QƏSƏBƏ – 1) Şəhərdən kənarda yerləşmiş şəhər tipli yaşayış
məntəqəsi. 2) şəhər ətrafında (şəhərdən qıraqda) yerləşən xüsusi yaşayış
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
263
məntəqəsi (kurort, bağ-daça).
QƏFİL FIRTINA, ŞKVAL – qısa müddətli külək sürətinin kəskin
artması və istiqamətini dəyişməsi. Q.f zamanı küləyin sürəti 20-30
m/san-dən çox, davamiyyəti isə bir neçə dəqiqə olur. Q.f. xüsusilə güclü
konvensiyada, həmçinin soyuq atmosfer cəbhələrində müşahidə olunur.
QICQIRMA – mikroorqanizmlərin və ya onların hasil etdiyi
fermentlərin təsiri ilə üzvi maddələrin anaerob şəraitdə parçalanması
prosesi. Bu zaman gedən oksidləşmə-reduksiya reaksiyaları nəticəsində
mikroorqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan enerji alınır və
müxtəlif kimyəvi birləşmələr əmələ gəlir. Mikroorqanimzlər həmin
birləşmələrdən aminturşular, zülallar, üzvi turşular, yağlar və bədənin
başqa komponentlərinin biosintezi üçün istifadə edir.
Sərbəst oksigen olmayan şəraitdə baş verən anaerob Q.-larından
başqa aerob şəraitdə keçən qıcqırmalar da vardır. Belə Q.-larda
mikroorqanizmlər havanın sərbəst oksigenindən istifadə edir.
QIJILAR (Polypodiopsida) – qıjıkimilər şöbəsinin sinfi. Qazıntı
halında tapılan (ilk qıjılar) və hazırda yaşayan nümayəndələri vardır.
300 cinsə daxil olan 10000 növü məlumdur. Azərb-da 56 növü
yayılmışdır. Sporlarla çoxalan bitkidir. Q. bitki örtüyünün, xüsusən
meşə formasiyalarının əsas komponentidir. Q. arasında dekorativ,
aşılayıcı, boyaq və s. əhəmiyyətli növlər də vardır. Bəzi Q. zəhərlidir.
QIRQOVULKİMİLƏR (Phasianidae) – toyuqkimilər dəstəsinin
bir fəsiləsi. Fəsiləyə 50-dən artıq cins və 180-ə qədər növ aiddir.
Azərbaycanda 7 növü: bildirçin, dağkəkliyi, turac, Qafqaz uları, Xəzər
uları, boz kəklik (çil) və qırqovul yayılmışdır. Tarla, çöl və çəmənlərdə,
meşə, göl və qamışlıqlarda, dağlarda, qayalıqlarda yaşayır. 6-20
yumurta qoyur. Giləmeyvə, toxum, bitki, həşərat və onurğasız
heyvanlarla qidalanır. Kənd təsərrüfatına xeyir verir. Ov quşlarıdır. Bəzi
növləri ev quşlarının əcdadıdır. Tovuz quşu əhliləşdirilmiş, qırqovul
ovçuluq təsərrüfatlarında saxlanılır.
QIRILMA, QIRĞIN DÜŞMƏ, MƏHV OLMA – (ZAMOR) –
Donmuş su hövzəsində oksigenin miqdarının azalması ilə əlaqədar su
heyvanlarının, xüsusən balıqların qırılması (məhv olması). Q. bəzən
suyun sənaye tullantıları ilə çirklənməsi nəticəsində də baş verə bilər.
QIRMIZI KİTABLAR – Nəsli kəsilmək təhlükəsinə məruz qalan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
264
heyvan və bitkilərin təsviri və vəziyyətini göstərən (izah edən) kitab.
Respublikamızda yaşayan və nəsli kəsilməkdə olan nadir bitki və
heyvan növlərini mühafizə etmək məqsədilə qırmızı kitablar tərtib
olunmuşdur.
QIRMIZI QABARMA – okeana çoxlu miqdarda üzvi maddələrin
atılması və pirofit yosunlarn kütləvi çoxalması nəticəsində baş verən
ekoloji hadisə.
QIRMIZI SİYAHI – nadir və ya məhv olmaq təhlükəsi olan bitki
və heyvan növləri.
QIROV – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi
temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
QISQACLAR, QULAĞAGİRƏNLƏR (Dermaptera) – həşərat
dəstəsi. Bədəni uzunsovdur (uz. 3.5-30 mm). Rəngi sarı-qəhvəyidən
qaraya qədərdir. Qarıncığının sonunda bir cüt qısqacı olur. 1200-ə
qədər, Azərbaycanda 7 növü məlumdur. Gecə həşəratıdır. Gündüz
daşların, ağacqabığının və s. altında gizlənir; bəzən evlərdə,
arıpətəklərində yaşayır. Heyvan və bitki qalıqları ilə qidalanır.
QIŞ YEMİ – heyvanlara qış dövrü üçün yem ehtiyatı (bitki növləri,
bitkinin hissələri, bitki və heyvan qalıqları).
QIŞADAVAMLILIQ – bax Soyuğadavamlılıq.
QIŞLAQ – mal-qaranın qışladığı ərazi, otlaq sahəsi. Maldarlıq,
qoyunçuluq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır.
Qarabağ, Mil, Muğan, Şirvan və s. ərazilər qoyunçuluğun qədim Q.rı
sayılır. Soyuqlarla əlaqədar mal-qara 7-8 ay Q-da saxlanılır və artırılır.
Q. iqliminin nisbətən mülayim və münasib olması, yem ehtiyatının
bolluğu və örüşlərinin genişliyi ilə fərqlənir.
QIŞLAMA (HEYVAN VƏ BİTKİLƏRİN) – canlı orqanizmlərin
əlverişsiz qış şəraitini keçirmək üsulları (miqrasiya, diapauza, sakitlik
vəziyyəti, yuxu, donub qalma və s.)
QIZILBALIQLAR, QIZILBALIQKİMİLƏR (Salmonidae) –
siyənəyəbənzərlər dəstəsinin balıq fəsiləsi. Şimal yarımkürəsinin dəniz
və şirin sularında yayılmışdır, keçici balıqlardır. Yalnız şirin sularda ço-
xalır. Q.-ın 9 cinsi var. Xəzər dənizində yaşayan əsl Q. (xəzər qızılba-
lığı), kumja, qızılxallı balıq (forel) daxildir. Q.-ın böyük vətəkə
əhəmiyyəti var; əti və kürüsü çox qiymətlidir. Bəzi növlərinin sayı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
265
azalır.
QIZILBÖCƏKLƏR (Buprestidae) – böcəklər fəsiləsi əsasən tropik
ölkələrdə yayılmış 10 mindən çox növü məlumdur. Azərbaycanda 200
növü yayılmışdır. Əsasən ağac və kollara, qismən də tarla bitkilərinə
ziyan verir. Meşələrin zərərli böcəkləri arasında 3-cü, meyvə bağlarının
zərərvericiləri arasında 1-ci yeri tutur. Ağacların kökündə, qabığı altında
və oduncağında gizli həyat keçirir.
QIZILQUŞLAR (Falconidae) – yırtıcı quşlar dəstəsindən
qızılquşkimilər fəsiləsinin bir cinsi. Uzunluğu 21-50 sm-dir. Qanadları
uzun və sivridir. Üst dimdiyində iti dişciyi var. İti, əyri caynaqları və
ayaqları çox qüvvətlidir. Uçuşu sürətlidir. Azərbaycanda düzənliklərdən
alp zonasına qədər 8 növü yayılmışdır: bəhri, qaragöz, adi meymulu,
ütəngi daha məşhurdur. Əksəriyyəti siçan və iri həşərat ilə qidalanır, çox
xeyirlidir. Yalnız qaragöz ən çox quşlar ilə qidalanır və zərər verir.
QİDA MADDƏLƏRİ – bitki həyatı üçün birinci dərəcəli
əhəmiyyətə malikdir. Q.m. makroelementlərə və mikroelementlərə bölü-
nür.
QİDA MƏHSULLARININ ÇİRKLƏNMƏSİ – bioloji, kimyəvi və
radioaktiv xarakterli müxtəlif çirkləndiricilərlə qida məhsullarının
infestasiyası (çirkləndirilməsi). Ekosistemin qida cərgəsində toplanan
kimyəvi və radioaktiv çirkləndiricilər (pestisidlərdən və radioaktiv
tullantılardan düzgün istifadə olunmadıqda) bu baxımdan xüsusi təhlükə
yaradır. Bir çox heyvanlar (məs. balıqlar) bədənində sudakı qatılığından
min dəfələrlə artıq civə, pestisid və s. toplayır.
QİDA ZƏNCİRİ – bax: trofik zəncir.
QİDALANMA İNTENSİVLİYİ – vahid zamanda heyvan
orqanizmin qəbul etdiyi qidanın miqdarı (çəkisi).
QLİKOZİDLƏR – təbiətdə geniş yayılan fizioloji aktiv maddələr.
Tibbdə dərman kimi istifadə edilir. Onların arasında antibiotiklər, məs:
streptomisin və güclü zəhərlər, məs: saponin və salonin mövcuddur.
QLOBAL (Globus - kürə) – bütün Yer kürəsini əhatə edən planetar.
QLOBAL ÇİRKLƏNMƏ, BİOSFERİN ÇİRKLƏNMƏSİ –
çirklənmənin istənilən nöqtəsində çirklənmə mənbəyindən uzaqlarda
aşkar edilməsi. (məs. Antraktida pinqvininin yumurtasından DDT-nin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
266
aşkar edilməsi).
QLOBAL EKOLOGİYA – bütövlüklə biosferi öyrənən kompleks
elmi fənn. Q.e.nın əsası M.İ.Budıko (1977) tərəfindən qoyulmuşdur.
Müəllif Q.e.-nın mərkəzi problemini biosferdə müxtəlif maddələrin
dövranı hesab edir. Bu problemin həlli Q.e.-nın əsas vəzifələrini-
gələcəkdə biosferdə insan fəaliyyəti nəticəsində mümkün olan
dəyişikliklərin proqnozunu vermək üçün vacibdir.
QLOBAL MONİTORİNQ – antropogen təsir daxil olmaqla
ümumbəşər proseslərinin və hadisələrinin mümkün dəyişməsinin
proqnozlaşdırılmasına nəzarət.
QLOBAL RADİASİYA – Yer səthinə çatan Günəş enerjisi.
Aşağıdakı düsturla təyin edilir:
Q = S
⋅ sinh + D
burada: S
⋅ sinh enerjinin miqdarı, üfiqi səthdə aktinometrlə ölçülür,
“D” - əks olunan radiasiya, albodometrlə ölçülür. Q.r. yerli iqlim
variantlarının formalaşmasını təmin edir, canlı orqanizmlərin boy,
inkişaf və növmüxtəlifliyinə təsir göstərir.
QLOBAL SİSTEM – insanların tələbatını ödəməyə yönəldilən,
individiumların, sosial və mədəni cəmiyyətin və bütövlüklə bəşəriyyətin
fəaliyyəti nəticəsində yaranan və inkişaf edən sivilizasiya və təbiətin
qarşılıqlı ələqaləri elementlərinin məcmusu. Q.s. istehsalın üsul və
vəsaitlərinin proqressiv dəyişməsini təşkil edir.
QLOBAL SU DÖVRANI – suyun okean və qurunun səthindən
buxarlanması, su buxarının aparılması, kondensasiyası və yağmur
halında düşməsi, müxtəlif səthi axınlar, son nəticədə suyun okeana
qayıtması.
QLOBUS (lat. Globus - kürə) – sahələrinin nisbəti və konturların
həndəsi oxşarlığı saxlanmaqla bütün Yer səthinin təsviri verilən model.
