Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


-Elə bilirdim ki, məni təbrik eləmək üçün zəng vurmusan



Yüklə 192,11 Kb.
səhifə48/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   44   45   46   47   48   49   50   51   ...   71
-Elə bilirdim ki, məni təbrik eləmək üçün zəng vurmusan...

Babaş bunu deyib, dəstəyi asdı. Və artist,dəstək əlində, Mopassan Mirələmovun üzünə baxa-baxa qaldı:

-Eşitdin, deyir, məni niyə təbrik eləmədin? Mən bunu, görəsən, nəyə görə təbrik eləməliydim?

-Nə bilim?.. – Direktor gözlərini telefon aparatına zilləyib xeyli fikirləşdi. – Dünənki “Kommunist” qəzetində bir yekə məqaləsi çıxmışdı. Yəqin, onu deyir.

-Bah, bu da yazır?! – Artist sözgəlişi dedi və otaqdan çıxmağa hazırlaşan Camalın arxasınca qapıya tərəf yeridi.

-Ə, sən hara? – Mopassan özünə yaraşmayan kobud səslə bağırdı.

-Aparım, ötürüm də, özü gedəmməz axı.

-Sən otur. Mənim şoferim aparacaq. –Mirələmov Camalı az qala itələyə-itələyə kabinetdən çıxarıb, Sadayın qolundan yapışıb, onu öz əlilə otağın yuxarı başındakı kresloya əyləşdirdi.

-Ə, sən niyə belə olmusan? – Mopassan təəssüflü, yanıqlı səslə dedi.

-Nə olub ki?

-Bundan artıq day nə olmalıydı? Düz, bir aydı, mən səni evdən çıxara bilmirəm.

Saday Sadıqlı:

-Bir ay olmaz, -dedi. – Gop eləmə.

-Burda axırıncı dəfə nə vaxt olmusan? Əgər yadına sala bilsən, məndən sənə bir yaxşı xaş qonaqlığı.

Artist kəsəsinə və səmimiyyətlə:

-Valah, bezmişəm, Mopoş, - dedi. – Hər şeydən iyrənmişəm.

-Kimdən bezmisən? Nədən iyrənmisən? Burda sənə nə vaxt pis münasibət olub? Qapı-bacanı bağlayıb, oturmusan evdə. Başa düşmürəm, sən o evdə neynirsən bütün günü?

Mirələmov teatrda “Mopoşun sehrli sandıqçası” adı ilə çoxdan məşhur olan seyfşəkilli dolabçanı pencəyinin cibindən çıxardığı açarla tələsmədən açdı. Özünün ən mötəbər qonaqları üçün həmişə ehtiyatda saxladığı bir şüşə fransız konyakını və bir qutu Moskva konfetini, iki büllur qədəhlə birgə, stolun üstünə qoydu. Qədəhlərə konyak süzüb:

-Gəl, görək, - dedi. – Oturaq, beynimizi açaq bir az.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin