Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli
Fərmanının 1.11-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları
haqqında" Azərbaycan Respublikasının
Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq
edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən
edilməsindən ibarətdir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanma yerlərində (anbarlarda,
soyuducularda) onların ekoloji təmiz məhsulların standartlarına uyğun olmayan başqa məhsullarla
qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir.
2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır.
2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanmasında
qanunvericilikdə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən
istifadə oluna bilər.
2.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması müddətində məhsulun
keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol
verilmir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması zamanı sanitariya
norma və qaydaları, gigiyenik normativlər və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə
alınmalıdır.
2.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd
edən sistemə malik anbarlarda saxlanılmalıdır.
2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız
bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları,
müasir texnologiya vasitələri ilə əldə edilmiş saxlama qabları və kameralarından istifadəyə icazə
verilir. Materiallar, konteynerlər və anbarlar sanitariya norma və qaydaları, gigiyenik normativlərin və
standartların tələblərinə cavab verməlidir.
2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanılmasında istifadə olunan saxlama
məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və
bu barədə müvafiq qeydiyyat aparılmalıdır.
2.9. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış
xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı
ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır.
2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehlak xüsusiyyətləri, tərkibi,
kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə
istehlakçıları məlumatlandırmalıdırlar.
2.11. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının,
çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq
döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət
edilməlidir.
306
2.12. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan
bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji
müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və
aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji
müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır.
2.13. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat
vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait
yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar
ziyanvericiləri ilə yoluxmamış və kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan
məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və
cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin damı asan yuyula bilən gigiyenik materialdan
hazırlanmış örtüyə malik olmalıdır.
2.14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat
vasitələri xüsusi sanitariya pasportu ilə təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən
keçirilməlidir.
2.15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat
vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır.
2.16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması beynəlxalq və
Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və
gigiyenik normativlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə və əzaba məruz qalmasına yol
verilməməlidir.
|