ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ (7.65) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” Yəməndə yaşayan qədim Ad tayfasına da onların qardaşı olan Hud (ə) peyğəmbər göndərildi. O (ə) onları Tək olan Allaha ibadət etməyə çağırırdı və Ona şərik qoşmağı və yer üzündə pozğunluq törətməyi qadağan etmişdi. O demişdi: “Ey mənim xalqım! Allaha ibadət edin, çünki sizin Ondan başqa heç bir tanrınız yoxdur. Doğrudanmı siz bundan sonra da günah işlətsəniz, çağırışıma cavab verməsəniz və mənə itaət etməsəniz, sizi mütləq haqlayacaq Allahın qəzəbindən və cəzasından qorxmursunuz?”