Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Və bu suallara cavab axtara-axtara nə zamandan bəriydi ki, Saday Sadıqlı Əylisi hər gecə yuxuda görürdü. Çünki onun ürəyinin başında bir sağalmaz Əylis yarası vardı



Yüklə 192,11 Kb.
səhifə40/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   36   37   38   39   40   41   42   43   ...   71
Və bu suallara cavab axtara-axtara nə zamandan bəriydi ki, Saday Sadıqlı Əylisi hər gecə yuxuda görürdü. Çünki onun ürəyinin başında bir sağalmaz Əylis yarası vardı.

Depressiv-melanxolik sarsıntılara elə əvvələr də meylli olan Saday Sadıqlı indi günbəgün daha artıq dərəcədə dünyadan və insanlardan qorxmağa başlamışdı. Yuxusunda hər gecə sayıqlayırdı, zarıyıb-sızıldayırdı. Bir ucdan üyüdüb-tökdüyü rabitəsiz monoloqlarda Haykanuşun, Anikonun, Camalın, Lüsikin, Babaşın – Azadə xanımın tanıdığı və tanımadığı cürbəcür adamların adlarını deyirdi. Sadayın, gecənin bir aləmində, qəflətən yuxudan oyanıb, bir dəli ehtirasla xaç çevirdiyini görəndə Azadə xanım günlərlə özünə gələ bilmirdi.

Artistin fasiləsiz, rabitəsiz monoloqlarında bir gecə bir tülkü balası da peyda oldu. O tülkü əhvalatını Saday arvadına da, qayınatasına da və elə indi ayda-ildə bir dəfə ayaq basdığı iş yerində də hamıya dönə-dönə danışmışdı. Ancaq Sadayın o gecəki dəhşətli sayaqlamağını Azadə xanım o çağacan heç vaxt görməmişdi. Atasına ərinin barəsində çox nadir hallarda söz deyən Azadə xanım o günki telefon söhbətindən sonra bu əhvalatı doktor Abasəliyevdən gizlədə bilmədi:

-Bəlkə, bunu bir yaxşı-yaxşı danışdırasan, papa, - dedi. – Dərdin-azarın öyrənəsən. İndi də Əylisdəki o tülkü balası yadına düşüb. Şabanın o tülkünü öldürməyin təzədən dərd eləyib özünə. Bu gecə o tülkünü yenə yuxuda görmüşdü. Yaman sayıqlayırdı, papa, ağlayıb zarıyırıdı.

Bu sayaq psixi sapdırmaların həkimlik iş olmadığını hamıdan yaxşı bilən doktor Abasəliyev qızını sakitləşdirməyə çalışdı:

-Kriptomneziyadı, qızım, - dedi – yaddaşın bir balaca sarsaqlamağıdı. Emosional adamların çoxusunda olur belə şey: yaşlandıqca daha çox uşaqlaşırlar. Narahat olma. Dünyadı da, qızım, hər kəs öz həyatını yaşayır.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin