4. Uşağın sinəsinə dəsmal qoyulur. 5. Uşağın yaxası açılır, düzgün və dərin tənəffüsünə yardım edilir. Dərin nəfəs alıb– vermə venoz qanın başdan tez qovulmasına gətirir. 6. 30 dəqiqə müddətinə ənsə və gicgah nahiyəsinə soyuq qoyulur (damarların reflektor spazmını əldə etmək üçün ) 7. Əllər və ya ayaqlar isti suya qoyulur, ayaqlara istiqac qoyulur 8. Qanaxmanı dayandıran reflektor nöqtələrə təsir göstərmək. 9. Burun dəliklərinin ön hissəsinə 3% -li hidrogen peroksiddə isladılmış turunda daxil edilir. Qanaxmanı da yandıran təbii vasitələrdən ana südü, gicitkan yarpağı ekstraxtını və s. göstərmək olar. Burun tomponları çox sıx qoymaq olmaz. 12 – 24 saat ərzində dəyişdirmək lazımdır.