Ən çox 1:30 mln. – 1:80 mln. miqyaslı Q.-lar işlənir. Qlobuslar
müxtəlifdir. Ən geniş yayılanı fiziki-coğrafi Q.-lardır. Bəzən relyefli
qlobuslar da hazırlanır.
QLÜKOZA (yun. Glykys - şirin) – dekstroza, üzüm şəkəri C
6
H
12
O
6
–monosaxaridlər qrupundan karbohidrat. Q. rəngsiz kristal maddədir;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
267
suda yaxşı həll olur: canlı təbiətdə geniş yayılmışdır. İnsan və
heyvanların bütün orqan və toxumalarında, bitki orqanizmlərində –
əsasən meyvə və giləmeyvələrdə (xüsusən üzümdə), tərəvəz, bal və s.-
də var. Bəzi bakteriyalar üçün Q. yeganə enerji mənbəyidir. Q. maddələr
mübadiləsi reaksiyalarından çoxunda iştirak edir. İnsan qanında Q.-nın
miqdarı təqribən 100 mq/%-dir. və neyrohumorol yolla təqdim olunur.
Sənayedə Q-nı nişastanın hidrolizi yolu ilə alırlar. Qənnadı sənayesində
istifadə olunur; tibbdə müalicə vasitəsi kimi toz və həb şəklində, habelə
izotonik (4,5-5%) və hiprotonik məhlul (10-40%) halında işlədilir.
İzotonik məhlulları dəri altına vururlar. (Orqanizmdə mayeni artırmaq
məqsədilə). Asan mənimsənilə bilən qida maddəsidir.
QLÜKOZİDLƏR – monosaxarid (qlükoza) və hər hansı lifin
birləşməsindən əmələ gələn maddələr qrupu. Qlükozidlər bir çox
bitkilərdə olur və onlara bəzən acı dad verir.
QLYASİOLOGİYA (lat. glacies - buz) – buzlaqların əmələ
gəlməsi, fiziki xassələri, inkişafı, fəaliyyəti və Yer səthinə təsiri
haqqında elm.
QOBU – müvəqqəti və ya az miqdarda daimi suların yerin səthində
əmələ gətirdiyi mənfi relyef forması (dərə.). Dibi az meylli-batıq,
yamacları qabarıq olur. Q-nun uzunluğu bir neçə km, dərinliyi isə 10-15
m və daha artıq ola bilər. Yamacları və dibi çimli, bəzən kol və meşə ilə
örtülü olur. Azərbaycanda dağətəyi rayonlarda çoxlu miqdarda Q.
vardır.
QORUQ FONDU – 1) Təbii (xüsusi) qorunan ərazilərdəki bütün
sahələrin cəmi; 2) Ölkə və ya regiondakı qoruqların cəmi.
QORUQLAR – elm, mədəniyyət və təsərrüfat üçün müstəsna
əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər
(akvatoriyalar). Q. təbiətin ən yaxşı mühafizə formalarından biridir.
Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə
olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də
aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların
komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Q.-da
geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək,
balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii
sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
268
edilir. Q. təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə
uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində
mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir.
Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən
sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma
dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər
sistemini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox
rəngarəngliyini öyrənmək, genetik fondun növlərini saxlamaq məqsədilə
Q. müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri ətrafında
mühafizə zonaları yaradılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin
qoruğa daxil olmasının qarşısını alır. Lakin respublikamızın əksəriyyət
qoruqlarında belə mühafizə zonaları yoxdur.
Azərbaycan Respublikasında Bəsitçay qoruğu, Qızılağac qoruğu,
Qarayazı qoruğu, Qaragöl qoruğu, Qobustan qoruğu, Zaqatala qoruğu,
İlisu qoruğu, İsmayıllı qoruğu, Göygöl qoruğu, Pirqulu qoruğu,
Türyançay qoruğu, Hirkan qoruğu qoruğu var.
QORUNAN NÖV – müvafiq hüququ aktlara əsasən (mənəvi
normalar və dini kanonlar) vasitəsilə və bilavasitə ziyan vurulması
qadağan olunan növlər. (mövcud olduğu yerin pozulması, kolleksiya,
herbari toplamaq və s.).
QORUNAN OBYEKTLƏRİN PASPORTLAŞDIRILMASI –
təbiət obyektlərinin müəyyən sxem üzrə növlərə görə təsviri və
qeydiyyatı. Q.o.p. dövlət orqanları (respublikanın Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Meşə təsərrüfatı istehsalat birlikləri və s.) tərəfindən
yerinə yetirilir. Q.o.p. təbii abidələrin kadastrlarını tərtib etmək və onları
mühafizə etmək üçün əsas sayılır. Azərbaycanda çoxyaşlı ağaclar,
qiymətli meşə sahələri, geoloji abidələr, müxtəlif landşaft abidələri
qorunan obyektlər kimi pasportlaşdırılmışdır və bu iş davam etdirilir.
QORUNAN TƏBİİ ƏRAZİLƏR SİSTEMİ – funksiyasından və
hansı təşkilata aidiyyətindən asılı olmayaraq xüsusi qorunan təbii
ərazilərin şəbəkəsi.
QOZ FƏSİLƏSİ – (Yuglandaceae). Bu fəsiləyə 8 cins daxildir.
Azərbaycanda yabanı halda 2 cinsi (adi qoz və yalanqoz) və bir cins-
pekan becərilir.
Adi qoz (cəviz, cöyüz) Y.regia – Azərbaycanın bütün meşələrində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
269
sırf və qarışıq halda, əsasən dərələr boyunca rast gəlinir.
Respublikamızın bütün dağ və aran rayonlarında becərilir.
Yalanqoz – Pterocarya – 11 növündən respublikamızda biri –
qanadmeyvə yalanqoz (P.pterocarpa) yabanı halda Böyük və Kiçik
Qafqazda orta dağ qurşağına qədər olan ərazidə, Lənkəran, Samur-
Dəvəçi düzənliyində, Qanıx-Əyriçay vadisində bitir və rütubətli
yalanqoz meşələri əmələ gətirir.
Gikori-Kariya cinsi – Carya. Bu cinsə 22 növ daxildir. Ondan biri –
pekan (C.pecan) Lənkəran və Astara rayonlarında bağlarda, meşə
zolaqlarında becərilir. Zaqatala, Cəlilabad və Göyçayda tək-tək
nüsxələrinə rast gəlinir.
Adi qoz
Qanadmeyvə yalanqoz
QRAVİTASİON AXIN – ağırlıq qüvvəsinin təsiri altında əmələ
gələn su axını (dağ çayları, şəlalələr və s.).
QRAVİTASİYA SULARI – süxur məsamələri, çatları və
boşluqlarında ağırlıq qüvvəsi (qrunt suları) və hidrodinamiki basqının
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
269
(basqılı sular) təsiri altında hərəkət edə bilən yeraltı sular.
QRUNT SULARI – yer səthindən aşağı su keçməyən birinci lay
üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları,
çay, göl, su anbarları, suvarma kanallarının infiltrasiyasından əmələ
gəlir. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma
rejimindən asılı olaraq Q.s.-nın səviyyəsi, debiti, temperaturu və
kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya
minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və
ya çox minerallaşmış Q.s. üstünlük təşkil edir.
Q.s-nın böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi
kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə
edilir.
QRUP HALINDA YAYILMA (növlərin, fərdlərin) –
populyasiyada bir neçə fərdlərin topa halında yerləşməsi (qrupu)
müşahidə olunur; bu qrupların arasında məsafə eyni (bərabər Q.h.y) və
müxtəlif (qeyri-bərabər Q.h.y.) ola bilər.
QRUPLAŞMA METABOLİZMİ ƏMSALI – fotosintez zamanı
ayrılan oksigenin udulmuş karbon qazının miqdarına nisbəti: O
2
/CO
2
.
