Şəkil 10. Təbii ehtiyatların qiymətləndirilməsi modeli
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi çoxfunksiyalı məqsəd daşıyır:
• təbii ehtiyatların dəyərinin pul ekvivalentinin təyin olunması;
• onların istifadəsinin, mənimsənilməsinin və istismarının optimal
variantlarının təyin olunması;
• təbii-ehtiyat kompleksinə investisiya qoyuluşunun iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi;
• təbii ehtiyatlardan səmərəsiz istifadə nəticəsində ziyanın hesablanması;
• təbii ehtiyatların milli ehtiyatlar sırasında iştirak payının qiymətləndiril-
məsi;
• təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin təyin olunması;
• təbii ehtiyatlardan istifadə şərtlərinin pozulmasına və ya vurulan ziyana
görə cərimələrin hesablanması;
• təbii ehtiyat və obyektlərin girov dəyərinin hesablanması və s.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi kəmiyyət və keyfiyyət
göstəricilərinə əsaslanır.
Təbii ehtiyatların xərclərə görə qiymətləndirilməsi. Bu yanaşmada təbii ehtiyatların qiymətləndirilməsi onların əldə olunmasına,
mənimsənilməsinə və ya istifadəsinə çəkilən xərclərin miqdarı əsasında aparılır;
Təbii ehtiyatların rentaya görə qiymətləndirilməsi. Bu iqtisadi qiymətləndirmə prinsipi differensləşdirilmiş rentaya əsaslanır.
Eyni növdən olan iki təbii ehtiyatların istifadəsi zamanı biri digərinə, keyfiyyətcə
pis olana nisbətən əlavə gəlir verir (differensləşdirilmiş renta).