Ekonometrika anlayışı və tərkib hissələri


Dinamika sıralarının təhlili göstəriciləri



Yüklə 58,49 Kb.
səhifə2/3
tarix13.12.2022
ölçüsü58,49 Kb.
#74263
1   2   3
dovlet imtahani ekonometrika

Dinamika sıralarının təhlili göstəriciləri.
Sosial –iqtisadi hadisələrin dinamikasını qurmaqda məqsəd müxtəlif nöqteyi –nəzərdən onların inkişaf prosesini xarakterizə etməkdir. Bu zaman dinamika sırasını xarakterizə etmək üçün bir sıra göstəricilərdən istifadə olunur.
Mütləq artım: Sosial –iqtisadi hadisələrin dinamikada təhlilinin mühüm göstəricilərindən biri mütləq artımdır. Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə arasındakı fərqə mütləq artım deyilir.
Nisbi artım: Mütləq artımın müqayisə üçün əsas götürülmüş səviyyəyə nisbəti nisbi artım adlanır.
Hər bir dinamika sırası iki elementdən ibarətdir: birincisi statistika məlumatlarının aid olduğu vaxt anı (tarix və ya dövr), gün, ay, il göstərilir; ikincisi müəyyən vaxt anında öyrənilən obyekti xarakterizə edən statistik göstəricilər verilir. Dinamika sırasının təhlili zamanı istifadə edilən göstəricilərə mütləq artım, artım sürəti, nisbi artım sürəti, 1% nisbi artımın mütləq qiyməti aiddir.
Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə arasındakı fərqə mütləq artım deyilir. Mütləq artım sıranın sonrakı səviyyəsinin müqayisə üçün əsas götürülmüş səviyyədən nə qədər çox və ya az olduğunu göstərir.
4. Diskret və kəsilməz təsadüfi kəmiyyət və onun riyazi gözləməsi
Təsadüfü kəmiyyətin tamamilə təyin olunması üçün onun aldığı qiymətlər çoxluğu və bu qiymətləri hansı ehtimalla alması göstərilməlidir.Təsadüfü kəmiyyətin paylanma funksiyası bu mənada onu tamamilə xarakterizə edən ən universal vasitələrdən biridir.Təsadüfü kəmiyyətin ala bildiyi qiymətlərlə , bu qiymətlərə uyğun ehtimallar arasında əlaqə başqa üsullarla da verilə bilər.
Təsadüfiü kəmiyyətin mümkün qiymətləri ilə onlara uyğun ehtimallar arasında əlaqə yaradan hər bir münasibətə təsadüfü kəmiyyətin paylanma qanunu deyilir.Təsadüfü kəmiyyətlərin paylanma qanunları müxtəlif formalarda olsa da, onların hamısndan paylanma funksiyasını almaq həmişə mümkün olmalıdır.Təsadüfü kəmiyyətin ehtimalının paylanma qanunu bir sıra hallarda daha aydın və əlverişli şəkillərdə verilir. Bunların iki əsas növü ilə tanış olaq.Tutaq ki, təsadüfiü kəmiyyətinin aldığı sonlu və ya hesabi sayda qiymətləri və bu qiymətləri alma ehtimalları verilmişdir.Cüt-cüt uyuşmayan hadisələri tam sistem təşkil etdiyindən şərti ödənilir. Diskret təsadüfü kəmiyyətinin aldığı qiymətlərinin və bu qiymətləri almasının ehtimallarının göstərilməsi onun paylanma qanununu təyin edir. Əgər təsadüfü kəmiyyətinin qiymətlər çoxluğu hesabi çoxluq deyilsə, onda belə kəmiyyətin paylanmasını onun ayrı-ayrı qiymətlərinin ehtimalları ilə vermək mümkün deyildir.Bu paylanmanı ehtimalın nisbi sıxlığı vasitəsi ilə vermək daha əlverişlidir.

Yüklə 58,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin