Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə6/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   2   3   4   5   6   7   8   9   ...   317
Abdullah b. Əbdüləziz əl-Aqil

Şeyx Bəkir b. Abdullah Əbu Zeydin

QEYDLƏRİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə

Həmd təkcə Allaha məxsusdur! Peyğəmbər­lərin sonuncu­suna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!

Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdi­matdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.

Bu hadisə barəsində təəssüratımı oxucularla bölüş­mək istəyirəm.

Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin5 (Allah ona rəhmət etsin) 8 cild­dən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşi­dirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsu­siyyətlərinə görə seçil­məkdə idi:

Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özün­də əks etdirir.

Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrə­dəndir.

Daha sonra digər alimlərin və elm öyrənən tələbə­lə­rin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.

Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:

Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;

əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;

Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.

Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinə­də olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiy­yətinin çap etdiyi nüsxəsi­nin son araşdır­malarını apar­dığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.

Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kita­bını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəmə­si idi.

Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asan­laşdırıb bizə təqdim etmişdir.

Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na...iman gətirdik...” (136-cı) ayəsi6 və “Ma­idə”surəsində keçən dəs­tə­­mazla bağlı 6-cı ayə7 dediyi­mi­zə ən gözəl nümunədir.

Xüsusilə peyğəmbərlər haqqında hekayətlə­rin sonunda qiy­mətli və faydalı nəticələr çıxarmış­dır... Əhzab surəsinin bir ayə­sində8 bu incə və lətif mövzuya belə toxu­nul­muşdur: “Onlar­dan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);

Din qardaşlığını və İslam bağını atıb millətçi­lik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.

Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görmə­mişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.

Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasın­dan bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcü­meyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxah­lığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:

Məkkə xəzinələrindən olan Siddiqə kitabxa­nasının sahibi Şeyx Əbdür­rəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağ­lılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:

“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.

Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyə­nin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:

“Lədunni elminə9 gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlan­madığı şeylərdən təmizlən­mələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqala­rının qəlbini açmadığı bir tərzdə açar.

Bu isə, hz. Əlinin (Allah ondan razı olsun) de­diyi: “...Allahın Kitabı barədə quluna verdiyi anla­yış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Fövqəluca Allah bilmədiyi­nin elmini də verir”.

Quranda bu məsələyə bir çox ayələrdə toxunul­muş­dur. Belə ki, Allah buyurur:

...Əgər onlar özlərinə verilən öyüd – nəsihətlərə əməl etsəy­­­dilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəm­məl olardı ...və onları doğru yola yönəldər­dik” (Nisa, 4/66,68).

Ayrıca olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yeti­rənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:

Allah Onun razılığını axtaran şəxsləri bu Kitab­la əmin-aman­lıq yollarına yönəldir, onları Öz izni ilə zül­mətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayə­tini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).

...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).

Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inanan­lar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).

...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”10

Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdür­rəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quran­la rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.

Mən, Şeyx Səədidə də bu şərtin olmuş oldu­ğuna inanıram və həqi­qətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətin­dəndir.

Allah ona əvəzini versin!

Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahibləri­nin qəlbidir” (Bax: əl-Fətava, 13/245).

Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazan­lardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alim­lər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.

Həqiqətən də, Fövqəluca Allah bizə bu təfsirin müsəlmanlar arasında qəbul edilmə­sini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin