Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Ola bilər ki, Saday Sadıqlı doktor Abasəliyevlə bir vaxt Əylisdə keçirdiyi gözəl yay günlərindən birini yenə yuxuda görmüşdü



Yüklə 192,11 Kb.
səhifə42/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   38   39   40   41   42   43   44   45   ...   71
Ola bilər ki, Saday Sadıqlı doktor Abasəliyevlə bir vaxt Əylisdə keçirdiyi gözəl yay günlərindən birini yenə yuxuda görmüşdü.

Və ola da bilər ki, qayınatasının elə dünən axşam telefonda Mərdəkandan gələn səsi artistin hələ də qulağındaydı. Hər halda, o səhər yuxudan ayılanda Saday Sadıqlının qulağına elə bil dünyanın hər yerindən yalnız doktor Abasəliyevin gur və gümrah səsi gəlirdi. Və o səslə dolu olan dünyada yaşamağın əzabına və ağırlığına dözmək artist üçün nisbətən asan idi.

1989-cu ilin axırları, şənbə günüydü. Təxminən bir saat olardı ki, Azadə xanım işə getmişdi və hələ o, evdən çıxar-çıxmaz telefon zəng çalmağa başlamışdı. Və o telefon 5-10 dəqiqəlik fasilələrlə, az qala bir saat olardı ki, elə hey zəng çalırdı. Saday Sadıqlı dəstəyi götürmürdü. Telefon zəngi hər dəfə fasilə verdikcə artistn çoxdan ayaq basmadığı teatrın direktoru Mopassan Mirələmovun yağlı-şəkərli səsi və tanış vücudu Saday Sadıqlının qulağına və gözləri önünə gəlirdi və bu zaman artist millətin ən məşhur şairinin bir cüt əttökən misrasını öz direktorunun dilindən bir daha və bəlkə mininci dəfə eşitmək məcburiyyətində qalırdı:

“Böyük sənətkara salamlar olsun,

Bu dünya durduqca o da var olsun!”

Bir həftədən çox olardı ki, direktor Saday Sadıqlıya hər gün zəng eləyirdi və artistin, sözün hərfi mənasında, ürəyini bulandıran bu iki misranı salam-kəlam yerinə, telefonda hər dəfə yağlı-yağlı təkrar eləməkdən doymurdu.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin