Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə149/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   145   146   147   148   149   150   151   152   ...   317
ﯓﯔﯕ ﯖﯗﯘ ﯙ ﯚ ﯛﯜ ﯝﯞ ﯟﯠﯡﯢﯣ
(7.56) “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldik­dən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”
Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıl­dıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Fövqəluca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41). Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.

Bu barədə xatırladıqdan sonra, Allah Ona qorxu içində və ümidlə dua etməyi əmr edir, çünki mömin Onun cəzalandıra­cağından ehtiyat etməli və Onun mükafatlandıracağına ümid bəsləməlidir. O, ümid etməlidir ki, onun duaları qəbul olunacaq və qorxmalıdır ki, duaları rədd edilə bilər. O, öz-özünə aldanaraq və başından hündürə tullanmağa cəhd göstərərək, öz Rəbbinə, nə etmək lazım olduğunu göstərməməlidir və Ona laqeyd və etinasızlıqla müraciət etməməlidir.

Bir sözlə desək, Allaha dua etmək istədikdə, bunu gizlicə etmək lazımdır ki, dua səmimiyyətlə təkcə Ona həsr edilmiş olsun, özü də bu zaman dua edənin qəlbində qorxu və ümid hissi olmalıdır. O, özünü, sanki təhlükəsizlikdə hiss edərək və Rəbbinin cavabına ehtiyac duymayaraq, saymazyana aparmamalıdır. Ancaq belə dualar düzgün edilən dua sayılır və istənilən ayini layiqincə yerinə yetirmək üçün onun səylə icra edilməsinə çalışmaq, zəruri olan bütün qaydaları həyata keçirmək və hər hansı xəta qüsurlardan çəkinmək lazımdır. Əgər insan Allaha layiqincə ibadət edirsə və Onun qullarına yaxşılıq göstərirsə, onda Onun mərhəməti həqiqətən ona yaxın olur. İnsan nə qədər çox yaxşılıq edirsə, o bir o qədər o mərhəmətə yaxınlaşır və beləliklə, Rəbbi ona Öz mərhəmətinin vasitəsilə daha da yaxınlaşır. Bu barədə xəbər verərək, Allah qullarını saleh əməl sahibi və xeyirxah olmağa açıq şəkildə çağırır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin