Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması QAYDASI
1. Ümumi müddəalar 1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli
Fərmanının 1.10-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları
haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının markalanması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydalarının tətbiq
edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların digər məhsullardan fərqlənməsini təmin etmək,
304
alıcıların seçim imkanlarının təmin edilməsindən, malların ekoloji aspektləri haqqında ətraflı və dəqiq
informasiya vermək imkanı yaratmaqdan ibarətdir.