Амин Бабайев, Вцгар Бабайев


Təbii sərvətlərin qiymətləndirilməsi



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə60/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   56   57   58   59   60   61   62   63   ...   431
Təbii sərvətlərin qiymətləndirilməsi
İqtisadiyyatdan kənar 
qiymətləndirmə 
İqtisadi 
qiymətləndirmə
 
Kadastr 
ucotu
Kəmiyyətcə
 
Keyfiyyətcə
Boniteti -
sortu,   
markası 
Natural isfadədə 
miqdarı (ton, m
3

m
2
 və s.) 
N
ətic
ə v
ə b
ərpa
ya gör
ə 
Alternativ istifad
əy
ə gör
ə  
Rentay
a gör
ə  
Ekspert r
əyin
ə gör
ə 
Ç
əkil
ən x
ərcl
ər
ə gör
ə 
Bazar qiym
əti

 gör
ə  


 
58
Keyfiyyət və kəmiyyət göstəricilərindən, məkan şəraitindən asılı olaraq eyni 
növə aid olan təbii ehtiyatlara çəkilən xərclərin hər vahidinə düşən faydası - 
differensləşdirilmiş rentası bərabər olmur. 
Renta dedikdə mülkiyyətçinin təbii sərvətin icarəsi və ya özü tərəfindən 
istismarı nəticəsində əldə etdiyi gəlir nəzərdə tutulur. Təbii ehtiyatın dəyəri onun 
verə biləcəyi gəlirin miqdarı ilə ölçülür. Maksimum renta gəliri təbii ehtiyatın 
rentaya görə qiymətləndirilməsinin mahiyyətini təşkil edir. 
Təbii ehtiyatların nəticəyə və bərpaya görə qiymətləndirilməsi. 
Nəticəyə görə yalnız gəlir gətirən təbii ehtiyatlar qiymətləndirilir. Belə halda 
ehtiyatın dəyəri onun istifadəsi nəticəsində əldə olunan ilkin məhsulun pulla istifa-
dəsinə görə, ya da əldə olunan gəlirin və çəkilən xərclərin fərqinə görə hesablanır.  
Bərpaya görə,  əsasən bioloji ehtiyatların iqtisadi qiymətləndirilməsi həyata 
keçirilir. Bu zaman bioloji ehtiyatın iqtisadi qiyməti onun bərpasına çəkilən 
xərclərin cəmi kimi təyin olunur. Məsələn, deqradasiyaya uğramış meşə sahəsinin 
dəyəri həmin sahədə meşəbərpa və meşəyetişdirmə tədbirlərinə çəkilən xərclərin 
cəmi kimi hesablana bilər. 
Təbii ehtiyatın alternativ qiymətinin səviyyəsi onun iqtisadi dəyərininin və 
ictimai faydalılıq dərəcəsini təyin edir. Alternativ qiymət faktiki istifadə ilə yanaşı 
alternativ istifadə nəticəsində alına biləcək faydanı da nəzərdə tutur.  
Alternativ dəyəri aşağı olan təbii ehtiyatların xərclərə görə qiymətləndiril-
məsi də aşağıdır. 
Bazar qiyməti  ətraf mühitin yalnız bir funksiyasını – təbii ehtiyat mənbəyi 
kimi çıxış etməsini obyektiv qiymətləndirə bilir. Ətraf mühitin digər iki mühüm 
funksiyası-tullantıları  və çirkləndiriciləri assimilyasiya etmək (udub saxlamaq
qəbul etmək) və sosial (rekreasiya, logistika) funksiyaları bazar sistemində öz 
adekvat əksini tapmır.  
Təbii ehtiyatların (neftin, təbii qazın, oduncağın, filiz və qeyri filiz xamma-
lının və s.) bazar qiyməti onlardan səmərəli istifadəni tənzimləməyə xidmət edir. 
Təbii ehtiyatların əsil dəyərininin mahiyyətini tam əks etdirmir.  
Təbii ehtiyatlar barədə kifayət qədər məlumat və elmi biliklər olmadıqda 
ekspertlərə müraciət olunur. Belə halda ekspertlərin (lat. expertus-təcrübəli) 
rəyləri informasiya mənbəyi kimi çıxış edir. Müxtəlif sahələri təmsil edən geniş 
profilli mütəxəssislərin (ekspertlərin) rəyləri nəticəsində təbii ehtiyatların qiymət-
ləndirilməsi aparılır. Subyektiv fikirlərin ortaq məxrəci obyektiv nəticə verir. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin