Амин Бабайев, Вцгар Бабайев


Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə378/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   374   375   376   377   378   379   380   381   ...   431
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması 
 2.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri 
ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda 
istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa 
çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır. 
2.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə 
müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır. 
2.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq 
istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir: 
2.3.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il; 
2.3.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il; 
2.3.3. yem bitkiləri və otlaqlar üçün - 2 il; 
2.3.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il; 
2.3.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə; 
2.3.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay; 
2.3.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə; 
2.3.8. arı ailələri üçün - 1 il. 
2.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan 
rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının markalanmasında istifadə 
olunan təsvirdən fərqlənməməlidir. 
2.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar 
ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları kimi markalanır və etiketin üzərində "EKO" sözü 
göstərilir. 
2.6. Yerli və müvafiq qaydada markalanmış idxal olunmuş (sərbəst dövriyyəyə buraxılmış) ekoloji 
təmiz kənd təsərrüfatı  və  ərzaq məhsulları (xammal) bu məhsulların standartlarına uyğun emal 
edildikdə, alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır. 
2.7. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan 
başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə, həmin emal məhsulları ekoloji təmiz 
kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır. 
2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması "Yeyinti məhsulları haqqında" 
Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun həyata keçirilir. Etiketin üzərində və ya 
qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır: 
- istehsal və emal müəssisəsinin adı, ünvanı və milli əmtəə nişanı; 
- ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı; 
- ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu; 
- məhsulun saxlanma şəraiti; 
- məhsulun istehsal tarixi və yararlılıq müddəti; 
- ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının 
qadağan olunmasına dair göstəriş. 
2.9. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə 
cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli və milli əmtəə nişanı olmalıdır. 
2.10. "Azərbaycanda istehsal edilmişdir" bildirişi daxili dövriyyəyə və ixrac üçün təyin edilmiş ekoloji 
təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının etiketində (Azərbaycan və ingilis dillərində)  əks 
olunmalıdır. 
2.11. Etiket dövlət dilində və yaxud dövlət dili ilə birgə hər hansı bir xarici dildə tərtib olunmalı və 
etiketlənmə məhsulun ekoloji təmizliyinə xələl gətirməməlidir. 
2.12. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında satışa 
çıxarılan ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının etiketi üzərində  həmin məhsulların 
istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması 
haqqında məlumatlar göstərilməlidir. 
 


 
305
 Azərbaycan Respublikası Nazirlər 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin