301
orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.
Məlumatlar əsasında sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan məhsulun AZS Milli
sertifikatlaşdırma sisteminin tələblərinə uyğun sertifikatlaşdırılması haqqında qərar qəbul edir.
2.2. Ekoloji sertifikat üzərində sertifikatlaşdırılmış məhsulun adı və miqdarı göstərilir. Sertifikat
məhsulun yararlıq müddəti nəzərə alınmaqla müəyyən edilir.
2.3. Sertifikat 2 orijinal nüsxədə çap olunur. Onlardan biri sertifikatlaşdırma orqanında saxlanılır,
digəri isə ekoloji təmiz kənd təsərrüfatı subyektinə verilir.
2.4. Ekoloji müşahidələrin nəticəsi mənfi olduqda, sertifikatın qüvvədə olma müddəti
dayandırılır və ya sertifikat ləğv edilir. Bu məhsullara ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarına bu Qaydaların əlavəsində göstərilən formada
sertifikat verilir (əlavə olunur).
Dostları ilə paylaş: