Амин Бабайев, Вцгар Бабайев


Təbii ehtiyatların dövlət kadastrı



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə61/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   431
3.3. Təbii ehtiyatların dövlət kadastrı 
 
Bütün təbii ehtiyatların (torpağın, meşənin, yerin təkinin, heyvanat və bitki 
aləminin və s.) vahid sistem üzrə dövlət kadastrı aparılır.  
«Ekoloji vəziyyətin qorunması, iqtisadiyyatın tələbatını ödəmək üçün təbii 
ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə təbii 
ehtiyatların vahid sistem üzrə dövlət kadastrı aparılır.  
Dövlət kadastrı aparılan sahələr müvafiq qanunvericiliklə müəyyən edilir. Bu 
sahələr üzrə dövlət kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən təsdiq edilmiş  əsasnamə ilə müəyyən edilir». («Ətraf Mühitin 


 
59
Mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu», maddə 16., 08 iyun 
1999-cu il).  
Dövlət kadastrı  təbii ehtiyatların təbii-təsərrüfat və hüquqi vəziyyəti barədə 
tam, dəqiq və zəruri məlumatlar sistemini əks etdirən sənəddir. Kadastrın hesaba 
alma (uçot) funksiyası digər funksiyalar üçün (istismar, mühafizə, hüquqi və s.) 
baza təşkil edir.  
Dövlət kadastrı  təbii ehtiyatların qeydiyyatını, hüquqi statusunu, mülkiyyət 
formasını üzə çıxararaq onların ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət baxımdan 
qiymətləndirilməsini həyata keçirir. Həmin qiymətləndirmə  təbii ehtiyatlardan 
istifadənin təşkilində və idarə edilməsində, təsərrüfat fəaliyyətinin qiymətləndiril-
məsində istifadə olunur.  
Bütün təbii ehtiyatların birgə kadastrı aparılmır, çünki onlar yekcins olmayıb 
müxtəlif forma və metodika əsasında kadastr uçotunun aparılmasını tələb edirlər.  
Təbii ehtiyatların kadastrının aparılmasının spesifikası:  
•  təbii sərvətlər natural formada uçota alınır. Məsələn, torpaqlar kəmiyyətinə 
və keyfiyyətinə, torpaq istifadəçilərinə görə uçota alınaraq bonitirovkası 
aparılır (bal qiyməti verilir) və iqtisadi qiymətləndirilir;  
•  kadastr uçotu təyin olunmuş qaydada (prosedur üzrə) həyata keçirilir. 
Həmin prosedura uçot göstəriciləri sisteminin strukturu, kadastr uçotunu 
həyata keçirən orqan və  vəzifəli  şəxs, kadastr məlumatlarının təqdim 
olunma müddəti və s. daxildir;  
•  kadastr sisteminin daimi-dövri rejimdə  həyata keçirilməsi. Təbii və 
antropogen amillərin təsiri nəticəsində dəyişməsi və inkişafı təbii ehtiyatlar 
barədə  məlumatların yeniləşdirilməsini irəli sürür. Məsələn, meşələrin 
vahid dövlət uçotu 5 ildən bir, meşə quruluşu tədbirləri isə 10 ildən bir 
təkrar həyata keçirilir;  
•  praktiki olaraq hər kadastr növü (torpaq, meşə, su, heyvanat aləmi və s.) 
dövlət tərəfindən qəbul olunmuş xüsusi qərar  əsasında müvafiq təlimata 
uyğun olaraq həyata keçirilir.  
Təbii ehtiyatların, o cümlədən mineral dəyərinin qiymətləndirilməsi (pulla 
ifadə olunması) hər bir dövlətin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. 
Təbii ehtiyatların dəyəri (bazar qiyməti) onların dövlət tərəfindən aparılan 
uçotuna, iqtisadi və keyfiyyəti qiymətinə  və eləcə  də dünya bazarında tələbata 
görə təyin edilir.  
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin