Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə14/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   10   11   12   13   14   15   16   17   ...   317
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(5.7.) “Yadınıza salın Allahın sizə göstərdiyi lütfünü və: “Eşidirik və itaət edirik” dediyiniz vaxt sizlə bağladığı əhdini! Qorxun Allahdan! Bilin ki, Allah köksünüzdəkilərdən agahdır”.
Fövqəluca Allah qullarına əmr edir ki, Onun onlara bəxş etdiyi mənəvi və dünyəvi nemətləri qəlbən və dillə xatırlasınlar. Əgər insan bu nemətləri daima xatırlayırsa, bu onu Fövqəluca Allaha həmd etməyə və Onu sevməyə sövq edir və onun qəlbi Allahın yaxşılıqlarını dərk etməklə vəcdə gəlir. Bunun sayəsində insan mənəvi zənginlik əldə edir, özündənrazılıq hissindən qurtulur və Rəbbin daha çox lütfkarlığına nail olur.

Fövqəluca Allah həmçinin möminlərlə bağladığı əhdi, yəni Ona verdikləri vədi yadla­rına salmalarını əmr edir. Bu, onların həmin vədi dillə verdiklərini bildirmir. Vədin mahiyyəti ondadır ki, onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməklə öz üzərlərinə hər ikisinə itaət edəcəkləri öhdəliyini götürmüşlər. Onlar demişdilər: “Ey Rəbbimiz! Biz Sənin bizə yönəltdiyin dəvətini eşitdik. Biz Quran ayələrini dinlədik və Öz möcüzələrini bütün Kainata yaydığını dərk etdik. Biz onlara o dərəcədə diqqətlə yanaşdıq ki, mənalarını başa düşüb itaət etdik. Biz Sənin əmrlərinə tabe oluruq və Sənin qoyduğun haramları pozmuruq. Biz dinin bütün hökmlərini qəlbimiz və canımızla yerinə yetiririk”.

Möminlər Allaha verdikləri vədi həmişə xatırlayırlar və həmişə Allahın hökmlərini ən mükəmməl tərzdə, heç nəyi unutmadan yerinə yetirməyə can atırlar. Onlara Allahdan qorxmaq tapşırılmışdır, çünki Ona, insanların qəlbində yerləşən bütün fikirləri, sirləri və niyyətləri haqqında hər şey məlumdur. Qoy onlar Allahın onların qəlbində aşkar edəcəklərindən çəkinsinlər, qoy onlar Onu qəzəbləndirən əməllərdən çəkinsinlər. Onlar Allahı dərk etmələri, Ona məhəbbət və Onun qullarına xeyirxah münasibət bəsləmək sayəsində öz qəlblərini yenidən qurmalıdırlar, çünki əgər onlar buna nail olsalar, onda Allah mütləq biləcək ki, onların qəlbi artıq möminlik mənbəyinə çevrilmişdir. Belə olduqda, O, onların günahlarını bağışlayar və saleh əməllərini artıracaqdır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin