Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə25/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   431
Ekosistem biosferin əsas və ilkin struktur vahidi olub, birləşərək nisbətən 
yüksək səviyyədə təşkil olunmuş sistemlər əmələ gətirir. Ekosistemlər cəmləşərək 
təbii landşaftlar və  təbii komplekslər yaradır, sonuncular isə biosferin müasir 
görkəmini formalaşdırır.  
Beləliklə, qlobal ekosistem olan biosfer ekosistemlər sistemidir.  
Ekosistemin bioloji məhsuldarlığı dedikdə, ilk növbədə, fitosenozun üzvi 
maddə sintezetmə qabiliyyəti və  həm də  həmin üzvi maddənin miqdarı  nəzərdə 
tutulur. Bu tərifdən bioloji məhsuldarlığın, ilk növbədə, biotopdan asılı olması 
nəzərə çarpır. Lakin bioloji məhsuldarlıq ekosistemin fitosenozun özünü tənzim-
ləmə, bərpaetmə  və çoxalma qabiliyyətlərinin nəticəsi olaraq formalaşır. 
Beləliklə, canlı orqanizmi xatırladan ekosistemin bioloji məhsuldarlığı fitosenoz 
və biotopun birgə ahəngdar funksiyası nəticəsində yaranır.  
Ekologiya elmində biosferin struktur vahidi kimi ekosistemlə yanaşı, 
biogeosenoz da geniş istifadə tapır. «Biogeosenoz» terminini (bio-həyat, canlı;   
geo - yer; senoz - məcmu, cəmiyyət) rus alimi V.N.Sukaçev (1880-1967) təklif 
etmiş və o, biogeosenologiya təlimini yaratmışdır.  
V.N.Sukaçevə görə,  biogeosenoz – Yer səthində mühit şəraiti eyni olan 
müəyyən  ərazidə  məskunlaşmış orqanizmlər məcmusu olub bir-birinə  təsir 
göstərir.  
«Ekosistem» və «biogeosenoz» terminləri bir-birinə mahiyyət etibarı ilə 
yaxındırsa da, sinonim deyildir. Terminin mənasından və  tərifdən göründüyü 


 
21
kimi, biogeosenoz sırf yerüstü (quruda, biosferdə) sistemləri əhatə etməklə onların 
sərhədlərinin müəyyən edilməsini qarşıya qoyur (yəni müəyyən edilmiş ərazidə). 
Ekosistemin təyin olunması onun ölçüsünə (böyüklüyünə), yerləşməsinə  və 
hüdudlarına heç bir məhdudiyyət gətirmir.  
Ekosistem anlayışı daha genişdir, nəinki biogeosenoz, ekosistem bir neçə 
biogeosenozu  əhatə edə bilər.  İstənilən biogeosenoz ekosistemdir, lakin hər 
ekosistem biogeosenoz deyil.  
Biogeosenoz da ekosistem kimi, analoji olaraq, iki tərkib komponentdən 
ibarətdir: ekotop  və biosenozdan (şəkil 5). 
Ekotop – biosenozun əhatə etdiyi müəyyən ərazinin abiotik amillərin məcmu-
sudur. Ekotop öz növbəsində iqlim (klimatop) və torpaq-qrunt (edafotop) amillə-
rindən ibarətdir.  
Biosenoz – canlı aləmin birləşməsi olub, bitki (fitosenoz), heyvanlar 
(zoosenoz) və mikroorqanizmlərin (mikrobosenozun) məcmusudur.  
Biogeosenozun başlıca xassəsi onu təşkil edən bütün komponentlərin (canlı 
və cansız) qarşılıqlı  əlaqəsi və asılılığıdır. Ekosistemdən fərqli olaraq, 
biogeosenozun struktur sxemindən həmin asılılıqları daha asan izləmək olur (şəkil 
3 və 4). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin