20
Ekosistemdə daxili və xarici əlaqələrin əsasında enerjinin alınması (üzvi
maddələrin sintezi) və qida zəncirləri (maddələr mübadiləsi) dayanır.
Ekosistemin daxili və xarici (mühitlə) əlaqələrini təşkil edir:
• enerji mübadiləsi;
• maddələr mübadiləsi;
• informasiya mübadiləsi.
Ekosistem qapalı-açıq fəaliyyət göstərir. Hər ekosistemin
özünəməxsus daxili
əlaqələrinin olması onun qapalılığını, ətraf mühitlə arasıkəsilməyən daimi enerji,
maddələr və informasiya mübadiləsi isə açıq olmasını səciyyələndirir.
Ekosistemin formalaşmış daxili və xarici əlaqələri onun sabitliyini və
dayanıqlığını təmin edir. Bu dayanıqlıq hər hansı bir xarici təsirə qarşı davamlılıq
həddi ilə səciyyələnir. Xarici təsir davamılılq həddini keçdikdə ekosistemin
sabitliyi
pozulur və nəticədə o, deqradasiyaya uğrayaraq sıradan çıxır.
Təbiətdən istifadə ekosistemlərin ayrı-ayrı komponentlərinin «istismarı» ilə
bağlıdır. Antropogen təsir nəticəsində ətraf mühit çirklənir və ekosistemin tərki-
bində canlıların yaşayış şəraiti - biotop yararsız hala düşür. Hər iki halda ekosis-
temin davamlılıq həddi nəzərə alınmalıdır.
Ekosistemin özünütənzimləmə, yeniləşmə və bərpaedici
qabiliyyəti nəzərə
alınmadan həyata keçirilən «istismarı» və ətraf mühitin normativdən (qəbul
olunmuş həddən) artıq çirkləndirilməsi dönməz dəyişikliklərə səbəb olur.
Ekosistemlər yalnız ətraf mühitlə deyil, həm də bir-biri ilə qarşılıqlı sıx
əlaqədə olub birgə fəaliyyət göstərir və inkişaf edir. Həmin əlaqələr maddələr,
enerji və informasiya mübadiləsi nəticəsində ya birbaşa (ekosistem-ekosistem), ya
da ətraf mühitin amilləri vasitəsi ilə (ekosistem-mühit amilləri-ekosistem) yaranır.
Dostları ilə paylaş: