62
kənd əhalisi azalır, sənayenin inkişafı isə şəhərətrafı torpaqların texnoloji
tullantılarla yararsız hala salınmasına gətirib çıxarırdı.
Şəhər əhalisinin qida məhsullarına olan böyük tələbatı ənənəvi əkinçilik və
maldarlıq üsullarına əsaslanan fermer təsərrüfatları tərəfindən tam həcmdə ödənilə
bilmirdi. Yaranmış vəziyyətdən çıxmaq, əhalinin artan tələbatını ödəmək,
həmçinin daha böyük gəlir əldə etmək üçün fermer təsərrüfatları böyüyür, intensiv
inkişaf yoluna qədəm qoyurdu. Bu proses o dövrlərdə kimya sənayesinin sürətli
inkişafı, kimyəvi
gübrələrin və pestisidlərin, həmçinin kənd təsərrüfatı texnikası
və texnologiyalarının kənd təsərrüfatında intensiv tətbiqi ilə nəticələndi. Beləliklə,
aqrar sektorda inqilab baş verdi: məhsuldarlıq yüksəldi, əl əməyi azaldı və müva-
fiq olaraq məhsulun maya dəyəri aşağı düşdü. Kənd təsərrüfatı məhsullarına tələ-
batın artan fonunda əhalinin ərzaqla təmin olunması əsil sensasiyaya çevrildi.
Lakin çox hallarda olduğu kimi, zaman keçdikcə problemlər meydana çıxdı: ilk
növbədə, kəndlilər, sonralar isə alimlər gördülər ki, intensiv texnologiyaların tət-
biqi nəticəsində məhsuldarlığın yüksəlməsi ilə yanaşı zərərverici və xəstəliklərin
geniş yayılması, həmçinin onların kimyəvi dərmanlara davamlılığının
sürətlə
artması prosesi baş verir. Zərərvericilərə qarşı mübarizə üçün kimyəvi dərmanla-
rın həm çeşidinin, həm də tətbiq olunan normalarının artırılması zəruri oldu.
Kimyəvi gübrələrin istifadəsi torpağın zəifləməsini doğururdu, eyni zamanda
onun münbitliyinin bərpası üçün bu gübrələrin daha da intensiv istifadəsi tələb
olunurdu. Son halda bütün bu proseslər ətraf mühitinn çirklənməsinə,
fasiləsiz
istismar nəticəsində torpağın münbitliyinin itirilməsinə, flora və faunanın optimal
balansının pozulmasına gətirib çıxartdı. Cəmiyyət öz texnogen fəaliyyəti nəticə-
sində ana təbiətin sonsuz olmayan ehtiyatlarının tükənə biləcəyinə inanmağa
başlayırdı. Təbii balansın pozulması böyük fəlakətlərə rəvac verə biləcəyi dərk
olunurdu. Kimyəvi zəhərli maddələrin bol-bol istifadəsi kənd təsərrüfatı məhsul-
larının formaca gözəl, məzmunca yararsız olmasına gətirib çıxarmışdı.
Alimlər
kənd təsərrüfatının kimya sənayesindən getdikcə artan asılılığını anladılar.
Yaranmış vəziyyətdən yegənə çıxış yolunu insanlar təbiətin özündə axtar-
mağa, onun ehtiyatlarından şüurlu surətdə istifadə etməklə və kənd təsərrüfatında
kəmiyyət yox, keyfiyyət göstəricilərini əsas götürməyə başladılar. Cəmiyyətin
qabaqcıl nümayəndələrində formalaşmış bu baxışlar kənd təsərrüfatında yeni bir
hərəkatın yaranmasına səbəb oldu. Beləliklə,
ekoloji kənd təsərrüfatı hərəkatının
təməli qoyuldu.
XIX əsrin əvvəlində isveçrəli alim Hans Müller ekoloji kənd təsərrüfatı
konsepsiyasının əsasını qoydu. Müller 1921-ci ildə İsveçrədə məqsədi təfəkkürün
yüksəlməsi olan kəndlilərin vətəndaş hərəkatını yaratdı. Onun fikrincə, bu
hərəkat
onlara cəmiyyətdə öz davamlı yerlərini tapmaqda yardım etməli idi.
Hans Müller 19 il ərzində İsveçrənin aqrar siyasətində kəndlilərin
maraqla-
rının mühafizəsi istiqamətində öz səylərini göstərdi. Lakin sonralar o etiraf etdi ki,
kəndlilərin problemləri yalnız siyasi səviyyədə həll oluna bilməz və onlar özləri
özlərinə kömək etməlidir.