Qruplaşmanın (biosenoz, ekosistem) metabolizmi-biosenozun canlı
elementləri arasında, həmçinin canlı elementlərlə ətraf mühit (biotop)
arasında gedən maddələr mübadiləsi.
QUDUZLUQ (Hidrofobiya) – yoluxucu xəstəlik: sinir sisteminin
ağır xəstələnməsi, qıcolmalar, iflic, udlaq və tənəffüs əzələlərinin
spazması.
QUM – xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində
əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral
(əsasən, kvars, çöl ştatı və s.) və süxur qırıntılarından ibarətdir. Q.-lar
əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Q.-
larda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s.
ola bilər.
QUM EKOSİSTEMLƏRİ – hipoekosistem sırasına aid olub
senogenetik proseslərin tamamlanması, bitki örtüyü ilə zəif örtülməsi
(3-25%), fauna, fitofaq və zoofaqların az zənginliyi ilə seçilir. Lakin bu
biota hərəkət edən qum relyefinə və qumluqlara yaxşı uyğunlaşır.
QUMMİ – selikli və yapışqanlı məhlul əmələ gətirən kompleks
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
270
polisaxaridlər; gavalı, gilas, ərik, şaftalı və s. ağacların qabığı
yaralandıqda duru yapışqan şəklində xaricə çıxır və havada bərkiyir;
suda həll-olur, spirtdə isə həll olmur.
QURAQLIĞA DAVAMLILIQ – Quraqlıq dövründə və quru iqlim
şəraitində bitkinin toxuma və hüceyrələrinin susuzlaşmasına davam
gətirmək qabiliyyəti, torpağın və havanın quraqlığına daha çox kserofit
bitkilər adaptasiya olunur.
QURAQLIQ – yazda və yayda yağıntının normadan çox aşağı və
hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı
olduğu uzun dövr. Q-da torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və
transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün
əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur,
nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə
məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması Q.-
ğa məruz qalan yerlərdə Q.-ğa davamlı bitkilərin əkilməsi də yaxşı
nəticə verir.
QURAQLIQ ZONA (YARIMARİD, SEMİARİD ZONASI) – çöl
(bozqır) və meşə zonasında yer səthinin dövri olaraq quraqlıq təkrar
olunan ərazisi.
QURĞUŞUN (Pb) – sənayedə geniş istifadə olunan kimyəvi
element, ağır metaldır, ətraf mühiti çirkləndirən ən təhlükəli sayılır.
Sənaye rayonlarında Q. çoxlu miqdarda kənd təsərrüfatı heyvanlarının
qaraciyər və böyrəklərində olur. Q., həmçinin çaxır, təmiz suda olan
balıqlar, bəzi meyvə-tərəvəzlərin də tərkibində müşahidə olunur. Qanın
analizi zamanı insan orqanizmində olan qurğuşunun miqdarı təyin
olunur. Q.-nun miqdarı 100 ml qanda 15 mkq-dan artıq olmamalıdır.
Uşaq və hamilə qadınlar üçün bu normativ iki dəfə aşağı sayılır. Q.-la
zəhərlənməyə az təsadüf edilir, lakin onun orqanizmdə çox olması
zamanı daxili orqanların xəstəlikləri güclənə bilər.
QURULUŞ – insan meylinin müəyyən fəaliyyətinin, müəyyən
hərəkət qabiliyyətinin istifadəsinin vəziyyəti.
QURUMUŞ AĞAC – meşədə məhv olmuş, lakin hələ yerə
yıxılmamış, çətri və gövdəsi quru ağac. Senoekosistemin ölü kütləsinə
aid edilir.
QURUNUN FAUNA RAYONLAŞDIRILMASI – qurunun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
271
zoocoğrafi rayonlaşdırılması - faunanın tərkibinə və yayılması
xarakterinə görə qurunun regionlara bölünməsi.
QURUNUN FLORİSTİK RAYONLAŞDIRILMASI – müxtəlif
ərazilərdəki floranın xüsusiyyətlərinə əsaslanaraq qurunun bölünməsi.
Dostları ilə paylaş: |