3. Diktiokaulyoz Nisbətən xırda 3-10 sm böyüklüyündə sapvarı qurdlar tərəfindən törədilir. El
arasında qılqurd kimi təsvir edilir. Adətən, ağciyərin bronxlarında (hava
borularında) məskunlaşır. Ağımsov, iyvarı görkəmli, yumru qurdlardır. Yoluxma
otlağa, örüşə, torpağa, suya düşmüş yumurta deyil, süfrələr hesabına baş verir.
Xəstəliyin əlamətləri. Yaylaqlardan qayıdan və aranda qalan toğlular və
quzular sirayətlənmiş otdan-sudan asanlıqla yoluxur. Bağırsaqdan ağciyərə adlayan
süfrələr 1,5-2 aya anac qurda çevrilir. Nəfəs borularında məskənləşmiş qurdlar
qidalanaraq boy atıb inkişaf etdikcə ağ ciyərdə ağır fəsadlar doğurur. Pəyədən
səhər-səhər çölə çıxarılan heyvanlarda sürəkli, üzücü öskürək ən əlamətli nişanə
sayılır. Tənəffüs çətinləşir, burundan axıntı çoxalır, burun ətrafında fırtılıq
quruyaraq qərtmək bağlayır. Kalın rəngi dəyişir. İshal üfunətli, qazlı və qabarcıqlı
olur. Ətraflarda və döş nahiyəsində sulu şişlər əmələ gəlir.