 
sertifikatlaşdırma funksiyalarının çox aydın şəkildə ayrılması təyin olunmalıdır. Onların 
ədalətliliyini təmin etmək üçün sertifikatlaşdırma qurumları sertifikatladırma prosesi 
keçən şəxslərdən iqtisadi maraqlar baxımından asılı olmamalıdır.  
Beynəlxalq qanunvericilik və qaydaların dəyişilməsi zəminində bu standarta  
müntəzəm olaraq düzəlişlər edilə bilər.   

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin