süd və kofe 252. Dəmir defisitli anemiya zamanı nə baş verir? qan plazmasında, sümük iliyində və depoda dəmirin miqdarı azalır, hemoqlobinin və eritrositlərin əmələ gəlməsi pozulur 253. Yenidoğulmuşlarda fibrinolitik sistemin aktivliyi necə olur? yüksək olur 254.Yenidoğulanların qanı üçün nə xarakterikdir? Eritrositlərin miqdarı çox olur, hemoqlobinin səviyyəsi yüksək olur, fetal hemoqlobin 60-80% olur 255.Yenidoğulanlarda EÇS nə qədərdir? 2 -3 mm/saat təşkil edir. 256.1 yaşa qədər uşaqlarda EÇS nə qədərdir? 3–5 mm/s olur
Praktika
257. 2-5yaş arası uşaqlarda sifon imaləsində nə qədər su lazımdır? 5 litrə qədər
258. Burun qanaxması zamanı tibb bacısı tərəfindən uşağa göstərilən ilk yardım: Həkimə qədər tibbi yardım: 1. Uşaq sakitləşdirilir. 2. Başı önə əyilmiş vəziyyətdə uşaq otuzdurulur. Bu pozisiya qanın tənəffüs yollarına və mədəyə düşməsinin qarşısını alır. 3. Burun qanadı arakəsməyə doğru sıxılır.