ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(5.2) «Ey iman gətirənlər! Allahın mərasim nişanələrinə, qadağan aya hörmətsizlik göstərməyin. Qurbanlara və ya boyunbağılı heyvanlara (və ya insanlara) və yaxud öz Rəbbinin mərhəmətini və razılığını əldə etmək üçün Beytülharamı ziyarət etməyə gələnlərə qəsd edilməsinə yol verilmədiyini bilin. Siz ehramdan azad olan kimi ov edə bilərsiniz. Məscıdülharama getməyinizə maneçilik edən insanların nifrəti sizi cinayətə sövq etməsin. Möminlikdə və təqvalılıqda bir-birinizə kömək edin, amma günah işlərdə və zalımlıqda bir-birinizə kömək etməyin. Allahdan qorxun, bilin ki, Allahın cəzası sərtdir”.
Burada mərasim nişanələri adı altında Allahın müsəlmanlara ehtiram göstərmələrini və pozmamalarını əmr etdiyi hədlər nəzərdə tutulur. O, bu hədləri aşmamağı və onlara yol verildiyini hesab etməyi qadağan etmişdir. Buraya həm də ziyarət zamanı ehramda ikən qadağan olunmuş və haram ərazidə qadağan edilmiş hərəkətlər və həmçinin, Allahın aydın buyurduğu, haram aylar zamanı qadağan edilmiş əməllər də daxil edilir.
Müsəlmanlar haram ayların paklığını, bu aylar ərzində döyüşməklə və ya digər ədalətsiz əməllər törətməklə pozmamalıdırlar. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylarıdır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin...” (Tövbə, 9/36).
İslam alimlərinin əksəriyyəti haram aylarda döyüşün qadağan edilməsi ilə əlaqədar hesab edirdilər ki, Fövqəluca Allah: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun...” (Tövbə, 9/5) ayəsi ilə onu ləğv etmişdir. Kafirlərə qarşı istənilən şəraitdə döyüşmək və cihaddan boyun qaçıranların ünvanına sərt təhdid hökmündən ibarət digər mətnlər də mövcuddur ki, o həmçinin geniş mənaya malikdir. Bu rəyi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhz haram olan zül-qədə ayında Taif əhalisi ilə döyüş aparması da təsdiq edir.
Bir sıra alimlər hesab edirdilər ki, bu aylarda döyüşməyin haram olması ləğv edilməmişdi. Onlar şərh etdiyimiz ayəyə və məhz həmin aylarda döyüşün qadağan edilməsinin əks olunduğu digər vəhylərə istinad edirdilər. Onların fikrincə, bu vəhylər kafirlərə qarşı döyüşmək hökmünün ümumi mənasını konkretləşdirir, çünki ümumi mənalı müqəddəs mətnləri konkret mənalı mətnlərin əsasında anlamaq lazımdır.
Bəzi alimlər də hesab edirdilər ki, qadağanın özünün izah edilməsinə əlavə ehtiyac var. Onlar güman edirdilər ki, haram aylarda döyüşə başlamaq qadağan olduğu halda, əgər o, başqa aylarda başladılıbsa, onu davam etdirməyə və ya sona çatdırmağa icazə verilir. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Taif əhalisinə qarşı apardığı döyüşləri bu qaydaya uyğun olaraq izah edirdilər. Məsələ orasındaydı ki, bu qarşıdurma şəvval ayında Hüneyn döyüşləri zamanı başlamışdı.
Yuxarıda bütün deyilənlərin müdafiə döyüşlərinə dəxli yoxdur, çünki kafirlər birinci olaraq müsəlmanlara qarşı döyüşə başladıqları üçün müsəlmanlara müdafiə olunmaq məqsədilə hətta haram aylarda belə onlara qarşı vuruşmağa icazə verilir. Özü də alimlər bu barədə yekdildirlər.
Müsəlmanlar, həcc və ya ümrə zamanı boyunlarına boyunbağı taxılaraq Allahın Evinə gətirilən qurbanlıqlara və heyvanlara da qəsd etməməlidirlər. Onlar heyvanları qurban kəsiləcək yerlərə gətirən insanlara maneçilik törətməməli, heyvanları oğurlamamalı və ya güc tətbiq etməklə almamalı, onlara zərər vurmamalı, onları, kəsiləcək yerə çatanadək gəbərdə biləcək həddə yükləməməlidirlər. Əksinə, onlar qurbanlıq heyvanlara mərhəmət göstərməli və onları gətirənlərə hörmətlə yanaşmalıdırlar. Boyunbağı taxılmış heyvanlar deyildikdə, boyunlarına həmail və ya ilgək taxılan qurbanlıq heyvanların xüsusi bir növü nəzərdə tutulur. Boyunbağını heyvanların boynuna keçirməklə onların qurbanlıq olduğunu bildirirdilər. Bunu ona görə edirdilər ki, başqa insanlar da bu xeyirxah əməldən nümunə götürsünlər, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənərək, bilsinlər ki, bu heyvanlar qurban kəsilməsi üçün təyin olunublar. Məhz buna görə qurbanlıq heyvanlara taxılan boyunbağılar11 Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsidir və qanuniləşdirilmiş dini ayindir.
Allah Onun mərhəmətini və lütfkarlığını qazanmaq üçün Beytülharama yola düşən insanlara qəsd edilməsini haram etmişdir. Bu, Məscidülharama ticarət etmək və ya başqa yol verilən üsullarla pul qazanmaq məqsədi ilə və yaxud da Allahın iltifatına layiq olmaq ümidi ilə həccə və ya ümrəyə, Kəbəni təvaf etməyə, məsciddə namaz qılmağa və ya başqa ayinləri yerinə yetirməyə gələn şəxslərə də şamildir. Müsəlmanlar belə insanları incitməməli və ya onları təhqir etməməlidirlər. Əksinə, onlar belə insanlara hörmətlə yanaşmalı və öz Rəbbinin məbədini ziyarət edənlərə qayğı göstərməlidirlər.
Bu tələbdə zəvvarların rahatlığının və əmin-amanlığının, şəxsi təhlükəsizliyinə inamın, onların öz həyatı və əmlakından ötrü qorxu keçirməmələri, qətl olunma təhlükəsinə, soyğunçuluğa, rüşvət və vergi alınmasına məruz qalmamaları və Allahın Evinə aparan yollarda təhlükəsizliyin təmin edilməsi hökmü əks olunmuşdur.
Bu şərəfli ayə Fövqəluca Allahın aşağıdakı kəlamı ilə daha da dəqiqləşdirilmişdir: «Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar... (Tövbə, 9/28). Buna görə müşriklərə Məscidülharama ayaq basmağa icazə verilmir.
Şərh olunan ayədə xatırlanan şərtlərə görə Allahın mərhəmətini və lütfünü qazanmaq məqsədilə Məscidülharamı ziyarət etməyə can atanlara maneçilik törətmək olmaz. Beləliklə, əgər oraya gələn şəxs orada günah işlətmək istəyərsə, haram torpağa ehtiram göstərilməsinin ciddiliyinin qorunması məqsədi ilə, ona Allahın Evi yaxınlığında şuluqluq salmağa yol verilməməlidir. Fövqəluca Allah buyurur: “... Məscidülharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 22/25).
Bundan əvvəlki ayədə Allah, ehramda ikən heyvan ovlamağı qadağan etdiyinə görə, həcc və ümrə zamanı ehramdan çıxdıqdan sonra zəvvarlara ov etməyə icazə verir. Onlar ehramdan çıxan kimi o qadağa da götürülür. Qadağan edildikdən sonra əmr formasından istifadə edilməsi onu göstərir ki, şəriət müddəası, qadağana qədər olan vəziyyətə qayıdır12.
Sonra Allah buyurur ki, müsəlmanların haqqına qəsd edən və onları Məscidülharama getməyə imkan verməyən insanların kinliliyinə və düşmənçilik münasibətinə qarşı, onlardan qisas almaq məqsədi güdən düşmənçilik hərəkəti ilə cavab verilməməlidir. Qul Allahın əmrlərinə sadiq qalmalı və əgər insanlar ona qarşı günah işlədib, ədalətsizlik etsələr, onun haqqını tapdasalar da, o, ədalətli olmalıdır. O, ona böhtan atana, böhtan atmamalı və yaxud ona xəyanət edənə, o da xəyanət etməməlidir.
Allah qullarına əmr edir ki, dindarlıqda və müttəqilikdə bir-birilərinə kömək etsinlər. Dindarlıq dedikdə, insanın Allah qarşısında və insanlar qarşısında vəzifələrini qəlbən və cismən yerinə yetirdiyi və Allahın da sevdiyi və Onun razı qaldığı bütün əməllər məcmusu nəzərdə tutulur. Müttəqilik adı altında isə, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nifrətini doğuran və qulun qəlbən və cismən törətdiyi bütün əməllərdən əl çəkməsi nəzərdə tutulur. Bir sözlə, müsəlman Allahın mənimsənilməsini əmr etdiyi bütün keyfiyyətlərə can atmalı və Onun tərk edilməsini buyurduğu bütün sifətlərdən azad olmalıdır. O, özü bu əmrləri yerinə yetirməli və bu məsələlərdə iman sahibi olan qardaşlarına, onları xeyirxahlıq və istənilən müvafiq əməllər etməyə ruhlandıran zəruri sözlər işlətməklə köməklik göstərməlidir.
Bununla yanaşı Allah günah işləməkdə və zalımlıq etməkdə bir-birinə kömək göstərməyi qadağan edir. Burada günah adı altında başa düşülən itaətsizlikdir ki, o, insanın özünə zərər vurur, zalımlıq isə, insanın başqa adamların həyatına, əmlakına və ya namusuna qəsd etməsi kimi başa düşülür. Bu o deməkdir ki, Allahın qulu bütün günahlardan və ədalətsiz əməllərdən çəkinməli və başqalarına da belə etməyə kömək göstərməlidir.
Qoy insanlar Allahdan qorxsunlar və bilsinlər ki, O, Onun haramlarını pozaraq Ona itaətsizlik göstərənləri sərtliklə cəzalandırır. Qoy onlar haram edilmiş əməllərdən qorxub çəkinsinlər ki, onlardan nə bu dünyada və nə də Axirətdə dəhşətli intiqam alınmasın.
Dostları ilə paylaş: |