Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə55/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   431
 
 
 
 
 


 
55
III FƏSİL. TƏBİİ EHTİYATLARDAN İSTİFADƏNİN İQTİSADİ 
ƏSASLARI 
 
3.1. Təbiətdən istifadənin iqtisadi qanunları 
 
Təbiətdən istifadə tarixi zərurət olub  iqtisadi maraqlardan irəli gəlir. İbtidai 
insan yarandığı gündən təbiətdən istifadə etməyə başlamışdır. Cəmiyyət-təbiət 
münasibətlərinin təkamülü təbiətdən istifadənin inkişafını əks etdirir.  
Cəmiyyət təbiətdən, məhsuldar istehsal qüvvələrin inkişafı isə  təbii ehtiyat-
lardan asılı olsa da, tarixi baxmdan iqtisadiyyat ekoloji dəyərlərdən  əlaqəsiz 
inkişaf etmiş, bu əlaqələr nəzərə alınmamışdır.  
İqtisadiyyatın «daha çox gəlir əldə etmək» qanunu əsasında qurulması təbii 
ehtiyatların ekstensiv istismar nəticəsində tükənməsinə  və  ətraf mühitin çirklən-
dirilərək sıradan çıxmasına səbəb olmuşdur.  İqtisadiyyatla ekologiya arasındakı 
sıx əlaqə antropogen təsirin dəyişdirdiyi biosferin insana, onun təsərrüfatına mənfi 
təsiri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır. 
 İqtisadiyyatın biosferdə müvazinətin pozulmasında başlıca amil kimi çıxış 
etməsi iqtisadiyyatın yalnız gəlir üzərində qurulmasından ekoloji-iqtisadi siyasətə 
keçirilməsini tələb edir.  

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin