ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙﭚﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥﭦﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ (5.6.) «Ey iman gətirənlər! Namaz qılmağa qalxarkən, üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınıza məsh çəkin və ayaqlarınızı topuğadək yuyun. Cinsi əlaqədən sonra qüsl edin. Xəstə və ya səfərdəsinizsə, ayaq yolundan gəlmişsinizsə və ya qadınlarla yaxınlıqdan sonra su tapa bilmirsinizsə, əllərinizi təmiz torpağa vurub, əvvəlcə üzünüzə, sonra da əllərinizi bir-birinə sürtün. Allah sizə çətinlik yaratmaq fikrində deyil, sizi pak etmək və sizə Öz nemətini axıradək çatdırmaq istəyir ki, bəlkə təşəkkür edəsiniz”. Bu əzəmətli ayə özlüyündə çoxlu hökmlərdən ibarətdir ki, onlardan Allahın bizim üçün asanlaşdıracağının bir neçəsini nəzərdən keçirməyə çalışacağıq.
1. Ayədə sadalanan bütün hökmlərin yerinə yetirilməsi imanın vacib tələblərindəndir, çünki o, möminlərə müraciətlə başlayır. Bu isə o deməkdir ki, möminlər hər hansı bir əməli imanın tələblərinə uyğun olaraq, onlara əmr edilən tərzdə yerinə yetirməlidirlər.
2. Allahın “namaz qılmağa qalxarkən” ifadəsi, əslində namazın müsəlman üçün vacibliyini bəyan edir.
3. Namaz qılmaq üçün niyyət etmək lazımdır, çünki onu şüurlu surətdə və qəti niyyətlə yerinə yetirmək lazımdır.
4. Namazın qəbul olunması üçün dəstəmaz alınması vacib şərtidir. Allah namazdan qabaq təmizlənməyi əmr edir. Məlumdur ki, hər hansı əmr, onun əksi sübuta yetirilməyibsə, vacib hökm hesab olunur.
5. Dəstəmaz almaq üçün fərz namazın vaxtının girməsi vacib deyil, sadəcə, namaz qılmağa niyyətin olması kifayətdir.
6. Dəstəmaz, fərz və ya könüllü olmasına, əsasən camaat üçün vacibliyinə14 və ya cənazə üzərində yerinə yetirilməsindən asılı olmayaraq, namaz adlandırıla bilən hər hansı bir ibadət ayininin vacib şərtidir. İslam alimlərinin bir çoxu belə hesab edir ki, hətta Quran oxunarkən edilən səcdələri və şükür səcdəsini ancaq dəstəmazlı olarkən yerinə yetirmək olar.
7. Dəstəmaz alınan zaman üzün, yəni başın ön hissəsinin tük bitən nahiyədən çənə kənarı və buxaq altının uzununa və bir qulaqdan digərinə qədər eninə olan bütün səthinin yuyulması vacibdir. Üzün yuyulmasına ağzın yaxalanması, buruna su çəkilməsi və saqqalın yuyulması da daxildir ki, bunlar Sünnə ilə təsdiq edilir. Saqqal seyrək olduqda, su üzün dərisinə toxunmalıdır. Saqqal gur olduqda, onun ön hissəsini yumaq kifayətdir.
8. Müsəlmanlara əllərini dirsəklərinə qədər yumaq əmr olunmuşdur. Quranın əksər şərhçiləri hesab edirlər ki, “ilə” (“qədər”, “...dək”) şəkilçisi burada “...ilə birlikdə” mənasını bildirir. Bu mənada həmin şəkilçi: “...Onların mallarını öz mallarınızla birlikdə yeməyin...”(Nisa, 4/2) ayəsində istifadə edilmişdir. Həm də dəstəmaz alan hər iki dirsəyini tam yumadıqca, onun dəstəmazı qəbul olunmur.
9. Müsəlman başına məsh çəkməlidir.
10. Baş bütövlüklə məsh edilməlidir, çünki burada “bi” ön şəkilçisi başın ancaq bir hissəsinin məsh edilməsi ilə özünü məhdudlaşdırma mənasını vermir. Məsh edilərkən əllərlə başın bütün səthinin əhatə edilməsi nəzərdə tutulur.
11. Başı istənilən üsulla: iki əllə, bir əllə, əski parçası ilə, taxta parçası ilə və ya digər oxşar əşya ilə məsh etmək olar, çünki Allah məshi ən geniş mənada xatırlatmışdır. Allah başı məsh etmənin müəyyən formasını təyin etməmişdir və buradan belə aydın olur ki, onu istənilən üsulla məsh etmək olar.
12. Çimərkən başa məsh çəkilməlidir və əgər müsəlman başını yuyub ona əli ilə məsh çəkməsə, o, Allahın əmrini yerinə yetirməmiş sayılır.
13. Allah ayaqları topuğa qədər yumağı əmr etmişdir və əllərin yuyulması haqqında deyilənlər ayaqlara da aiddir.
14. Alimlərin yekdil rəyinə görə “ərcul” (ayaqlar) sözü təsirlik halındadır. Bu isə rafizilərin məsələyə baxışlarının əksinə olaraq göstərir ki, yalın ayağa məsh çəkilməsi qəbul edilmir.
15. Bu ayədə dəri məstlərə məsh çəkilməsinin qanuniliyini təsdiq edən göstəriş vardır. Bununla əlaqədar “ərcul” (“ayaqlar”) sözünün yiyəlik halında olan oxunuşu mövcuddur. Bu iki oxunuşun hər birini öz mənasına görə təfsir etmək lazımdır. Əgər ayaqlar yalındırsa, təsirlik halında olan sözün oxunuşuna uyğun olaraq onları yumaq zəruridir. Əgər ayaqlar dəri məstlərdədirsə, həmin sözün yiyəlik halında olan oxunuşuna uyğun olaraq, onlara məsh çəkmək kifayət edir.
16. Dəstəmaz alınarkən hərəkətlərin ardıcıllığına riayət etmək əmr edilmişdir. Allah onları müəyyən ardıcıllıqla sıralamışdır. Bu ayədə başın məsh edilməsi bədənin digər hissələrinin yuyulması arasında xatırlanır ki, bunun da yeganə izahı göstərilən ardıcıllığa riayət edilməsinin vacibliyidir.
17. Ardıcıllığa riayət edilməsi ayədə xatırlanan təkcə dörd hərəkətə aiddir. Ağzın və burunun yaxalanması ilə üzün yuyulmasından əvvəl ardıcıllığa gəldikdə isə, habelə sağ və sol əl-ayağın yuyulması arasında ardıcıllığa riayət edilməsi vacib deyil. Lakin üzün yuyulmasından öncə ağız və burunun yaxalanması, sağ ətrafların soldan əvvəl yuyulması və başın qulaqlardan əvvəl məsh edilməsi arzu olunandır.
18. Müsəlmanlara Quranın hökmünü dəqiqliklə yerinə yetirmələri üçün hər namazdan əvvəl dəstəmazı təzələmək əmr edilmişdir.
19. Cinsi kirlənmədən sonra müsəlman qüsl etməlidir.
20. Qüsl zamanı hökmən bütün bədən yuyulmalıdır, çünki Allah bədənin tamamilə təmizlənməsini əmr etmiş və bu hökmü onun ayrı-ayrı hissələri ilə əlaqələndirməmişdir.
21. Cinsi kirlənmədən sonra çimərkən nəinki saçın səthini, həm də baş tüklərinin diblərini də yumaq əmr olunmuşdur.
22. Kiçik kirlənmə böyük kirlənməyə daxil olduğu üçün hər iki halda kirlənmədən sonra onları yumalı olan şəxsin niyyət etdikdən sonra bədənini tamamilə yuması kifayətdir. Çünki bu halda Fövqəluca Allah ancaq təmizlənməyi əmr edərək, dəstəmaz almağı yad etmir.
23. Yuxuda və ya oyaq ikən və cinsi əlaqədə olduğu zaman insanın mənisi çıxdıqdan sonra və ya hətta məni çıxmasa da, cinsi kirlənmə baş verir.
24. Əgər insan erotik yuxu gördüyünü xatırlayarsa, lakin məni çıxmadığını görərsə, kirlənmədiyi üçün qüsl etməyə ehtiyac yoxdur.
25. Fövqəluca Allah Öz qullarına təmiz torpaqla təyəmmüm etməyə icazə verməklə onlara böyük mərhəmət göstərmişdir.
26. Xəstəlik zamanı sudan istifadə edilməsinin sağlamlığa zərər vura biləcəyi hallarında, torpaqla təyəmmüm etməyə icazə verilir. Səfərdə olarkən və dəstəmazın kiçik və böyük pozulması zamanı su tapılmadıqda da, buna icazə verilir. Xəstəlik zamanı suyun istifadə edilməsinin sağlamlığa zərər bura biləcəyini nəzərə alaraq, hətta su olduqda belə, təyəmmüm etməyə icazə verilir. Bütün qalan hallarda isə ancaq su olmadıqda təyəmmümə icazə verilir. Bu, daimi yaşayış yerlərində yaşayanlara da aiddir.
27. Sidik kanalından və anus dəliyindən çıxan ifrazatlar dəstəmazı pozur.
28. Bu ayəyə istinad edərək bəzi alimlər iddia edirlər ki, dəstəmaz ancaq sidik və düz bağırsaqdan nəcis çıxanda pozulur, ancaq cinsi orqana toxunanda və bir sıra başqa hallarda isə dəstəmaz pozulmur.
29. Xoşagəlməz və murdar şeylərdən bəhs edildikdə eyhamlardan istifadə edilməlidir, çünki Fövqəluca Allah təbii ehtiyacı təmin etməyi – ayaqyolundan qayıtmaq formasında ifadə etmişdir.
30. Qadına ehtiras və məmnuniyyətlə toxunmaq dəstəmazı pozur.
31. Suyun olmaması təyəmmümün qanuniliyinin vacib şərtidir.
32. İnsan suyun gəlməsi ilə, hətta o, namaz üstündə olsa da, təyəmmüm öz qüvvəsini itirir, çünki Allah ondan su olmadığı zaman istifadə etməyə icazə vermişdir.
33. Namaz vaxtı girdikdən sonra su olmazsa, insan onu yaxınlıqda axtarmağa başlamalıdır, çünki ancaq suyu axtaran şəxs onu tapmaya bilər15.
34. Ritual təmizlənməsi üçün su çatmadıqda, olan suyu tam istifadə etdikdən sonra, təyəmmüm edilməlidir.
35. İçinə müxtəlif təmiz şeylərin düşməsi nəticəsində keyfiyyəti dəyişmiş sudan istifadə etmək təyəmmümdən daha üstündür. Belə su dəstəmaz üçün təmiz və yararlı qalır, çünki onun keyfiyyətinin dəyişməsinə baxmayaraq, o, su olaraq qalır, Fövqəluca Allah isə ancaq su olmadıqda təyəmmüm etməyə icazə verir.
36. Təyəmmüm edərkən qəti niyyət tutmaq lazımdır, çünki “təyəmməmə” feli “niyyətli olmaq”, “cəhd göstərmək” deməkdir.
37. Təyəmmüm etmək üçün narın torpaqdan, qumdan və yaxud hər hansı torpaqdan istifadə etməyə icazə verilir. Bu şərhə uyğun olaraq, üzü və əlləri torpaqla təyəmmüm etmək onunla izah edilir ki, yerin üstündə, adətən, narın torpaq və toz olur və onlarla üzə və əllərə məsh çəkmək mümkündür. Bunu həm də onunla izah etmək olar ki, Allah həmişə daha üstün tutulanı göstərir və əgər torpaqla və ya tozla təmizlənmək imkanı varsa, onu yerinə yetirmək daha yaxşıdır.
38. Natəmiz torpaqla təmizlənmək məqbul deyil, çünki təyəmmüm təmiz tozla edilməlidir.
39. Torpaqla təyəmmüm edəndə torpağı ancaq üzə və əllərə sürtmək lazımdır, onu bədənin başqa üzvlərinə çəkmək olmaz.
40. Üz bütövlüklə təyəmmüm edilməlidir, amma torpağı ağıza almağa, buruna çəkməyə, saqqal seyrək olsa da tüklərin dibinə sürtməyə ehtiyac yoxdur.
41. Əllər biləklərə qədər təyəmmüm edilməlidir, çünki əllər haqqında əlavə izahat verilmədən xatırlandıqda əlin ancaq biləklərə qədər hissəsi nəzərdə tutulur. Əlləri dirsəyə qədər məsh etmək lazım gəlsəydi, Allah dəstəmaz alınması qaydasını təsvir etdiyi kimi, bunu da izah edərdi.
42. Torpaqla təyəmmüm insanı kiçik və böyük kirlənmə nəticəsində dəstəmazın pozulmasından və hətta bədəndəki natəmizliklərdən təmizləyir, çünki Allah torpaqla təmizlənməyə ən geniş mənada icazə vermişdir və əlavə izahlara ehtiyac görməmişdir. Buna baxmayaraq, alimlərin əksəriyyəti belə hesab edirdilər ki, torpaqla təyəmmüm etməklə bədəndən natəmizlikləri təmizləmək olmaz, çünki Quran ayəsində söhbət təkcə müxtəlif kirlənmə formalarından gedir.
43. Böyük və kiçik kirlənmə zamanı bədənin eyni sahələri, yəni təkcə əllər və üz torpaqla təyəmmüm edilməlidir.
44. Hər iki kirlənmə formasından təmizlənmək üçün müvafiq niyyətlə ancaq bir dəfə torpaqla təyəmmüm edilməlidir, çünki şərh etdiyimiz ayə ümumi məna daşıyır.
45. Üzü və əlləri təyəmmüm etmək ya əllərlə, ya da hər hansı bir əşya ilə edilə bilər. Allah bədənin bu hissələrini təyəmmüm etməyi əmr edib, amma nə ilə təyəmmüm etməyi bildirməyib. Deməli, onların hər hansı bir üsulla təyəmmüm edilməsinə yol verilir.
46. Dəstəmaz alındığı kimi, torpaqla məsh edilmə zamanı da ardıcıllığa riayət edilməlidir. Allah əldən qabaq üzün məsh edilməsini xatırlatmışdır.
47. Fövqəluca Allah nazil etdiyi qanunları bizim üçün ağır və yorucu etməmişdir. Əksinə, O, Öz qullarına mərhəmət göstərərək, onları təmizləmək və onlara olan lütfkarlığını sona çatdırmaq istəmişdir.
48. Su və torpaq vasitəsilə maddi təmizlənmə, Allahın vahidliyini qəbul etməklə və səmimi tövbə vasitəsi ilə həyata keçirilən mənəvi paklaşmanı tamamlayır.
49. Torpaqla təyəmmüm hiss olunan və ya gözlə görülə bilən təmizliyi gətirmir. Bu təmizlik mənəvi təmizlikdir və onun mahiyyəti – insanın Fövqəluca Allahın əmrini yerinə yetirməsindən ibarətdir.
50. Qul, Allahın təmizlənmə ayini və digər hökmləri ilə bağlı hikməti və qanunlarının sirri üzərində yaxşıca düşünməli və bunun sayəsində o, öz biliyini artırmalı, Allaha daha yaxşı həmd etməyi öyrənməli və qullarına böyük yüksəkliklərə nail olmağa imkan verən qanunlar müəyyənləşdirdiyinə görə Onu daha möhkəm sevməlidir.