Cavan yarpaqlar, çiçək saplağı həlim
4-5 kq təzə (tər) kütlə doğranılır və üzərinə 10 litr isti su tökülərək 10-12 gün
saxlanılır. Hazır məhlul süzülərək istifadə olunur.
16
Çobanyastığı
(Molla başı)
Kütləvi çiçəkləmə dövrü yığılmış çiçəklərdən həlim
200 qram üyüdülmüş kütləni 10 litr suda həll edərək istifadə edirlər.
17
Çətən(kənaf)
- bitkilərin
becərilməsi
Çətənənin cərgələraralarında becərilməsi.
18
Köpəkdili otu
Təz (tər) və qurudulmuş kütlədən Götürülmüş kütlə qaynar su ilə pörtlədilir və əkin sahələrinə paylanır.
19
Şüyüd
Təzə (tər) bitkilərdən istifadə olunur həlim
600-700 qram doğranmış şüyüdü üzərinə 10 litr qaynar su tökülür. Bir gündən
sonra süzülərək istifadə olunur.
20
Xardal
Yerüstü hissələrindən üyüdülmüş kütlə həlim
100 qram üyüdülmüş kütlənin üzərinə 10 litr qaynar su tökürlər. İki gün
saxladıqdan sonra 1:1 nisbətində soyuq su ilə durulaşdırılır və istifadə olunur.
21
Sitrus bitkilər
Təzə qabıqlarından həlim
Bir kq təzə qabığı ət maşınından keçirtdikdən sonra üzərinə üç litrlik banka
dolana qədər su tökürlər. Beş gün qaranlıq yerdə saxladıqdan sonra süzərək
istifadə edirlər.
22
Qırmızı istiot (bibər)
Qınlarından həlim
100 qram təzə (tər) və ya 50 qram qurudulmuş qınları doğrayaraq üzərinə bir
litr su tökürlər. Həmin məhlulu bir saat «su hamamında» saxladıqdan sonra
soyudurlar. Soyumuş kütləni ələkdən keçirdikdən sonra hər 100 ml məhlula 10
litr su və 40 qram təsərrüfat sabunu əlavə edərək istifadə edirlər.
23
Acılıq otu