Avropada ekoloji idarəetmə altında olan torpaqlar və
ekoloji təsərrüfatlar (2009 - 2010-cu illər)
Cədvəl 7
Ölkə
Ekoloji idarəetmə
altında olan sahə (ha)
Ümumi kənd
təsərrüfatında payı, (%)
Ekotəsərrüfatların
sayı
Albaniya
803,95
0,0
57
Avstriya 344916,0
13,53
19826
Belçika 23728,0
1,70
712
Bosniya/Herseqovinya 310,0
0,01
122
Bolqarıstan 12284,0 0,23 351
Xorvatiya 7355,0
0,23 265
Kipr 1017,96
0,71
225
Çexiya 260120,0
6,09
836
Danimarka 154921,0 5,76 3166
Estoniya 46016,0
5,17 810
Finlandiya 162024,0 7,31 4887
Fransa 534037,0
1,80
11059
Almaniya 767891,0
4,52 16603
Yunanıstan 249448,0 2,72 8269
Macarıstan 128690,02 2,19 1583
İslandiya 4910,0
0,22 25
İrlandiya 30670,0
0,70 897
İtaliya 954361,0
6,22
36639
Latviya 43901,99
1,77
1043
Lixtenşteyn 984,0 26,40 42
Litva 64545,0
1,86
1811
Lüksemburq 3158,03 2,49
66
Makedoniya 192,46 0,02 50
Malta 13,0
0,13
20
Moldova
11075,0
0,44
121
Niderland 48152,0
2,49 1469
Norveç 41035,0
3,95
2484
Polşa 82730,0
0,49
3760
Portuqaliya 260524,0 5,42 1302
Rumıniya 75000,0
0,51 1200
Serbiya/Monteneqro 20541,52
0,37
3000
Slovakiya 93943,0
4,19 218
Sloveniya
23032,0 4,55 1568
İspaniya 733182,37
2,87
16013
İsveç 206579,0
6,80
3138
68
4.2.4. Asiyada ekoloji kənd təsərrüfatı
Bu qitədə ümumi ekoloji ərazi 4,1 mln hektara bərabərdir və 130 min təsərrü-
fat tərəfindən idarə olunur. Bundan əlavə 6,4 milyon hektar ərazi meşə və «yabanı
yetişmə» ərazisi kimi sertifikatlaşdırılıb. Ekoloji təmiz məhsul istehsalı üzrə ən
mühüm yer tutan ölkələr sırasında Çini, Hindistanı və Rusiyanı qeyd etmək olar.
Asiya qitəsində 117 sertifikatlaşdırma orqanı fəaliyyət göstərir ki, bunlardan 104-
ü Çində, Hindistanda və Yaponiyada yerləşir.
Asiyada ekoloji kənd təsərrüfatına dair ərazi və əsas kateqoriyalar üzrə
torpaq istifadəçiliyi yaxşı sənədləşdirilib. Bu torpaqların böyük hissəsi (75%-i)
daimi otlaqlardır ki, bunların çoxu Çinin ərazisində yerləşir. Əkinə yararlı torpaq-
larda isə əsasən dənli taxıl bitkiləri, həmçinin çəltik becərilir. Son illərdə ekoloji
dəniz məhsulları (akvakultura), xüsusilə də dəniz xərçəngi (krevetka) təsərrüfat-
çılığı Çin, İndoneziya, Tailand və Vyetnamda geniş yayılıb.
Ümumiyyətlə, Asiyada ekoloji təsərrüfatçılıq sektoru 2005-ci ildən bəri
inkişaf etməkdədir. Burada ekomarketin inkişafında idxal önəmli yer tutur. 2002-
2003-cü illərin statisitkasına görə Yaponiyada ekoloji məhsullara olan tələbat
əsasən idxal hesabına ödənilir. Qeyd etmək lazımdır ki, qitədə ekoloji əkinçiliyin
yüksəlişi qəhvə, qara çay, qərzəkli bitkilər və qarabaşaq kimi ənənəvi bitkilərin
hesabına təmin olunub.
Dostları ilə paylaş: |