Biotanın fəaliyyəti nəticəsində biosferdə toplanan bioloji mənşəli maddə
biogen maddəni təşkil edir. Biogen maddə biotanın müxtəlif destruksiya,
mineralizasiya dərəcəsində olan qalıqlardır.
Biosferin tərkibində canlı aləmin bu və ya digər dərəcədə təsirinə məruz
qalmış dağ və dağ çöküntü süxurları qeyri-üzvi maddəni təşkil edir.
Biosferin canlı aləmlə zəngin olan daha fəal hissəsi ekosfer (ekoloji sfera)
adlanır. Ekosferdə təqribən 1 mln. heyvan növü və 340 minə qədər bitki növü
yayılmışdır. Bitki və heyvan növünün 93%-ə qədəri quruda məskunlaşmışdır.
Ekosferin biokütləsi milyon illər ərzində sabit qalaraq, 2,5 trilyon ton
(2,5x10
12
) üzvi quru maddə təşkil edir. Ümumi biokütlənin 99,87%-i litosferin və
yalnız cüzi miqdarı – 0,13%-i Dünya okeanının payına düşür. Biosferdə əsas bio-
kütlə yaradan bitkilərdir, quruda onların payına 99,2%, okeanda isə 6,3% düşür.
Arası kəsilmədən davam edən iki təbii proses - üzvi maddələrin sintezi və
parçalanması geoloji dövr kəsimində biosferin dayanıqlığını təmin edir. Üzvi
maddənin sintezi (fotosintez) və parçalanmasında (destruksiya) müxtəlif canlı
orqanizmlər iştirak edir. Canlı növlər və onların məcmusu biosferin təkamül
inkişafı nəticəsində seçilərək «ixtisaslaşmışdır». «İxtisaslaşmış» məcmular tərə-
findən yaradılmış təbii ətraf mühitin abiotik amilləri müasir biosferi təşkil edir.