QURUNUN FOSFATLAŞMASI – fosfor kübrəsi və müxtəlif
fosfor tərkibli preparatlar əldə etmək üçün mədənlərdən fosforun
çıxarılması nəticəsində ətraf mühitdə fosforun texnogen çoxalması. Q.f.
ətraf mühitin pisləşməsinə səbəb olur. Fosforun yüksək miqdarı canlı
orqanizmlər, o cümlədən insan üçün zəhərli olur. Su hövzələrinin
fosforlaşması onun evtrofikasiyasına səbəb olur. Elmə termini
V.A.Kovda (1973) təklif etmişdir.
QURUNUN SULARI (ƏSASƏN SAF SULAR) – çaylar tərəfindən
axıb göl, su anbarı, nohur, kanallarda və buzlaq toplanan suları,
həmçinin yeraltı sular. Təqribi hesablamalara görə (Şukin, 1980) yer
kürəsində çay məcralarında 1200 min km
3
, göllərdə – 280 min km
3
,
buzlaqlarda – 24 mln km
3
, bütün yeraltı sular 60 mln km
3
təşkil edir.
QURUTMA MELİORASİYASI – torpaqdan və onun səthindən
artıq (izafi) rütubəti (suyu) kənar edərək onun su və hava rejimini
yaxşılaşdırmaq, münbitliyini artırmaq, bataqlıq ərazini qurutmaq tədbiri.
QUŞ BAZARI – dəniz quşlarının koloniya halında yuvaladığı yer.
Adətən sərt sahil qayalıqlarında yerləşir; yuvalar çox sıx olur. Avropa,
Asiya, Şimali və Cənubi Amerika, Cənubi Afrika, Yeni Zenlandiyanın
sahillərində və Cənub yarımkürəsinin okean adalarında yayılmışdır. Q.b.
bəzən 10 km-lərlə sahəni tutur. Quş bazarları bir çox ölkələrdə mühafizə
olunur.
QUŞLAR (Aves) – Onurğalı heyvan sinfi. Əksəriyyəti uçmağa
uyğunlaşmış ikiayaqlı, yumurta qoymaqla çoxalan, heyvanlardır. Q.-ın
təqribən 8,6 min, o cümlədən Azərbaycanda 350 növü məlumdur. Xarici
mühitin dəyişilməsi və çirklənməsi, eləcə də quşların nizamsız
ovlanması nəticəsində 16-cı əsrdən bəri 170 növün nəsli kəsilmiş, 300
növ isə son dərəcə azalmışdır. Quşların təbiətdə və x.t.-da böyük
əhəmiyyəti olduğu üçün hazırda nəsli azalan Q.-ın ovlanması qadağan
edilir və ya məhdudlaşdırılır: təbii şəraitdə Q.-ın ovlanması üzərində
nəzarət qoyulur. Q.-ı öyrənən zoologiya bölməsi ornitologiya adlanır.
QUŞLARIN KÖÇMƏSİ – quş populyasiyalarının və ya onun bir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
272
hissəsinin geri qayıtmaq şərtilə hər il yuvaladığı ərazidən qışladığı
əraziyə köçməsi. Q.k. onların mövsüm dəyişkənliyinə uyğunlaşmasıdır,
köçərilik xüsusiyyəti nəsildən-nəslə keçmiş, həmin quşun irsiyyətində
möhkəmlənmişdir. Müasir quşlarda köçmə instinkti anadan gəlmədir.
Quşlar köçərkən sutkada 30-50 km-dən 200-300 km-ə qədər sürətlə
uçur, 1-2 gün uçduqdan sonra 5-10 sutka fasilə edirlər. Köçmə 1-2 ay
davam edir.
QUŞLARIN QORUNMASI – heyvanat aləminin mühafizəsinin
bölməsi olub, quşların populyasiya – növ tərkibinin və sayının müəyyən
səviyyədə saxlanmasına yönəldilən kompleks beynəlxalq, dövlət və
regional inzibati təsərrüfat və ictimai tədbirlər.
QUŞLARIN UÇOTU – vizual (gözəyarı), quşların səsinə görə və s.
üsulla quşların növ tərkibinin və sayının müəyyən edilməsi (mütləq və
ya nisbi).
QUTTA – gərməşov, evkomiya və bəzi tropik ağacların xüsusi və
qapalı yerliklərində və südlü şirəsində olan yapışqanlı hissə. Ondan
quttaperça alınır.
QUTTAPERÇA, QUTTAPERÇALI BİTKİLƏR – qətran, gitrə;
həmin qətranın alındığı ağac; – əsasən Şərqi Asiya, Yeni Qvineya və
CAR-da bitən palakvaum, payena, bassia cinslərinə mənsub olan ağac
növlərinin süd şirəsindən alınan məhsul. Əsas komponenti (təqr. 90%-i)
qutta – təbii kauçuku əmələ gətirən və emprik formulu (C
5
H
3
) olan
irimolekulalı polizoprendən ibarətdir. Texniki Q.-da müxtəlif qətranlar,
zülali maddələr, su və s.-də olur. O, otaq temperaturunda bərk haldadır,
rəngi ağ-sarımtıl-qəhvəyidir, rütubəti keçirmir, yaxşı izolyatordur.
Başlıca olaraq sualtı kabellərin izolyasiya edilməsində, habelə
turşuyadavamlı və yapışdırıcı materiallar hazırlanmasında işlədilir.
Tropik zonada palakvium, payena, bassia cinsindən olan bitkilər,
həmçinin bəzi gərməşov və evkomiya növləri Q.-lı bitkilərə aiddir.
Azərbaycanda da evkomiya əkilir. Quttaperçalı bitkilər dərman bitkisi
kimi də istifadə olunur.
QUTTASİYA (lat. Gutta - damcı) – bitkilərdə yarpaqların damcı
şəklində su ifraz etməsi.
QÜTB İQLİMİ – uzun qış, qısa və sərin yayı (temperatur hərdən
0
°-dən yuxarı olur) ilə səciyyələnir. Qış aylarının çoxillik orta
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
273
temperaturu mənfi 50
° (Qrenlandiya), 70° (Antraktida), illik
yağmurlarının cəmi 200-300 mm. (Şərqi Atraktidada 100 mm-dən az)
təşkil edir.
QORUYUCU MEŞƏLƏR – öz meliorativ və mühit yaradıcı
xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen
amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan
respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu
meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına
əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara
bölünmüşdür.
Ümumi
sahə, min ha,
o cümlədən
Sıra
№-si
Qoruyucu kateqoriyalar Cəmi
dağ
meşələri
düzən
meşələri
I
Əsasən su
mühafizəedici funksiyalı
meşələr
59,6 21,0
38,6
II
Əsasən qoruyucu
funksiyalı meşələr
767,7 698,8
68,9
III
Əsasən sanitariya-
gigiyena və
sağlamlaşdırma
funksiyalı meşələr
117,5 90,8
14,0
IV Xüsusi təyinatlı
meşələr
77.6 53,6
24,1
I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov
balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid
edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu
meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə
zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca
qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri
(90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan
yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
274
(663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və
sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış
məntəqələrinin və sənaye müəssisələrinin ətrafındakı yaşıllıq
zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya
mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha),
kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil
edilmişdir. IV-Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri
(59,5 min ha) aid edilmişdir.
QORUYUCU MEŞƏ ZOLAQLARI – meşə massivləri və meşə
zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su
hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli
təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Q.m.z. aşağıdakı
qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə
zolaqları (dəmyə və suvarılan sahələrdə); yamaclarda sutənzimedici-
torpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları;
yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s.
Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və
Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar
boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir. Lakin bu
meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu,
meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.
Odur ki, respublikamızın dəmyə və suvarılan sahələrində, həmçinin
kanallar və yollar boyu yeni əlavə meşə zolaqlarının salınması vacibdir.
Bu zolaqlarda qərzəkli, meyvə və giləmeyvə növlərinə üstünlük
verilməlidir.
QİPERQRAQASİON EKOSİSTEMLƏR – B.A.Bıkovun (1988)
təsnifatına görə kontinental və dəniz qrupu ekosistemləri.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
275
L
LABOROGEN DƏYİŞİLMƏLƏR və ya SUKSESSİYALAR –
bitki örtüyünə insanın sistematik (müntəzəm) surətdə təsirilə bitki
qruplaşmalarında gedən dəyişilmələr. (Aleksandrova, 1964), məs. ot
biçini, meşə qırması və s. antropodinamik suksessiyalara aiddir.
LAKRİMATORLAR (lat. lacrina – göz yaşı) – gözün yaş örtüyü
ilə kontaktda olarkən çoxlu gözyaşı axıdan zəhərləyici maddələr.
LANDŞAFT (alm. Landschaft) – bax: coğrafi landşaft.
LANDŞAFT ANALOQLARI – strukturu və xarici əlamətləri eyni
olan bir taksonomik ranqın, ərazilərdə arası kəsilən landşaft
kompleksləri.
LANDŞAFT ARXİTEKTURASI – ərazinin mənzərəsinin
xüsusiyyətlərini nəzərə alaraq tikinti işlərinin aparılması.
LANDŞAFT EKOLOGİYASI – coğrafi və ekoloji nöqteyi
nəzərincə ekosistemlərdə kompleks qarşılıqlı əlaqələr haqqında təlim.
L.e. termini geniş yayılmışdır, belə ki, bu məsələləri ənənəvi olaraq
landşaftşünaslıq və biogeosenologiya həll edir. K.Trollun (1972)
fikrincə biogeosenologiya və L.e. terminlərini yanlış olaraq sinonim
hesab edirlər.
LANDŞAFT İNDİQATORLARI – indiqasiya obyektləri ilə bağlı
landşaftın komponentləri və elementləri. Aerokosmik şəkillərin
deşifrlənməsində (relyef, bitki örtüyü, insan fəaliyyətinin izləri, erozion-
hidroqrafik şəbəkə və subasmış sahələr, qar, buz və s.). L.i. böyük
əhəmiyyət kəsb edir.
LANDŞAFT KOMPLEKSLƏRİNİN EKOLOJİ
QİYMƏTLƏNDİRİLMƏSİ
–
Ekoloji vəziyyəti saxlamaq,
sabitləşdirmək üçün landşaft komplekslərinin qiymətləndirilməsi vacib
məsələ sayılır. Azərbaycanın landşaft komplekslərini qiymətləndirmək
ilkin material kimi torpaq xəritələrindən, torpaq-eroziya və torpaqların
mühafizəsi xəritələrindən, landşaft kompleksi xəritəsindən, torpaqların
bonitet şkalası və bonitet kartoqramlarından istifadə edilmişdir.
Nəticədə tədqiqat obyektlərindəki landşaft komplekslərinin sayı, onların
sahəsi, landşaftın orta ölçülmüş balı və –müqayisəli dəyərlilik əmsalı
müəyyən olmuşdur. Azərbaycanın landşaftının orta ölçülmüş bonitet
balını (41) vahid qəbul edərək (K-1.00) ona münasibətdə landşaft
tiplərinin dəyərlilik əmsalı müəyyən olunmuşdur. (Məmmədov, 1998)
landşaft kompleksləri üçün o, cədvəldə verilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
275
AZƏRBAYCANIN LANDŞAFT KOMPLEKSLƏRİNİN ORTA ÇƏKİLİ
BONİTET BALI
№ Landşaft kompleksləri
Torpaqları
n sahəsi,
km
2
Landşaftın
orta çəkili
bonitet balı
Landşaf
tın
müqayi
səli
dəyərlili
k
əmsalı
1 2
3
4
5
1
İntensiv parçalanmış
yüksək dağlıq nival, qismən
nival-buzlaq landşaftı
1647 52 1,27
2
İntensiv parçalanmış
yüksək dağlıq alp, subalp
çəmən və çəmən-bozqır
landşaftı
4806 58 1,41
3 Güclü
parçalanmış yüksək
dağlıq enliyarpaqlı meşə və
çəmən-kollu landşaft
12330 66 1,61
4 Güclü
parçalanmış orta
dağlıq dağ-kserofit landşaft
1602 30 0,73
5 Orta
parçalanmış dağətəyi
enliyarpaqlı meşələr landşaftı
1107 50 1,22
6
İntensiv parçalanmış
dağətəyi arid meşə-kol
landşaftı
2628 34 0,83
7 Güclü
və orta parçalanmış
dağətəyi bozqır /qismən meşə
çöl/
11304 41 1,00
8 Orta
parçalanmış dağətəyi
yarımsəhra landşaftı
6750 22 0,54
9 Orta
parçalanmış dağlar arası
düzənlik və ovalıqların
çəmən-meşə landşaftı
5499 56 1,36
10 Orta
parçalanmış
düzənliklərin quru bozqır
landşaftı
8721 48 1,17
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
276
11 Orta
və zəif parçalanmış
dağlararası düzənlik və
ovalıqların yarımsəhra
landşaftı
22230 22 0,54
12
Şərti yararsız ərazilər, quru
çay yataqları və s.
7949 10 0,24
Respublika üzrə cəmi:
86573 41 1.00
LANDŞAFT PARKI – süni salınmış qorunan landşaft, əsasən
rekreasiya məqsədilə istifadə olunur.
LANDŞAFT PLANLAŞDIRILMASI – landşafta təsir göstərən
bütün təbii və antropogen faktorlar: rayon planlaşdırılmasının tərkib
hissəsi.
LANDŞAFT SFERİ (qabığı) – lito, atmo – və hidrosferin birbaşa
kontakt zonası (aşınma qabığı, torpaq, canlı maddə, havanın yerüstü
qatları). Termini Y.K. Yefremov (1956) irəli sürmüşdür.
LANDŞAFT SİNFİ – landşaftın tipoloji təsnifatının vahidi. Adətən
iki sinif ayırırlar – düzən və dağlıq landşatları.
LANDŞAFT ZONASI– bir və ya bir neçə kontinentdən (qitədən)
keçən, müəyyən istilik və rütubətlik (hidroloji rejim) nisbətinə, eyni
intensivli ekzogen proseslərə, oxşar torpaq və bitki tipinə, zonal lanşafta
malik olub enli zolaq şəklində uzanan Yer səthinin bir hissəsi.
LANDŞAFTIN BƏDİİLİYİ (gözəlliyi) – landşaftın estetik
keyfiyyətinin subyektiv qiymətləndirilməsi.
LANDŞAFTIN BƏRPASI – təsərrüfat fəaliyyəti nəticəsində
pozulmuş təbii landşaftın qismən və ya tam bərpa edilməsi.
LANDŞAFTIN ÇİRKLƏNMƏSİ – Bu termin bir neçə mənada
işlənir: 1) bu və ya digər maddənin və ya enerjinin təbii haldan yüksək
olması; bu, həm də təbii faktorlar (vulkan fəaliyyəti, torpaq
hissəciklərinin və ya duzların gətirilməsi), həm də antropogen
faktorların təsiri nəticəsində baş verə bilər; 2) landşafta təbii proseslərin
gedişi nəticəsində formalaşmayan yad maddələrin verilməsi. L.ç.-nin
əsas mənbəyi texnogen təzyiq sayılır.
Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin
xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (tozun, qumun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
277
və s.-nin toplanması) və termik anomaliyanın formalaşması ilə
nəticələnir.
Landşaftın komponentlərinin qarşılıqlı təsiri onlardan birinin
çirklənməsi (məs. havanın), digər komponentlərin (bitki örtüyü, torpaq
və s.) çirklənməsinə səbəb olaraq bütün landşaftı əhatə edir. Bu zaman
orqanizmlər, torpaq və su hövzələrindəki lil çox vaxt çirkləndirici
maddələr toplayır.
Landşaftın çirklənməsini azaltmaq və ya onun qarşısını almaq –
landşaftın qorunmasının əsas hissəsindən biri hesab olunur.
LANDŞAFTIN DAVAMLIĞI – mühitin dəyişilən şəraitində
landşaftın öz strukturunu və funksiyasını saxlamaq qabiliyyəti.
LANDŞAFTIN DEQREDASİYASI – landşaftın təbii və
antropogen pisləşməsi, onun təsərrüfat və estetik potensialının aşağı
düşməsi.
LANDŞAFTIN DƏYİŞMƏSİ – xarici amillərin təsirilə və ya
özünün inkişafı nəticəsində landşaftın yeni xassə qazanması, yaxud
əvvəlki xassələrini itirməsi.
LANDŞAFTIN DİFERENSİASİYASI – vahid landşaftın bu və ya
digər dərəcədə ayrılmış xarakterik və spesifik hissələrə (komponent,
kompleks) ayrılması. L.d. müxtəlif təbii mühafizə tədbirləri əsasında
aparılır.
LANDŞAFTIN ELEMENTLƏRİ – 1) komponentlərin sadə
hissələri; onların kombinasiyasından real dünyanın müxtəlif obyektləri
toplanır (cəmlənir); 2) E. Neyefə (1963) görə L.e. komponentlərin
bölünməz sadə tərkib hissələridir; V. B.Soçavaya (1978) görə L.e.
geosistemin hər hansı komponentlərinin tərkib hissələri olub tam
(bütöv) mürəkkəbdir (torpağın mexaniki tərkibi, bitki örtüyünün ayrıca
yarusu, qar örtüyü, karst forması).
LANDŞAFTIN ESTETİKASI – ərazinin insan üçün gözəlliyi və
cazibədarlığı. İnsanların psixi sağlamlığını qorumaq və normal istirahət
üçün vacib olan təbii resurslardan biri (boş yerlər, qurumuş meşə
sahələri, nizamsız qazılan kanallar, zibillənmiş sahələr qeyri estetik
hesab olunur).
LANDŞAFTIN GENEZİSİ – landşaftın əmələ gəlməsinə səbəb
olan proseslərin məcmusu və onun müasir dinamiki vəziyyəti.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
278
Cəmiyyətin landşafta təsir göstərməsinə qədər onun əmələ gəlməsi
əsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyin
edilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaq
landşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərə
və s.) landşaft. İnsanın peyda olması ilə landşaftəmələgətirən və
landşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyəti
oldu. Bu özünü landşaftların adında əks etdirir: antropogen landşaft,
əkinçilik landşaftı və s.
Landşaftın əmələ gəlməsi və müasir vəziyyətinin formalaşması
paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini,
strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir.
LANDŞAFTIN GEOKİMYASI – geokimya elminin landşaftda
kimyəvi elementlərin akkumlyasiyası, yerləşməsi, miqrasiyası və
çıxarılmasını tədqiq edən hissəsi.
LANDŞATIN GÜCDƏN DÜŞMƏSİ – (tükənməsi) – insan
fəaliyyətinin təsiri nəticəsində destruksiyanın (resursların tükənməsi
şəklində) başlanğıcı, landşaftın tarazlığının pozulması.
LANDŞAFTIN İNFORMASİYALILIĞI – insanın hər hansı təbii
kompleksdə olduğu zaman aldığı infomasiyanın (sezici və rasional)
miqdarı.
LANDŞAFTIN İNTEQRASİYASI – təbii və antropogen
faktorların təsiri nəticəsində landşaftın inkişafı; bu zaman landşaftın
morfoloji strukturu və funksiyasının xarakterində bəzi fərqlər silinir
(yoxa çıxır).
LANDŞAFTIN KLİMAKS VƏZİYYƏTİ – terminin əsası bioloji
termindən başlanır. 1904-cü ildə Kliment tərəfindən irəli sürülmüşdür.
Klimaks bitki örtüyünün yüksək, final, sabit inkişaf mərhələsi olub
həmin ərazinin iqlimi ilə tam vəhdət təşkil edir.
LANDŞAFTIN KOMFORTLUĞU – müəyyən landşaftda əhalinin
ekobioloji və sosial-psixoloji həyat şəraitini əlverişli hala gətirmək üçün
tədbirlər (komfort, diskomfort). L.k. sərvətlərdən səmərəli istifadə
olunması və yaşayış mühitinin mühafizəsi məsələlərinin həllində nəzərə
alınır.
LANDŞAFTIN KOMPONENTLƏRİ – coğrafi komponentlər –
coğrafi qabıq mühitinin (sferinin) ayrı-ayrı fraqmentlərindən ibarət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
279
landşaftın əsas qurucuları: litosfer (dağ, süxurları, torpaq), hidrosfer
(səthi və yeraltı sular), atmosfer (onun kimyəvi tərkibi) və biotanın
yayılma sferi (mikroorqanizmlər, bitkilər və heyvanlar). L..k-nə
həmçinin insan fəaliyyəti obyektləri (qurğular, kənd təsərrüfatı tarlaları,
meşə zolaqları və s. daxildir).
LANDŞAFTIN KONSERVASİYASI – landşaftı ilkin, az
dəyişilmiş və ya dəyişilməmiş şəkildə saxlamaq məqsədilə ondan
istifadəni dayandırmaq; landşaftda qoruq rejimi yaratmaq yolu ilə
həyata keçirilir, xüsusi qoruq ərazisi təşkilinin bir forması sayılır.
LANDŞAFTIN OPTİMALLAŞDIRILMASI
– landşaftın
məhsuldarlığını, floristik və faunistik zənginliyini və estetikasını
yüksəltməyə yönəldilən tədbirlər sistemi. Məs. landşaftı meşə-park və
milli parka çevirmək L.o.-na misal ola bilər.
LANDŞAFTIN PLASTİKLİYİ – xarici faktorların təsiri altında öz
davamlığını təmin edən əsas xarakteristikasını saxlamaqla landşaftın
dəyişməsi qabiliyyəti. L.P. hətta ekstremal şəraitlərdə (quraqlıq, izafi
rütubətlik və s.) onun tam (bütöv) qalmasını təmin edir.
LANDŞAFTIN REJİMİ – sutka, mövsüm, bir neçə il ərzində
landşaftda gedən təbii proseslər və hadisələr. Energetik, su, bioloji
(biotik), informasiya və b. L.r. ayrılır. L.r.-nin təyin olunması, ona riayət
edilməsi və landşaftın düzgün istifadəsinə nəzarət təbii sərvətlərdən
səmərəli istifadə və təbiətin mühafizə fəaliyyətində aparıcı element
sayılır.
LANDŞAFTIN REKREASİYA TUTUMU – təbii mühiti
deqradasiyaya uğratmamaqla ərazinin müəyyən miqdarda istirahət
edənləri psixofizioloji komfortla və idman-sağlamlıq fəaliyyəti ilə təmin
etmək qabiliyyəti. Bu vahid sahədə (və ya rekreasiya obyektində)
müəyyən vaxt ərzində istirahət edən əhalinin sayı ilə ifadə olunur.
Rekreasiya yükü qiymətləndirildikdə yalnız təbii komplekslərin və
rekreasiya obyektlərinin davamlığına (dözümlüyü), L.r.t.-nu
qiymətləndirdikdə isə həmçinin komfort dərəcəsinə diqqət vermək
lazımdır.
Dostları ilə paylaş: |