Mərhəmətli və Rəhmli Allahın adı ilə! ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ (7.1) “Əlif, Ləm, Mim, Sad”.
(7.2) “Bu, (kafirləri Cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ey Elçim!) Ondan ötrü ürəyində bir sıxıntı olmasın!” Bu ayələrdə Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Quranın əzəmətini izah edir. Bu Şərəfli Kitab Allahın qullarının ehtiyac duyduqları hər şeyi özündə əks etdirir. Onda Allahın bütün tələbləri və dini ehkamları təfsilatı ilə açıqlanır.
Ey Muhəmməd! Quran insana sıxıntı vermir və onda şübhə doğurmur. Əksinə, bu – Müdrik və Həmdəlayiq Rəbbin Vəhyi və ən doğru Sözdür. Yalan Qurana nə öndən, nə də arxadan yaxınlaşa bilməz. Buna görə onun qarşısında qəlbini aç, əmin ol, onun hökmlərinə və qadağalarına riayət et və səni qınayanlardan və sənə müqavimət göstərənlərdən qorxma. Məxluqlara onun vasitəsilə öyüd-nəsihət və faydalı göstərişlər ver. Haqqı kafirlikdə inadkarlıq edənlərin nəzərinə çatdır və xütbələrini möminlər üçün oxu.
Fövqəluca Allah buyurur: “Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir” (Zariyat, 51/55). Xatırlatmalar sayəsində insanlar düz yolla getmək, ürəkdən və can-başla xeyirxah əməllər etmək zəruriyyətini və həmçinin qullara doğru yolla getməyə mane olan şeyləri yadlarına salırlar.