Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


O yay Bomba Babaş özünü Məcnunluğa vurub, Haykanuşun Yerevandan gəlmiş nəvəsi Lüsikin başına min cür oyun açdı



Yüklə 192,11 Kb.
səhifə37/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
O yay Bomba Babaş özünü Məcnunluğa vurub, Haykanuşun Yerevandan gəlmiş nəvəsi Lüsikin başına min cür oyun açdı.

Gah kilsənin həyətindəki ən uca ağacların təpəsinə dırmaşıb, xoruz kimi banlayıb, qarğa kimi qarıldayırdı. Gah kolların içində gizlənib, kəklik, turac səsi çıxarırdı. O kilsənin yan-yörəsində Babaş qoyun kimi mələyirdi, qurd kimi ulayırdı. Ayaqlarını yuxarı qaldırıb, ikicə əlinin üstündə, gündə bir neçə dəfə kilsənin başına dolanırdı. “Es kes sürümem!”, “Es kes sürümem!” deyə-deyə gah divarın dalından, gah kilsənin damından guya ermənicə Lüsikə eşq elan eləyirdi.

Ancaq bir suyumu elə o Haykanuşun özünə bənzəyən arıq, qarabəniz, balacaboy Lüsikdə doğrudan da böyük hövsələ vardı: Babaşı saymırdı, adam yerinə qoymurdu, onun cürbəcür hoqqalarını guya heç görmürdü də. Lüsik - heç nəyi və heç kəsi saya salmadan - o kilsənin həyətində bütün günü cani-dildən öz fırçası, boyası ilə əlləşirdi.

O il birinci dəfə yay tətilini Əylisdə keçirməyə gələn 13-14 yaşlı qız nəvəsinin kənddə keçən hər gününə görə Haykanuş qarı, əlbəttə, cavabdeh idi. Buna görə də Haykanuş gündə, heç olmasa, bir dəfə o kilsənin həyətində Lüsikə baş çəkirdi. Nəvəsinə termosda çay gətirirdi, çölməkdə isti xörək gətirirdi. Amma o Lüsik Babaşın əməlləri barədə Haykanuş qarıya nədənsə heç nə demək istəmirdi.

Bir gün Haykanuş qarının özü Babaşın əməllərindən xəbər tutdu. Bir gecə Babaşgilin evinə gedib, onun ata babası çayçı Ziyada nəvəsininn “şuluq elədiyini” xəbər verdi. Bundan sonra Babaş bir müddət Lüsikdən əl çəkdi. Ancaq əsas həngamə, sən demə, qabaqdaymış.

Hələ o yay tətili qurtarmamış bir gün kənddə xəbər yayıldı ki, gecənin bir vədəsində bir adam Haykanuşun həyətinə girib, onun dibçəkdə becərdiyi 7 limon ağacının hərəsindən düz bir dənə limon qoparıb. Bu, əlbəttə, elə bir ciddi oğurluq deyildi, adama sataşmaq idi. Bu işdə hamıdan çox Babaşdan şübhələnsə də, Haykanuş heç yerə şikayətə getmədi. Bundan bir-iki gün sonra yenə Babaş gecəynən Haykanuşun həyətinə girib, bu dəfə Lüsikin şəriddən asılmış trusikini götürdü. Və o gecənin səhəri onların neçə illik ayrılmaz dostluğunun son səhəri və bəlkə də, o işıqlı-günəşli uşaqlığın son günü oldu.

Məscidin qabağındakı meydançada – Əylis uşaqlarının ən çox toplaşdığı yerdə- o gün Saday hamıdan güclü, hamıdan zorba Babaşı, heç özü də bilmədi ki, bircə yumruqla necə vurub yerə sərdi. Babaşın əlində yellədə-yellədə uşaqlara göstərdiyi trusiki onun əlindən alıb, bir dəli ehtirasla bar-bar bağıra-bağıra:

-Bu, Lüsikin trusiki deyil! – dedi. – Babaşın bacısı Rasimənin trusikidi... Ay alan, trusik satıram, - deyib var səsilə aləmə car çəkdi.

O hadisədən sonra bir sinifdə otura-otura, bir il, ilyarım onlar bir-birinə heç salam da vermədi.Sonra guya barışdılar. Ancaq o soyuqluq getmədi, qurtarmadı. Bakıda institutda oxuyanda bir-birlərini axtarıb tapmağa heç vaxt cəhd göstərmədilər. Və hələ institutda oxuya-oxuya Komsomolun Mərkəzi Komitəsndə işə düzələn Babaşın sonralar vəzifə pillələrilə yavaş-yavaş yuxarı dırmaşdığını hər dəfə eşitdikcə Saday Sadıqlı o kilsəni, o Lüski, məscidin qabağındakı o meydançanı və orada Lüsikin trusikini əlində bayraq kimi yellədən Babaşı yadına saldı. Və onun vəzifə hərisliyinin o Lüsiklə, o trusiklə və məscidin qabağındakı o gözlənilməz məğlubiyyətlə nəsə mistik və müəmmalı bir əlaqəsi olduğunu düşündü.

O “trusik” əhvalatının elə ertəsi günü Haykanuş qarı Lüsiki Ordubadın dəmiryol vağzalında qatara mindirib Yerevana göndərdi.

Və Haykanuşun nəvəsi Lüsik ondan sonra bir də heç vaxt Əylisə gəlmədi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin