• kənd təsərrüfatı praktikasında mikroorqanizmlər, torpaq, flora və faunanın,
bitki və heyvanların qarşılıqlı əlaqələndirilməsi yolu ilə bioloji dövranı canlan-
dırmaq və onu gücləndirmək;
• torpaq münbitliyini uzun müddət qoruyub saxlamaq və artırmaq;
• mümkün qədər yerli kənd təsərrüfatı sistemlərində bərpa olunan ehtiyatlardan
istifadə etmək;
• mümkün qədər qapalı sistemlərdə üzvi maddələrə və qida elementlərinə qayğı
ilə yanaşmaq;
• mümkün qədər elə maddə və materiallardan istifadə etmək lazımdır ki, onlar
təsərrüfatın özündə və başqa yerlərdə yenidən istifadə və dövr oluna bilsin;
• heyvanlara elə şərait yaratmaq lazımdır ki, onların təbii inkişafına kömək etsin;
• kənd təsərrüfatı fəaliyyəti nəticəsində çirklənməni minimuma endirmək;
• bitkiləri və yabanı canlıları qorumaqla kənd təsərrüfatı sisteminin və ətraf
mühitin genetik rəngarəngliyinin saxlanması;
• kənd təsərrüfatı istehsalçıları BMT-nin İnsan Hüquqları Deklarasiyasına uyğun
olaraq işləməli və özlərini təmin etməlidir;
• kənd təsərrüfatı sisteminin geniş sosial və ekoloji təsirini qəbul etmək və
ekoloji təfəkkürü inkişaf etdirmək.