Məğlubiyyətdən sonra Müller həyat yoldaşı ilə birlikdə aqrar siyasətdə
eko-bio-üzvi əkinçiliyin əsasını yaratdılar. Bu konsepsiyanın əsas prinsipləri
63
kəndlilərin təfəkkürünün yüksəldilməsi və müstəqil davamlı kəndli təsərrüfat-
larının yaradılmasından ibarət idi və aşağıda qeyd olunanları nəzərdə tuturdu:
-
К
imya sənayesindən asılılığın aradan qaldırılması - kimyəvi gübrələrin və
digər vasitələrin istifadəsinin azaldılması - bitki mühafizəsi və torpağın
münbitliyinin yüksəldilməsi üçün təsərrüfat resurslarından maksimal istifadə;
-
Məhsulun satışında müstəqilliyə nail olmaq - məhsulun keyfiyyətinin
yaxşılaşdırılması vasitəsi ilə: saf qida, həmçinin təmiz ətraf mühitə marağı
olan alıcıya tuşlanmış fərdi satış bazarının yaradılması.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəlində kimya sənayesinin kənd
təsərrüfatına mənfi təsiri qismən tədqiq edilmişdir. Buna baxmayaraq, ekoloji
kənd təsərrüfatının baniləri konvensional kənd təsərrüfatının mənfi tərəflərini
düzgün qiymətləndirərək ekoloji kənd təsərrüfatının
bu günədək aktual olan
başlıca prinsiplərini müəyyən etmişlər.
1924-cü ildə avstriyalı Rudolf Ştayner Sileziyada bu fikirlərə əsaslanan və
kənd təsərrüfatının biodinamik inkişafına gətirib çıxarmış təlim kursları
(«Demeter») təşkil etmişdi.
XX əsrin 40-cı illərində İngiltərədə İv Balfur və Albert Hauerdin səyləri
nəticəsində almandilli ölkələrdə geniş inkişaf tapmış
ekoloji kənd təsərrüfatı
sisteminə uyğun olan formada təsərrüfat yaradıldı. Bu gün İngiltərədə ekoloji
fermer təsərrüfatlarının əksər hissəsi bu sistem əsasında fəaliyyət göstərir.
Ekoloji kənd təsərrüfatı istehsalının xüsusiyyəti ondan ibarətdir ki, onu ənə-
nəvi kənd təsərrüfatı ilə bağlı olmayan və ya əlavə olaraq məşğul olan insanlar
inkişaf etdirirdi. Lakin bu inkişafı irəli aparan insanlar digər cəmiyyət dairələri ilə
məsələn, ekoloji elmlər və ekoloji hərəkatlarla sıx qarşılıqlı əlaqələri vardır. Belə-
liklə, bioloji kənd təsərrüfatı çətinliklə də olsa, tədricən inkişaf etməyə başladı.
XX əsrin ortalarında ekoloji istehsal üsulu biodinamik konsepsiya əsasında
inkişaf edirdi. 1940-cı ilə qədər bu üsul elmi-tədqiqat institutları tərəfindən
qəbul
olunmurdu. Buna görə əsas araşdırmalar özəl institutlarda aparılır və faktlara
əsaslanaraq zaman-zaman ekotəsərrüfatlarda sübuta yetirilirdi. Bu hərəkatın
pionerləri öz işlərini adlandırmaq üçün ayrı-ayrı terminlərdən istifadə edirdi və
buna görə də müxtəlif ölkələrdə ekoloji kənd təsərrüfatı müxtəlif adlara malikdir.
Avropada
«üzvi», «ekoloji», «bioloji» adları sinonim kimi qəbul edilir və
bunların hamısı qanuni hesab olunur. Ümumi konsepsiyalar üzrə razılıq əldə
olunduğu üçün adlandırma məsələsi Ekoloji Hərəkatda elə bir problem
yaratmırdı. Keçən əsrin 70-ci illərinə qədər ekoloji kənd təsərrüfatı hərəkatı
dünyada xaotik xarakter daşıyırdı. Bu hərəkatı birləşdirən, əlaqələndirən və onu
dünyada təmsil edən bir təşkilat mövcud deyildi.
1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və
onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı
Hərəkatı Federasiyası (İFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat
daha böyük sürətlə inkişaf etməyə başladı.
Beləliklə, Avropada ekoloji kənd təsərrüfatı istehsalının inkişafını sosial
hərəkat kimi qiymətləndirmək olar, ona görə ki, onu inkişaf edirməkdə cəmiyyətin
müxtəlif təbəqələrinin (fermerlərin, istehlakçıların, ticarət müəssisələrinin,
alimlərin) maraqları üst-üstə düşmüşdür.