61
IV FƏSİL. EKOLOJİ KƏND TƏSƏRRÜFATININ ELMİ
ƏSASLARI
4.1. Ekoloji kənd təsərrüfatının mahiyyəti
İnsan özünü ov və digər qida məhsulları ilə təmin etməyə başlayan andan
böyük inkişaf yolu keçmişdir. Uzun müddət özünün tələbatını maksimum
səviyyədə ödəmək üçün göstərilən cəhdlər təbii tarazlığın pozulmasına
gətirib
çıxartmış və insanın yaşaması üçün zəruri olan elementlərin harmoniyası
pozulmuşdur. Belə ki, insan həyatının saxlanması və bioloji növ kimi Yer
üzərində onun nəslinin davam etməsi üçün minimum beş elementin
mövcudluğu
zəruridir:
hava, su, qida, məkan (günəş altında yer), digər
insanlarla ünsiyyət. Bu
vacib həyat elementlərinin keyfiyyəti nəinki insan həyatının keyfiyyətliyini, həm
də onun yaşadığı cəmiyyətin hansı səviyyədə
sivil və
mədəni olmasını göstərir.
Digər
tərəfdən, insanın bir bioloji növ kimi mövcudluğu problemi qeyd olunan
elementlərin davamlılığı ilə də bağlıdır.
Müasir zəmanəmizdə sadalanan
həyat elementlərinin keyfiyyəti və
davamlılığı ilə bağlı problemlərin həll olunmasında ən qısa və real yol
ekotəsərrüfatçılıq və yaxud
ekoloji kənd təsərrüfatıdır.
Dostları ilə paylaş: