QAĞAYILAR (Laridae) – quşlar dəstəsinin bir fəsiləsi.
Azərbaycanda 14 növünə təsadüf edilir. Dəniz və çay sahillərində
kaloriyalarla yaşayır. Xırda balıqlarla, siçan, çəyirtkə və həşəratlarla
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
253
qidalanır. Kənd təsərrüfatına fayda verən quşlardır. Azərbaycanda geniş
yayılmış gümüşü qağayı (Larus argen tatus) oturaq quşdur.
QAMÇILILAR – tək və koloniyalarla yaşayan, qamçı adlanan
hərəkət üzvünə malik birhüceyrəli orqanizmlər. Q.-ın bəzi qruplarını
bitkilərə, (Flagellatae) digərlərini heyvanlara (Mustigophara) aid edirlər.
Sərbəst yaşayan. Q. şirin sularda və dənizlərdə. parazit Q. isə insan və
heyvan orqanizmində yaşayır; müvafiq xəstəliklər törədir.
QAN KÖMÜRÜ – qan və heyvanların digər tullantılarının kalium
karbonatla (potaşla) K
2
CO
3
havasız şəraitdə işlənməsi üsulu ilə alınır.
Tibbdə bağırsaq və mədədə yığılan qazı kənar etmək üçün həb şəklində
istifadə edilir.
QANADSIZ HƏŞƏRAT – ilk qanadsız yarım sinfi. Təqr. 3000-ə
qədər növü məlumdur. 4 dəstəyə bölünür. Uzunluğu 0,5 mm-dən 8 mm-
ə (bəzən 50 mm-ə) qədər olur. Ən çox nəm yerdə, münbit torpaqda
yaşayır. Bəzi növləri torpağın münbitləşməsində mühüm rol oynayır, bir
qismi becərilən bitkilərə zərər verir.
QANLI YAĞIŞ tərkibində çoxlu miqdarda parlaq rəngli mineral
hissəcikləri kəsib keçərkən qırmızı rəng almış yağış damcıları. Qırmızı
tozlar adətən geniş səhralardan, məs: Saxaradan cənuba Avropaya keçir.
QANUNSUZ OV – Təbiətin mühafizəsi qanunlarını pozaraq, lazımı
icazə olmadan qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş
vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə. Q.o. brokenyerlik
növüdür: bura həmçinin qanunsuz balıq və sudan başqa şeylər tutmaq
aiddir. Ovları ovlama inzibati təbdirlərdən asılı olmayaraq cinayət hesab
edilir.
QAPALI EKOLOJİ SİSTEM – ətraf mühitlə yalnız enerji
mübadiləsi aparan sistem. Belə tipli mikrosistemlər kosmik
biologiyadan kosmonavtların (astronavtların) həyat fəaliyyətini təmin
etmək sistemini hazırlamaqda böyük rol oynayır.
QAPALI QRUPLAŞMA – komponentləri biotoplarından kənarda,
yəni digər assosiasiyalarda rast gəlinməyən canlı orqanizmlərin
qruplaşması. İstənilən qruplaşmanın qapalı olması nisbidir, belə ki,
onunla və ətraf mühitlə (biotopla) daim maddələr və enerji mübadiləsi
gedir.
QAPALI POPULYASİYA – digər populyasiyanın fərdləri ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
254
mübadiləsi olmayan populyasiya. Belə populyasiyalara kiçik okean
adalarındakı heyvan növləri, ipək qurdunun laboratoriya populyasiyası
və s. aiddir.
QAPANMIŞ SİKL (ADƏTƏN SUDAN İSTİFADƏ) – suyun eyni
istehsal prosesində çirkli suyu buraxmadan istifadəsi. Suyu təkrar
istifadə etmək məqsədilə soyudulur, təmizlənir və istehsalda istifadəsi
üçün ona lazımi keyfiyyətlər qaytarılır. (bərpa edilir).
QAR – buludlardan buz kristalları formasında düşən yağıntı. Q.
çoxbucaqlı, adətən altıbucaqlı ulduz formasında olur. Q. kristallarının
diametri bir neçə mm-dən 8-10 sm-ə qədər ola bilər. Q. rütubətli
havanın temperaturu 0
°-dən aşağı düşdükdə əmələ gəlir.
QAR ÖRTÜYÜ – qar yağması nəticəsində yerin səthində əmələ
gələn qar qatı. Daimi (çoxillik) Q.ö., müvəqqəti Q.ö. olan və Q.ö
olmayan (tropik və ekvatorial qurşaqlar) ərazilər var. Qar örtüyünün
səthi günəş radiasiyasını güclü əks etdirir və havaya soyuducu təsir
göstərir. Q.ö. istini pis keçirdiyindən, qışda torpağı soyumağa qoymur
və payızlıq əkinləri don vurmaqdan mühafizə edir. Əridikdə torpağın
rütubəti və çayların suyu artır; bu da kənd təsərrüfatı üçün mühüm amil
sayılır. Azərbaycanda Q.ö.-nün orta illik hündürlüyü 20-30 sm-ə
qədərdir. Q.ö. bəzi çox qarlı qışlarda nəqliyyat və qışlaq maldarlığı üçün
xeyli çətinlik yaradır.
QAR SƏRHƏDİ (XƏTTİ) – il ərzində düşən bərk yağıntıların
həmin miqdarda qalma yüksəkliyi. Aşağı qar sərhədi – qar yığınının
başlanğıcı müşahidə edilən xətt, yuxarı qar sərhədi – yüksəkliyə
qalxdıqca yağıntının azalması ilə əlaqədar buzlaq və qar yağıntısının
itdiyi (olmadığı) hündürlük hesab edilir.
QAR SINDIRAN AĞAC – qarın ağırlıq qüvvəsinin təsiri ilə
gövdəsi və ya təpə hissəsi sınmış ağac.
QAR UÇQUNU – bax Uçqun.
QAR YIXAN AĞAC – qarın ağırlıq qüvvəsinin təsiri nəticəsində
kökündən qoparılıb yıxılmış ağac.
QARA SİYAHI – məhv olub sıradan çıxan bitki və heyvan növləri.
(məs. Komandor adasındakı dəniz inəyi)
QARA SU – yer səthinə çıxmış yeraltı sular. Başlıca olaraq təbii
drenləşdirmə qabiliyyəti olmayan və ya çox zəif olan yerlərdə müşahidə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
255
olunur. Q.s. – bulaq kimi yerin səthinə çıxır və ya bataqlıq əmələ
gətirərək çox kiçik sürətlə aradan axır. Q.s.-da çoxlu miqdarda üzvi
maddələr vardır, içildikdə mədə xəstəlikləri törədir.
QARA TORPAQLAR – çəmən-bozqır və meşə-bozqır zonalarında
müxtəlif ot bitkiləri altında inkişaf edən torpaq tipi. Q.t.-da humusun
miqdarı 8-12%, hətta 15%-ə, ümumi azotun miqdarı 0,2-0,6%, fosforun
miqdarı isə 0,1-0,2-ə çatır, Dünyada 240 mln ha Q. sahəsi var.
Azərbaycanda Q.t.-lar bütöv zona təşkil etmir. Ona kiçik sahələrdə
Gədəbəy, Şamaxı, İsmayıllı və başqa rayonların ərazisində rast gəlinir.
QARA TUFANLAR – torpağın külək eroziyası tipi. Q.t. güclü
küləklər zamanı baş verir, xırda torpaq hissəcikləri havada asılı halda
hərəkət edir.
QARA YEL – ilin isti dövründə bitkisiz yer səthi üzərindən əsən və
özü ilə çoxlu miqdarda toz qaldıran güclü külək. Q.y. əsdikdə yazlıq
əkin sahələrinin bitkisiz hissəsində sovrulma gedir; əkin sahələrini qum
basır və gətirmələrin qalınlığı 10-15 sm-ə çatır. Q.y. bəzən torpağı 20-
25 sm dərinliyə qədər sovurur. Q.y. Azərb-nın bır sıra r-nunda müşahidə
edilir, lakin çox intensiv olur. Q.y. Abşeron rayonunda və mərkəzi-çöl
zonasının qərb rayonlarında müşahidə olunur. Q.y--in zərərli təsirinin
qarşısının alınmasında eroziyaya qarşı aqrotexniki tədbirlər və
tarlaqoruyucu meşə zolaqlarının salınması mühüm rol oynayır.
Aqrotexniki və meşə-meliorasiya işlərinin birlikdə tətbiqi isə daha
səmərəli nəticə verir.
QARAÇÖHRƏ FƏSİLƏSİ (Taxaceae) bu fəsiləyə Torreya,
sefalotaksus və qaraçöhrə (Taxus) cinsləri daxil olub əsasən şimal
yarımkürəsində yayılmışdır. Dünyada 8 qaraçöhrə növü məlumdur.
Onun bir növü – giləmeyvəli və ya avropa qaraçöhrəsi (T.baccata)
Azərbaycanda, Böyük Qafqazda (Balakəndən Şamaxıya qədər) və
şimal-şərq yamacda, Kiçik Qafqazda (Tovuz, Gədəbəy, Kəlbəcər,
Daşkəsən, Dağlıq Qarabağ) və Lerik rayonunda (Hamarat kəndi
ətrafında) yayılmışdır. Boyu 25-27 m, yoğunluğu 150 sm-ə çatır, 1500-
2000 ilə qədər yaşayır. Üçüncü dövrün həmişəyaşıl iynəyarpaqlı ağacı
Azərbaycanın qırmızhı kitabına daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
256
Giləmeyvə Qaraçöhrə
QARAĞAC FƏSİLƏSİ (Ulmaceae) – Şimal yarımkürəsində bitən
6 cinsə 150 növ daxildir. Azərbaycan meşələrində yabanı halda 4 növü
bitir.
Sıxyarpaq qarağac (Ulmus loliacea) respublikanın bütün
meşələrində bitir.
Mantar qarağacı (U.Suberosa) Azərbaycanda düzəndən başlamış
orta dağ meşə qurşağına qədər meşələrin tərkibinə qarışır.
Dağ qarağacı (U. Scabra) – Azərbaycanda Böyük və Kiçik
Qafqazda, Talışda orta dağ, bəzən yuxarı dağ qurşağında meşələrdə
bitir.
Ellipsvari qarağac (U.Elliptica) Azərbaycanda Böyük və Kiçik
Qafqazda, Lənkəran zonası meşələrinin tərkibində yayılmışdır.
Azat (Nil) cinsi (Zelkowa). Azərbaycanda ən geniş yayılmış
vələsyarpaq azat (nil) növüdür. Kiçik Qafqazda, Lənkəran düzənliyində
və Talış dağlarında dəniz səthindən 1700 m yüksəkliyə kimi meşələrin
tərkibində bitir. Azərbaycanın qırmızı kitabına daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
274
1. Adi qarağac; Ellipsvari qarağac; Dağ qarağacı
QARANQUŞLAR (Hirundinidae) – sərçəkimilər dəstəsinin bir
fəsiləsi. Arktika və Antarktidadan başqa hər yerdə təsadüf olunur.
Azərbaycanda 4 növü yayılmışdır. Köçəri quşlardır. Afrika və cənubi
asiyada qışlayır. Əsasən havadakı həşəratla qidalanır. Zərərverici həşə-
ratı qıran faydalı quşdur.
QARATOYUQLAR (Turdidae) – sərçəkimilər dəstəsinin bir
fəsiləsi. Azərbaycanda 8 cinsə mənsub 26 növü yayılmışdır. Həşərat və
giləmeyvə ilə qidalanır. Meşə və kənd təsərrüfatı zərərvericilərini məhv
etdiyinə görə faydalıdır. Azərbaycanda qara və çöl Q., bülbül, şəfəq
bülbülü, çaxfaxçıl və odquyruqların bir neçə növü yayılmışdır.
QARĞALAR (Corvidae) – sərçəkimilər dəstəsinin bir fəsiləsi. 100-
dən artıq növü məlumdur. Azərbaycanda 8 növü yaşayır. Bunlardan boz
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
258
qarğa, dolaşa, zağca, zığ-zığ, sağsağan və s.-nin göstərmək olar. Bir
qismi siçan və həşəratlarla qidalandığı üçün faydalıdır. Bəziləri isə
əkinləri, quş yumurtalarını və onların balalarını məhv etdiyinə görə
zərərlidir.
QARIN “ÇİÇƏKLƏMƏSİ” – bax: Xionofitlər.
QARIŞIQ MEŞƏLİK – iki və daha çox ağac cinsindən ibarət olan
meşəlik. Məs. vələsli-ağcaqayınlı-palıdlıq və s.
QARIŞQALAR (Formicidae) – pərdəqanadlılar dəstəsinin bir
fəsiləsi. Tropik ölkələrdə çoxdur. Qafqazda 160-dan çox, Azərbaycanda
90-a qədər növü məlumdur. Fomica cinsindən olan kürən meşə Q.-rı
biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu
həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə
(“trofobioz”) olur. Kürən meşə Q-.ının bəzi növlərindən yarpaq
gəmiriciləri ilə mübarizədə istifadə edirlər. Buna görə də Q.-ın və
bunların yuvalarının qorunmasına dair tədbirlər görülür.
QARŞISI ALINAN NƏZARƏT – yeni binalar, texnoloji proseslər
və təmizləyici qurğular layihələşdirdikdə və tikdikdə sanitar-gigiyena
qayda və normalarının yerinə yetirilməsi üzərində müşahidə, (nəzarət).
QASIRĞA, BURAĞAN – havanın sütun və ya qıf formasında
burulğanlı hərəkəti. Q.-nın diametri bir neçə on metrdən (dənizdə) bir
neçə yüz metrə (quruda) çatır, öz oxu ətrafında 50-100 m/san sürəti ilə
fırlanır və 10-20 m/san sürəti ilə öz yerini dəyişir. Dənizlərdə də Q.
hadisəsi olur və dəniz «xortumu»” adlanır. Q. yer səthində qızmış
havanın üstündə atmosferin şaquli müvazinətinin pozulması nəticəsində
əmələ gəlir. Çox böyük dağıdıcı qüvvəyə malik olan Q. tutqun rəngdə
olub yer səthindən buludlara qədər qalxır.
QAYAÜSTÜ TƏSVİRLƏR – petroqliflər, obrazlı yazılar – ayrı-
ayrı mağaraların divar və tavanlarında təbii daş, qaya üzərində mineral
rənglərlə (əsasən, oxra ilə) oyma və ya döymə üsulu ilə çəkilmiş qədim
şəkillər. Q.t. Paleolitdən orta əsrlərə qədər bütün dövrləri əhatə edir.
Q.t.-də insan, heyvan (vəhşi öküz, at, mamont, gərgədan, ayı, aslan və
s.) təsvirləri, yaşayış məskənləri, dini ayinlər, ov, döyüş və əmək
səhnələri, damğalar və s. əks olunmuşdur. Azərbaycanda Q.t.
Qobustanda, Abşeronda, Ordubad rayonundakı Gəmiqayada və
Kəlbəcər rayonundakı Dəlidağda aşkar edilmişdir. Q.t. tarixin müxtəlif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
259
dövrlərində insanların təsərrüfat və mənəvi həyatını öyrənmək üçün
böyük əhəmiyyətə malik maddi mədəniyyət abidələridir.
QAYMAQÇİÇƏKLİLƏR (Ranunculaceae) – çoxillik ikiləpəli
bitki fəsiləsi. Əksəriyyəti ot bitkiləridir. Yarpaqları növbə ilə düzülür.
Dünyada 200-ə qədər, Azərbaycanda 103 növü məlumdur. Bir çox növü
zəhərlidir, bəzi növü dərman bitkisi (xoruzgülü və s.), digəri
(kəpənəkçiçək, sunərgizi və s.) dekorativ bitkidir.
QAZ – maddənin aqreqat vəziyyətindən biri olub, hissəcikləri
molekula gücünün cazibəsi ilə bağlı olmayıb, xaotik hərəkət edərək
mümkün olan həcmi doldurur.
– Şadlandırıcı Q. (azotun hemoksidi). NO
2
– xoş iyli, keyləşdirici
vasitədir.
– Hava Q.-ı – maddələrin qazşəkilli qarışığı, sənaye sobalarında
yanacaq kimi işlədilir.
– Generator Q.-ı – bərk yanacağı qaz genertorunda qazlaşdırma
nəticəsində əldə olunan qazşəkilli maddələrin qarışığı.
– Şəhər Q.-ı (məişət qazı) – təbii və digər yanıcı qazlardan ibarət
maddələrin qazşəkilli qarışığı və adorontlar; məişətdə yanacaq kimi
istifadə olunur.
– Gurultulu Q. – iki hissə hidrogen, bir hissə oksigendən ibarət olan
maddələrin qazşəkilli qarışığı; isitdikdə qığılcımdan partlayış verərək su
buxarı əmələ gətirir; lampada yandırılaraq qaz qaynağında, metalları
kəsməkdə, kvars və platini əritməkdə istifadə olunur.
– Yağlı Q. – neft qazı, tərkibində metan, etan, bir qədər yüksək
molekullu karbohidrogenlər və merkaptonlar olur.
– Koks Q.-ı – daş kömürü kokslaşdırdıqda alınan qazşəkilli məhlul.
– Kükürd Q-ı (SO
2
) – rəngsiz, kəskin iyli qaz, atmosferin əsas
çirkləndiricisi hesab olunur. K.q. – turşulu yağışların əsas səbəbkarı
hesab olunur.
– Maye (duru) Q. – neft qazı, əsas komponentləri propan, butan və
bir qədər karbohidrogenlər hesab olunur.
– Qarışıq Q. – bərk yanacağın qazlaşdırılması, hava və su buxarı
qarışığından ibarət qazşəkilli məhlul.
– Quru Q. – neft qazı, tərkibi əsasən metan, az miqdarda etan və
hidrogensulfiddən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
260
– Dəm qazı, karbon oksidi, CO, yanacağın tam yanmamasından
əmələ gəlir. D.q. insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinlə
möşkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla da
hemoqlobinin qan sistemində hərəkətinə mane olur. CO havada 0,08%-
dən artıq olduqda insan üçün ölümcül sayılır.
– Karbon qazı, CO
2
– bax: karbon qazı.
QAZ BALANSI – Mühitə (atmosferə, su mühitinə, torpağa) daxil
olan və mühitdən gedən qazların nisbəti.
QAZ MÜBADİLƏSİ (BİOLOGİYADA) – orqanizm ilə xarici
mühit arasında gedən qaz mübadiləsi. Ətraf mühitdən daim oksigen
orqanizmə daxil olub, orqan, toxuma və hüceyrələrində sərf edilir;
maddələr mübadiləsi nəticəsində orqanizmdə əmələ gələn karbon qazı
və digər qazabənzər məhsullar ayrılıb mühitə verilir. Q.m. olmadan
orqanizm üçün enerji və maddələr mübadiləsi, eləcə də normal həyat
mümkün deyil.
QAZADÖZÜMLÜLÜK – orqanizmin adətən havada rast
gəlinməyən uçucu maddələrin nisbətən yüksək konsentrasiyasına davam
gətirməsi.
QAZINTI YANACAQLARI – milyon illərlə bitki və heyvanların
qalıqlarının çürüməsi yolu ilə yaranan istilik qazıntıları. (neft, təbii qaz,
yanan şistlər və s.).
QAZKİMİLƏR yastıdimdiklilər (Anseriformes) – suda üzən quşlar
dəstəsi. Paladeylər və ördəkkimilər fəsiləsini birləşdirir.
QAZLAR – maddənin aqreqat hallarından biri. Qaz molekulları
arasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətən
çox zəifdir. Buna görə də Q.-ın xüsusi forması olmur və molekulların
daim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcmini
doldurur.
Q. aşağıdakılara bölünür:
– İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radon
qazlarının ümumiləşdirilmiş adı.
– İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələ
gələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır.
– Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Bura
karbon-2-oksid, hidrogen-xlorid, kükürd-oksid və b. daxildir. Bu qazlar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
261
turş xarakterlidir.
– Neft Q.ı. – neftlə birlikdə olan qazşəkilli karbohidrogenlər,
həmçinin neft emalı zamanı əmələ gəlir.
– Təbii Q. – Dağ süxurlarının məsamə və boşluqlarını dolduran və
karbohidrogenlərdən ibarət olan Q.
– Gözyaşardıcı Q. – maddələrin gözyaşardıcı effkt yaradan kimyəvi
birləşmələri və qazşəkilli qarışıqları.
– Texniki Q. – müasir texnikanın geniş istifadə etdiyi Q. və onların
məhsulları və ya tullantıları.
Q. xalq təsərrüfatının müxtəlif sahələrində (ammonyak-
soyuducularda; azot və təsirsiz Q. – lampalarda; xlor, azot, təbii Q.-
kimya sənayesində və s.) tətbiq olunur.
QAZON – bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot
əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və
Mavritaniya növləri var. Parter Q.-u çiçəklik, dekorotiv ağaclıq,
həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park Q.-u və Mavritaniya
Q.-u isə park, bağça, bulvar və b. yerlərdə salınır.
QAZTƏMİZLƏMƏ – sənaye qazlarının tərkibindəki qatışıqların
təmizlənməsi. Bu prosesdə məqsəd həmin qazlardan və onların
tərkibindəki qatışıqlardan istifadə etmək, həmçinin havanı zərərli
maddələrlə (tüstü, his, toz və s.) çirklənməkdən qorumaq üçün
atmosferə gedən sənaye qazlardan təmizləməkdir. Qazı sənayedə
mexaniki, elektrik və fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexaniki və
elektrik Q. üsulları qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul
isə qaz qatışıqlarından təmizləmək üçündür.
QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR – qeyri-metal faydalı
qazıntılar – sənaye və tikintidə təbii halda, yaxud mexaniki, termiki və
kimyəvi emaldan sonra işlədilən, həmçinin qeyri-metal elementləri və
ya onların birləşmələrini almaq üçün istifadə edilən bərk süxurlar, yaxud
minerallar. Bunlar təbii silikatlar, halloidlər, karbonatlar, sulfatlar,
nitratlar, boratlar, fosfatlar və oksidlərdir. Azərbaycanda duz, gips,
anhidrid, fosforit, karbonatlar, müxtəlif gillər, qumlar, çınqıl və digər
çökmə mənşəli qeyri filiz sərvətləri vardır.
Kimya sənayesi üçün xammal olan sərvətlərdən Azərbaycan
ərazisində kükürd kolçedanı, daş duz, dolomit və barit geniş yayılmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
262
QEYZERLƏR – fasilə ilə su və buxar fəvvarəsi vuran isti bulaqlar.
Q. vulkanizmin son mərhələsinin təzahürlərindən biridir. Q.-in suyu
nisbətən təmiz, az minerallaşmış (1-2 q/l), qələvi reaksiyalı, yüksək
debitli, temperaturu 80-100
0
C-dək olur. Müasir vulkan fəaliyyəti
sahələrində yayılmışdır. Q.-də su fəvvarələrinin hündürlüyü bəzən 40-
42 m-ə, buxar fəvvarələrinin hündürlüyü isə 150 m-ə çatır. Q.
Kamçatka, İslandiya, Yeni Zenlandiya, ABŞ, Yaponiya və Çində
məlumdur. Geotermal elektrik stansiyaları Q.-in istilik enerjisi əsasında
işləyir. Q.-in enerjisindən binaların və şitilliklərin qızdırılmasında da
istifadə edilir.
QƏBİLƏ – iki və daha çox cinsi birləşdirən insanların sosial təşkilat
tipi.
QƏDİM EROZİYA – yer üzündə insan əmələ gələnə qədər tektonik
hadisələrin, hərəkətdə olan buzlaqların, su axınlarının yaratdığı eroziya
prosesi. Q.e. prosesi zamanı yumşaq süxurlar yerini dəyişmiş, çay
vadiləri, suayrıcıları, axın məcraları, yamaclar və relyefin başqa
elementləri formalaşmışdır.
QƏHVƏYİ TORPAQLAR – subtropik iqlim şəraitində kserofit
ağaclar və qismən kolluqlar altında inkişaf edən torpaq tipi.
Azərbaycanda alçaq dağlıq və dağətəyi ərazilərdə yayılmışdır. Karbonat
qatının dərinliyinə görə yuyulmuş, tipik və karbonatlı yarımtiplərə
bölünür, mexaniki tərkibi adətən ağır olub, gillidir. Tərkibində 4-9%
humus olur.
QƏRƏNFİLÇİÇƏKLİLƏR
(Caryophyllaceae)
– ikiləpəli,
sərbəstləçəkli bitki fəsiləsi. Ot, bəzən yarımkol, nadir halda kol
bitkiləridir. Tamkənarlı ensiz yarpaqları qarşı-qarşıya düzülür. Meyvəsi
qutucuq, bəzən birtoxumlu fındığça və ya giləmeyvəyə oxşayır. Şimal
yarımkürəsinin mülayim iqlimli ərazilərində 2100-ə qədər növü əhatə
edən 80 cinsi məlumdur.
Azərbaycanda 34 cinsin 200-ə qədər növü var. Bunlardan cincilim,
çoğan qoyunqulağı və s. geniş yayılmışdır. Dekorativ kimi əkilən
növləri (məs. qərənfil) də var. Bəzi növlərindən yeyinti sənayesində,
tibbdə və ətriyyatda istifadə olunur.
Dostları ilə paylaş: |