Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Erməni Allahını tanıyandı



Yüklə 192,11 Kb.
səhifə46/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   42   43   44   45   46   47   48   49   ...   71
Erməni Allahını tanıyandı.

Saday Sadıqlı sadəlövh bir sevinclə qolunu Camalın boynuna saldı.

-Cambulsan ki, var, - dedi. – Kişi adamsan, sözümdən incimədin.

-Düz adam düz sözdən inciməz! – Camal hər sözü möhürləyə-möhürləyə mötəbər ahənglə dedi. – Deyərlər, düz sözün nökəri ol, yalan sözün ağası olma.

-Bakıya birinci dəfə gəlirsən?

-Yox, gəlmişəm bir-iki dəfə. Bir qızım burda ərdədi.

-Bəs gələndə dağları kimə tapşırırsan?

-Dağların yiyəsinə nə olub ki? – Camal, söz yox ki, Allahı deyirdi.

-Day qoyuna getmirsən?

-Gedirəm, niyə getmirəm. Bir sürü nəvəm var Əylisdə. Mal-davarı mənsiz də yola verirlər.

Saday yerindən durub, stolun yanında gəzinməyə başladı.

-Bəs neyniyək deyirsən?

-Nəyi neyniyək?

-Türməni də, türmə məsələsin.

Mopassan Mirələmov elə bu məqaml gözləyirmiş kimi, kreslodan dik ayağa qalxdı.

-Burda nə çətin iş var ki? Sən o prokurorun adına bir yaxşı məktub yaz. Verək, qardaşımız aparsın.Rayonda sənin sözüvü yerə salmazlar. Bunun da oğlunu azad eləyərlər, qurtarar gedər. – Direktor SadaySadıqlıya bic-bic göz eləyib, əlində hazır tutduğu qələm-kağızı ona tərəf uzatdı. – O prokurorun nə haqqı var ki, sənin kimi xalq artistinin sözün eşitməsin. (Məsuliyyət hiss etmədiyi hallarda o, həmişə Saday Sadıqlıya “xalq artisti” deyirdi.) – Bir də, axı ortada nə ölən var, nə öldürən. İşdi, olub. Barışacaqlar, qurtarıb gedəcək.

Direktor xəlvətə salıb Sadaya bir də göz vurdu və bu dəfə artist başa düşdü ki, Mopoşun məqsədi Camalı aldadıb, tələm-tələsik başdan eləməkdir.

-Prokuror puldan keçib, mənim sözümnən iş düzəldən deyil. – Artist direktorun verdiyi kağızı əlində bərk-bərk əzişdirməklə onun cüvəllağı təklifinə qəti etirazını bildirdi. İndicə birdən-birə dərin fikrə getmiş Camalın qüssəli, qayğılı gözlərinə baxa-baxa yenə Saday Sadıqlı ürəyinin içində günəşsiz, işıqsız, sevincsiz, fərəhsiz ölü, cansıxıcı bir Əylis gördü. O Əylisin dağları əzəmətini itirmişdi, kilsələri kilsə olduğunu unutmuşdu. O Əylisdə küçələr adamsız, dağlar davarsız, eyvanlar gülsüz-çiçəksiz, ağaclar yarpaqsız idi. O Əylisdəki müsəlman qəbiristanlığının ölü səmasında bir kimsəsiz ana məzarından yuxarıda boz qarğalar uçuşurdu. Və özünü belə bir zay ovqatda hiss eləyən Saday xeyli fikirləşəndən sonra, axır ki, dillənə bildi:




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin