Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Çay içib rahatlanmış doktor Abasəliyev gözünü limon ağaclarından ayırmadan oturub öz-özünə hallı-hallı gülümsəyirdi



Yüklə 192,11 Kb.
səhifə31/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   27   28   29   30   31   32   33   34   ...   71
Çay içib rahatlanmış doktor Abasəliyev gözünü limon ağaclarından ayırmadan oturub öz-özünə hallı-hallı gülümsəyirdi.

Elə-belə sözgəlişi “Bəs Haykanuşu səni Yerevana qonaq çağırmır?” dedi.

- Çağırır. Orda bazarda oturan Əylis adamlarıynan neçə dəfə sifariş göndərib ki, bacıma deyin, gəlsin burda 5-10 gün qalsın yanımda. – Zöhrə arvad gülə-gülə həkimə göz vurdu. – Deyirsən, gedim, bu kaftar vaxtımda olan-qalan müsəlmançılığımı da batırım erməni evində?

-Oturduğun ev nədi ki, bəyəm erməni evi deyil?

Zöhrə arvad üzünü Sadaya tutub:

-Bu köhnə kələkbazı görüsən də? – dedi.- Dəli doxturunda bundan artıq ağıl olmaz ki! – Sonra yarızarafat, yarıciddi barmağını doktor Abasəliyevin üstünə silkələdi. - Bu evi dədəm Məşdəli Hərtünün əmisi Samveldən 15 tümən qızıl pula alıb.Guya sən bilmirsən bunu?

-Bilirəm. Mən o mənada demədim axı.

Zöhrə arvad bir müddət ürəyində nəyisə götür-qoy elədi və birdən tam ciddiləşib pıçıltılı-həyəcanlı səslə dilləndi:

-Sən mənim dədəmi də söysən, incimərəm. Ancaq sən o Azadənin canı, Zülfü, o qəssab Məmmədağanın adın bir də heç yerdə hallandırma. Onun o vələdüzna törəməsi özündən də betər əzazildi. Cingöz Şabanı deyirəm, Zülfü. O günlərdə sənə də, deyirlər, bərk sataşıb. Baş qoşma, o nəsildən nə desən, çıxar.

Doktor Abasəliyev qəflətən sarsıldı elə bil. Nəhayətsiz təəccüblə: -Bunu sən hardan bilirsən? – dedi və pərt halda başını aşağı saldı.

-Yəni, deyirsən, bu kənddə sirr saxlamaq da olar?.. Sizin məhlənin arvadları o gün çeşmədə danışırdılar. Deyir, bir köhnə kəllə tapıb, aparıb divarın dalından atıb sizin həyətə. Kəllənin içinə qoyduğu kağızda da yazıb ki, “Erməni şpionu Zülfü Abasəliyevin keşiş Mkırtıç dayısı”. - Zöhrə arvad həkimin pərt olduğunu görüb söhbəti xırpadan kəsdi.

O kəllə əhvalatını Saday elə o gün ilk dəfə Zöhrə arvaddan eşidirdi. Ancaq kənddə o Cingöz Şaban qədər xatakar və əzazil ikinci bir adamın olmamağı Sadaya çoxdan məlum idi. Aralarındakı yaş fərqi bir elə çox deyildi. Cingöz Şaban Sadaydan, çox olsa, 5-6 yaş böyük olardı. Və hələ 10-11 yaşından cibində qəssab bıçağı, çiynində ov tüfəngi gəzdirən o Şabanın bir yaz haradansa gəlib Əylisə çıxmış bir körpəcə tülkü balasını Daş - kilsənin çeşməsinin qabağındakı divarın üstündə tüfənglə vurmağın o zaman 4, ya 5 yaşı olan - Saday sonralar illər boyunca dönə-dönə yuxusunda görmüşdü və Şabanın tüfəngindən açılan o güllənin səsinə dəfələrlə diksinib yuxudan ayılmışdı. O körpəcə tülkü balasının o divardan axan alqırmızı qanını dünyanın qar-yağışı çoxdan yuyub aparsa da, Saday Sadıqlıdan ötrü o qanın alqırmızı ləkəsi orada həmişəlik qalmışdı.

İndi o kəlləni o həyətə atmağını da, o kağızda hansı sözləri yazdığını da, çox güman ki, kənd içində elə o vələdüzna Şabanın özü yaymışdı. Ancaq doktor Abasəliyev Məmmədağa törəməsinin bu iyrənc əməlini sonralar da heç vaxt dilinə gətirmədi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin