240
8.8.5. Yoluxmayan xəstəliklər
Yoluxmayan xəstəliklər canlı orqanizmlərdən (bakteriya, göbələk, virus, qurd,
gənə, həşərat) fərqli olaraq müxtəlif mexaniki, fiziki, kimyəvi təsirlərdən baş verir.
Müxtəlif zədələnmələr, yanıqlar, donmalar, qəbizlik, ishal,
zəhərlənmələr sağlam
heyvanlara keçmədiyi üçün yoluxmayan xəstəliklərə aid edilir. Lakin ümumilikdə
götürülsə, yoluxmayan xəstəliklərin xeyli qismi, yemləmə və yemlərlə əlaqədardır.
1. Avitaminozlar
Vitamin çatışmazlıqları içərisində A avitominozuna daha çox təsadüf edilir.
Cavanlar xəstəliyə yaşlılara nisbətən daha həssasdır.
Hətta boğaz heyvanlarda
karotin çatışmazlığı, körpələrdə və cavanlarda inkişafın, boyatmanının ləngiməsi
həzm, tənəffüs və sinir sistemində müəyyən problemlər doğurur.
Qoyunlarda görmə qabiliyyəti zəifləyir, xəstələr yeriyəndə səndirləyir,
donuqluq, süstlük, əzələ titrəməsi, əsməcəlik, boğulma əlamətləri özünü göstərir.
Xəstələnmənin qarşısının alınmasında yemləmə, baxım, qulluq şəraiti
mühüm
əhəmiyyət kəsb edir. Kəsərli tədbirlərdən biri körpə-südəmər buzovlara sutkada
300 ml karotin içirilir.
D vitamini çatışmayanda sümüklər normal inkişafdan qalır, oynaqlar
şişkinləşir,
onurğa sütunu əyilir, qabırğalar kövrəkləşir, heyvan inkişafdan qalır,
digər xəstəliklərə həssaslıq artır. Xəstələrə D vitaminilə zəngin olan balıq yağı,
tabaşir, sümük unu, balıqqulağı unu verilir.
2. Yalama
Adətən, quzularda müşahidə edilir. Xəstələr anasının yununu yalayır.
Beləliklə, bağırsağa düşmüş yun topaları həzmi
çətinləşdirir, bəzən tıxac keçil-
məzliyə səbəb olur. Başlıca səbəb qismində boğaz qoyunların yem payında mineral
maddələr və vitamin çatışmazlığı göstərilir. Doğuşdan
sonra südün tərkibindəki
çatışmazlıq vəziyyəti xeyli ağırlaşdırır. Əmişə buraxılan quzular anaya hücum
edərək, qarın ətrafındakı yunu yalayır, əmir, alıb çeynəyir. Nəticədə kala, sidiyə
bulaşmış, mikroblarla sirayətlənmiş yun əlavə xəstəliklərə zəmin yaradır. Nədənsə,
tədricən
digər quzularda da bu, vərdiş halına keçir. Bəzən quzuların qursağında
yemə qarışmış dəyirmi formalı kütlə (bezoar) əmələ gəlir. Nəticədə körpədə sancı
əlamətləri fonunda, tənəffüs və ürək fəaliyyəti çətinləşir.
Xəstəliyin qarşısını almaq naminə yemlə sümük unu, daş düz (yalama), balıq
unu, tabaşir verilir, sanitar-gigiyenik şəraitə diqqət yetirilir.
Dostları ilə paylaş: