8
- ətraf mühiti çirkləndirənlər bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalı-
dırlar;
- davamlı inkişaf problemin daha dərindən dərk edilməsini tələb edir;
- davamlı inkişafa çatmaqdan ötrü qadınların və gənclərin yaradıcı qüvvələrinin
hərtərəfli iştirakı zəruridir;
- müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərir. Ona görə də dövlətlər
silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət
etməlidirlər;
- sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır.
Bu nöqteyi-nəzərdən müasir dünyada davamlı inkişafa nail olmaq üçün zəruri olan
modellərdən biri
ekoloji təsərrüfatçılıqdır. Bu ideyanı Azərbaycanda da reallaşdırmaq
üçün, ilk növbədə, ictimai şüurun və yeni ekoloji təfəkkürün inkişaf etdirilməsi ümdə
məsələdir.
Ekoloji Kənd Təsərrüfatı Hərəkatını bir proses kimi qiymətləndirsək, görərik ki,
inkişafın bütün mərhələlərində əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və
təhsili bu posesin əsas tərkib hissələrindən biri olmuşdur və indi də həmin səviyyədə
qalmaqdadır. Bu iş Avropa Birliyi ölkələrində orta təhsil məktəbləri, kolleclər və müxtə-
lif kurslardan başlayaraq ali təhsil ocaqlarına qədər təlim və təhsillə məşğul olan böyük
bir şəbəkəni əhatə edir. Eyni zamanda insanların bu məsələ ətrafında maarifləndirilmə-
sinə nail olmaq üçün Milli və Regional proqramlar həyata keçirilir, onların vasitəsi ilə
də insanlara ekoloji təmiz məhsul istehsalının yolları və qaydaları təlqin olunur.
Azərbaycanda əsası 1998-ci ildə Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən
qoyulan Ekoloji Kənd Təsərrüfatı Hərəkatı getdikcə genişlənməkdədir. Ötən qısa bir
vaxt ərzində yüzlərlə fermer və torpaq istifadəçiləri bu istiqamət üzrə treninq və
seminarlarda maarifləndirilmişdir. Bu işdə «Ekoloji Kənd Təsərrüfatı» jurnalının da
xüsusi rolunu qeyd etməmək olmaz. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının
(indiki ADAU-nun) Elmi Şurası 5 dekabr 2006-cı il tarixində AKTA-da (indiki ADAU-
da) «Ekoloji kənd təsərrüfatı» ixtisasının açılması haqqında qərar qəbul etmiş və 2007-ci
ildə bu ixtisas üzrə tələbə qəbulu həyata keçirilmişdir.
Son on ildə yaradılan elmi-metodiki və tədris-metodiki materiallar bazasının
insanların maariflənməsində və təhsilində xüsusi yeri var. İndiyə qədər belə bir
informasiya mənbəyinin olmaması tədrisdə və maarifləndirmə işlərində çətinliklər
yaradırdı.
Bu dərsliyin işlənib hazırlanmasında müxtəlif mənbələrdən istifadə olunaraq
“Ekoloji kənd təsərrüfatı”na dair ən müasir informasiyanın toplanması və işlənilməsində
Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının ən qabaqcıl nümayəndələri olan -
mərhum k.t.e.n., dosent Elxan Qocayevin, k.t.e.n., dosent Qurban Məmmədovun,
k.t.e.n., dosent Səmədağa Surxayevin, k.t.e.n., dosent Məhmət Əliyevin, dos. Fəxrəddin
Yusifovun, baş müəllim Sübhan Vəliyevin, b.e.n. Kazım Hüseynovun, baş müəllim
Vüqar Mohumayevin, k.t.f.d. Vüqar Bəşirovun, Nizami İbrahimli, Elməddin Namazov
və başqalarının böyük rolu və zəhməti olmuşdur.
Hesab edirik ki, Azərbaycanda ilk dəfə işıq üzü görən bu dərslik uzun illər ekoloji
kənd təsərrüfatı ilə bağlı minlərlə insanın stolüstü kitabına çevriləcək.
Dostları ilə paylaş: