Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə396/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   392   393   394   395   396   397   398   399   ...   431
 Öküz və atlar üçün:  
Ət məhsulları: 12 ay və  ən azı  həyatlarının  ¾-ü  qədər hissəsini ekoloji idarəçilik 
sistemində keçirmiş olsun;  


 
322
Ət istehsalı üçün istehsal olunan buzovlar:  6 ay müddətində, süddən ayrılan kimi  - 6 
aylıqdan az yaşı olmalı;  
Süd məhsulları:  səlahiyyətli orqan tərəfindən təyin edilmiş  90 gün  icra  müddətində və 
bundan sonra  6 ay ərzində.  
Qoyun və keçiət məhsulları:  6 ay; Süd məhsulları: səlahiyyətli orqan tərəfindən təyin 
edilmiş  icra müddətinin 90 günü, bundan sonra 6 ay müddətində.  
Donuz: 
Ət məhsulları:  6 ay. 
Quşçuluq/yumurtlayan toyuqlar 
Ət məhsulları: səlahiyyətli orqanın müəyyən etdiyi kimi bütün həyatı boyu; 
Yumurtalar:   altı həftə  
 
Qidalanma   
 
13. Bütün heyvandarlıq sistemləri bu standartların tələblərinə uyğun olan yemlərdən 
(həmçinin “keçid dövründə” olan yem üçün) ibarət olan 100% optimal səviyyəyə riayət 
etməlidir.  
 
14. GABA tərəfindən müəyyən edilmiş icra dövrü üçün heyvandarlıq məhsulları ekoloji 
status almaq üçün otyeyən və digər növlər üçün  tərkibi  ən azı 95% ekoloji olan yem 
tətbiq etməlidir. 
Bu yem norması quru maddə hesabı ilə hesablanır və bu standartın tələblərinə müvafiq 
olaraq istehsal olunmuş ekoloji mənbələrdən əld edilir.   
15. Buna baxmayaraq əgər işçi/icraçı inspektoru və ya sertifikatlaşdırma orqanını 
inandırsa ki, paraqraf 13-də qeyd olunan tələblərə cavab verən yemi təbii fəlakətlər və 
ya ekstremal təbii hava şəraiti ucbatından  əldə etmək mümkün deyilsə, o zaman  
inspektor və ya sertifikatlaşdırma orqanı    məhdud vaxt müddətində bu standarta 
müvafiq olmadan istehsal olunan yemlərin istifadəsinə icazə verir. Ancaq bu zaman 
həmin yemlərdə genetik dəyişdirilmiş orqanizmlər və ya digər oxşar maddələr olmasın.    
GABA  qeyri-ekoloji yemlərin maksimum faizinə yuxarıda göstərilən şərtlər daxilində 
hər hansı şəraitdə dəyişikliklər edəcək.  
16.Xüsusi heyvandarlıq rasionunda nəzərə alınmalıdır:  
-  cavan südəmərlərin təbii, ana südünə olan ehtiyacları;  
-  ot yeyənlərin gündəlik rasionu əsas payı qaba yemdən, təzə  və qurudulmuş 
yemdən və ya silosdan ibarət olmalıdır;  
-  mədəsi çoxkameralı olan heyvanlar yalnız silosla yemləndirilməməlidir;  
-  quşların kökəlmə fazasında dənli yemlərə olan ehtiyac;  
-  donuzların və quşların gündəlik rasionunda qaba yemə, təzə və qurudulmuş yemə 
və ya silosa olan ehtiyac.  
17. Bütün heyvanlar  sağlamlıqlarını və güclərini  qorumaq naminə  kifayət qədər təmiz 
su ilə təmin olunmalıdır.   
18.  Əgər maddələrdən yem, qidalı elementlər, yem əlavələri və ya emala köməkçi 
vasitələri qida hazırlanmasında istifadə olunursa, GABA standartları  aşağıdakı 
kriteriyalara müvafiq olaraq maddələrin siyahısını tərtib edib:  
 
 
 


 
323
Əsas kriteriyalar: 
a) heyvanların yemləndirilməsi barəsində milli qanunvericiliyə uyğun olan maddələrin 
istifadəsinə icazə verilir;  
b) maddələr heyvanların sağlamlığını, rifahını  və uzunömürlüyünü  artırmaq üçün 
vacibdir;  
c) belə maddələr:  
-  növlərin  psixoloji və davranış ehtiyaclarını  təmin edən müvafiq dieta saxlamaq 
üçün; 
-  tərkibində genetik dəyişdirilmiş orqanizmlər və digər məhsullar  olmayan
-  əsasən bitki, mineral və ya heyvan mənşəli olsun.  
 
Yem və qida elementləri üçün spesifik kriteriyalar:  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin