Амин Бабайев, Вцгар Бабайев


Kabinetinin 2009-cu il 8 yanvar



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə379/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   375   376   377   378   379   380   381   382   ...   431
Kabinetinin 2009-cu il 8 yanvar 
tarixli 5 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
 
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması 
 
QAYDALARI 
  
1. Ümumi müddəalar 
1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli 
Fərmanının 1.11-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları 
haqqında" Azərbaycan Respublikasının 
Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı 
və ərzaq məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir. 
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq 
edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən 
edilməsindən ibarətdir. 
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması 
2.1. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanma yerlərində (anbarlarda, 
soyuducularda) onların ekoloji təmiz məhsulların standartlarına uyğun olmayan başqa məhsullarla 
qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir. 
2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq 
məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır. 
2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanmasında 
qanunvericilikdə  nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən 
istifadə oluna bilər. 
2.4. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanması müddətində  məhsulun 
keyfiyyətinə  mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol 
verilmir. 
2.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması zamanı sanitariya 
norma və qaydaları, gigiyenik normativlər və  ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə 
alınmalıdır. 
2.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd 
edən sistemə malik anbarlarda saxlanılmalıdır. 
2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız 
bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları, 
müasir texnologiya vasitələri ilə  əldə edilmiş saxlama qabları  və kameralarından istifadəyə icazə 
verilir. Materiallar, konteynerlər və anbarlar sanitariya norma və qaydaları, gigiyenik normativlərin və 
standartların tələblərinə cavab verməlidir. 
2.8. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanılmasında istifadə olunan saxlama 
məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və 
bu barədə müvafiq qeydiyyat aparılmalıdır. 
2.9. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış 
xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı 
ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır. 
2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, 
kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə 
istehlakçıları məlumatlandırmalıdırlar. 
2.11. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının, 
çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq 
döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf  şəklində) yığılmasına ciddi riayət 
edilməlidir. 


 
306
2.12. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan 
bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji 
müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və 
aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji 
müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır. 
2.13. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının daşınmasında istifadə edilən nəqliyyat 
vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə  şərait 
yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar 
ziyanvericiləri ilə yoluxmamış  və  kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan 
məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və 
cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin damı asan yuyula bilən gigiyenik materialdan 
hazırlanmış örtüyə malik olmalıdır. 
2.14. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat 
vasitələri xüsusi sanitariya pasportu ilə  təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən 
keçirilməlidir. 
2.15. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının daşınmasında istifadə olunan nəqliyyat 
vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır. 
2.16. Ekoloji təmiz kənd təsərrüfatı  və  ərzaq məhsullarının saxlanması  və daşınması beynəlxalq və 
Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və 
gigiyenik normativlərin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. 
2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə  və  əzaba məruz qalmasına yol 
verilməməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
307

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin