Təbii ehtiyatların keyfiyyətcə qiymətləndirilməsi eyni növdən olan
ehtiyatların daxilində aparılır. Onların təbii xüsusiyyətlərindən irəli gəlir və nisbi
göstəricilərlə ifadə olunur (bal, bonitet sinfi, sort, marka və s.). Məsələn, ən
qiymətli xammal neftin brendi sortu hesab olunur. Poladın xammal kimi
keyfiyyəti markasına görə təyin edilir.
Torpaq və meşə sahələrinin məhsuldarlıq göstəricisi kimi bonitet çıxış edir
(lat. bonitas – keyfiyyətlilik). Torpaq sahələrinin bonitirovkası aparılaraq məhsul-
darlığına görə bonitet balları təyin olunur. Meşələr bitmə şəraitindən (torpaq və
iqlim) asılı olan məhsuldarlığına görə bonitet siniflərinə bölünür.
Təbii ehtiyatların kəmiyyət və keyfiyyət baxımdan qiymətləndirilməsi maddi və
sosial əhəmiyyət kəsb edib onların ictimai faydasını açıqlamır. Bu səbəbdən də hər
iki qiymətləndirmə iqtisadiyyatdan kənar qiymətləndirməyə aid edilir (şəkil 10).
Təbii ehtiyatların ictimai tələbatı istehsalat və istehlak nəticəsində ödəmə
roluna görə ictimai faydasını iqtisadi qiymətləndirmə üzrə çıxarır.
İqtisadi qiymətləndirmə – təbii ehtiyatların nəzərdə tutulmuş qaydada istifa-
dəsinin təsərrüfat effektinin (qiymətinin) pulla ifadəsinin təyin olunmasıdır. Qısa
mənada iqtisadi qiymətləndirmə təbii ehtiyatların daşıdıqları istehlak dəyərinin
pulla ifadəsidir.