Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Ancaq məsələ burasındaydı ki, indi Saday Sadıqlı öz həyatını yaşamırdı



Yüklə 192,11 Kb.
səhifə41/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
Ancaq məsələ burasındaydı ki, indi Saday Sadıqlı öz həyatını yaşamırdı.

Qəribəydi bəlkə lap ağlasığmaz dərəcədə qəribəydi: zatında bir zərrə də erməni qanı olmayan, bir babası Kərbəla, bir babası Məkkə ziyarətinə getmiş Saday Sadıqlı artıq nə zamandan bəriydi ki, içində bir erməni gəzdirirdi. Daha doğrusu, gəzdirmirdi, gizlədirdi. Və bu böyük şəhərdə döyülən, öldürülən, təhqir edilən hər ermənilə birgə sanki o da öz içində döyülürdü, öldürülürdü, təhqir edilirdi.Payızın əvvəllərindən başlayaraq artistin heç vaxt üzü gülmürdü, qırışığı açılmırdı. Əvvəllər heç olmasa həftədə bir-iki dəfə gedib baş çəkdiyi teatrdan sanki birdəfəlik əlini üzmüşdü. Bir müddət hər gün həvəslə getdiyi mitinqlərə indi heç ayaq basmaq da istəmirdi. Nə şəhərdə özünə yer tapırdı, nə evdə-eşikdə qərar tuturdu.

Noyabrın küləkli-yağışlı günlərinin birində bir gün axşamtərəfi artist elə bir vəziyyətdə qapını açıb içəri girdi ki, onun bu halını görən Azadə xanımın heyrətindən az qala haray çəkməyi gəldi. Artisti sanki paltarlıca suya basıb-çıxarmışdılar: saçından, çənəsindən, hətta plaşının ciblərindən də damcı-damcı su süzürdü. Şalvarı palçığa batmışdı, pencəyinin düymələri qopmuşdu, köynəyinin yaxası cırılmışdı.

Azadə xanım ağlaya-ağlaya ərini soyundurub, vannada isti suya saldı. Bir azca konyak verdi, çay verdi. Və əri rahatlanıb özünə gələndən sonra onu sorğu-suala tutmağa başladı:

-Harda dalaşmısan?

-Dalaşmamışam.

-Bəs səni kim bu günə qoyub?

Saday dinmədi. Susb-susub qəfildən elə bir hönkürmək hönkürdü ki, Azadə xanım ondan söz soruşmağına peşman oldu.

-Vağzalda bir cavan arvadı yandırdılar, Asya! Üstünə benzin töküb, kibrit çəkib, diri-diri yandırdılar! – Artistin nəfəsi təngidi, sözünü axıracan deyə bilmədi.

-Kim yandırdı? – Azadə xanım yaşlı gözlərini silə-silə soruşdu.

-Arvadlar, Asya. Bir sürü alverçi küçə arvadı. Elə bil adam deyildilər, cin-şeytan sürüsüydülər. Birdən zühr eləyib arvadı yandıran kimi, birdən də qeybə çəkilib, yoxa çıxdılar.

-Səni o arvadlar bu günə salıb?

Artist təəccübləndi, çünki özünün evə nə gündə gəlməyindən onun, həqiqətən, xəbəri yox idi.

-Nə bilim? Heç baş aça bildim ki? O erməni arvadı yandıran cin-şeytan qeybə çəkiləndən sonra bir də gördüm ki, vağzalda tək qalmışam.

Ərinin dəlilik həddinə çatdığını hiss eləyən Azadə xanım bu dəfə ürəyində ağladı.

-Sən o vağzalda neynirdin ki?

Möhkəm özünə qapılmış Saday Sadıqlı Azadə xanımın sözlərini, deyəsən, eşitmədi. Və Sadayın o vağzala nəyə görə getdiyini də Azadə xanım məhz onun birdən-birə özünə qapılmağından bilib, o vağzala və o vağzaldan Naxçıvan, Yerevan tərəfə gedən qatarlara ürəyində lənət yağdırdı. Bir gün hökmən Eçmiədzinə gedib, xristianlığı qəbul eləməyə çoxdan hazırlaşan ərinin gözlərində indi Azadə xanım o Eçmiədzini açıq-aşkar bir də gördü. Və ərinin məhz o Eçmiədzin havasıyla hər gün o vağzala - Naxçıvan, Yerevan qatarlarına tamaşa etməyə getdiyinə daha Azadə xanımın heç bir şəkk-şübhəsi qalmadı.

Üçüncü fəsil

Cəhənnəmə cənnət dedik”



Saday Sadıqlının heç vaxt oynamayacağı bu yeni səhnə əsərinin gənc müəllifi ölkənin keçmiş Rəhbərinə qarşı amansız ittihamlar irəli sürür.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin